Mühazirə materialları İxtisas: Ailə və ev təhsili. Müəllim: Səmədova Günel Soltanağa qızı



Yüklə 462,34 Kb.
səhifə7/47
tarix04.10.2023
ölçüsü462,34 Kb.
#152325
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   47
həyat bilgisi icmallar 90 saat AE Səmədova Günel

1.Dünya okeanı və onun hissələri4 okean,dəniz,körfəz,boğazlar
2.Quru sularıçaylar,göllər,bataqlıqlar,buzlaqlar
3.Yeraltı sulartorpaqda nəm halında olan su,qrunt suları,layarası sular(artezian suları)
idrosfer, Yerin su zərfi,% 96 Dünya Okeanı ilə təmsil olunur. Duzlu suları bütün adaları və qitələri yuyur. Materik qurusu onu okeanlar adlanan dörd böyük hissəyə ayırır:

  • Sakit.

  • Atlantik.

  • Hindistan.

  • Arktika.

Sakit Okean ən böyükdür. Onun kənarları boyunca Atəş Halqası - planetin 328 aktiv vulkanının yerləşdiyi ərazi. İkinci böyük Atlantik okeanıdır, suları ən duzludur. Üçüncü böyük Hind okeanıdır.Dünya Okeanının böyük sahələrini dənizlər, koylar və boğazlar təşkil edir. Dənizlər ümumiyyətlə quru yolu ilə təcrid olunur və iqlim və hidroloji şəraitdə fərqlənir. Körfəzlər daha açıq su kütlələridir. Qitələri dərindən kəsib limanlar, lagunlar və körfəzlərə bölünürlər. Boğazlar iki quru sahəsi arasında yerləşən uzun və çox geniş olmayan obyektlərdir. .

Mövzu 6. Bitkilər aləmi.
Yer kürəsi tarixində törəmiş canlı aləmin mühüm hissəsini bitkilər təşkil edir. Onlar vaxt keçdikcə və məkan dəyişdikcə müxtəlif coğrafi ərazilərdə dəyişgənliyə uğramış, müxtəlif quruluş qazanmış, bir çox bitki formalarına başlanğıc vermişdir. Bitki aləminin törəməkdə olan müxtəlif quruluşlu nümayəndələri yer kürəsinin yeni-yeni güşələrini tutaraq ən müxtəlif ərazilərdə yayılmışlar. Beləliklə, yer kürəsinin tarixi boyu həyat şəraiti dəyişdikcə müxtəlif quruluşlu bitkilərdə mühitə uyğunlaşaraq dəyişmiş və təkmilləşmişdir. Nəticədə, təkhüceyrəli orqanizmlərdən çoxhüceyrəli tallomlu bitkilər, onlardan isə köklügövdəli bitkilər əmələ gəlmişdir.Hazırda bitkı növlərinin sayı 320 000-dən artıqdır( 2010- cu ilin məlumatı). Bunlardan: Mamırkimilər- 16 000-dən artıqdır Ali sporlu bitkilər- 12 000-dən artıqdır Çılpaqtoxumlular 1000-dən artıqdır Çiçəkli bitkilər 280 000-dən artıqdır. Göründüyü kimi müasir dövrdə çiçəkli bitkilər geniş yayılaraq bitki aləmində hakim mövqe tuturlar. Onların hətta sonradan su şəraitinə uyğunlaşmış nümayəndələridə vardır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 fəsilə, 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir.
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ayri sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.
Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağacLənkəran akasiyasışabalıdyarpaq palıdQafqaz xirniyibigəvərşümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur.
Azərbaycan florasının tərkbində bütün areal tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır və səhra tipləri isə respublikanın düzən, dağətəyi və bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yaylımışdır. Adventiv areal tipi isə bir qədər az təsadüf edilir Kür-Araz ovalığı, Xəzəryanı və b. düzənliklərin göl, gölməçə, axmaz və bataqlıq sahələrində zəngin və rəngarəng bitki örtüyü inkişaf etmişdir.
Çay və supaylayıcı kanalların kənarında, bataqlıq yerlərdə, lokal formada isə düzənlik rayonlarda kosmopolit tərkibli qamış cəngəlliklərinə tez-tez rast gəlinir. Belə bataqlıqlarda hündürboylu tülküquyruğu, çiyən, suluf, yumşaq süpürgə, kalış və s. çoxdur. Burada savanna tipli hündürboylu murğuz da cəngərlik yaradır.
Kür-Araz ovalığında tez-tez rast gələn cayırlıq, biyanlıq və lığvər cəngəlliyi nisbətən geniş yayılmışdır. Qarabağ düzündə dəvəayağı, qırxbuğum, poruq, ağlarot, süsən kimi bitki növləri həm əngəllik yaradır və həm də başqa cəngəlliyin tərkbində rast gəlirlər.
Liman və axmazlarda (xüsusilə Ağzıbirçala limanında) ən çox qamışlıq, çiyən, suçiçəyi və s. bitkilərdən ibarət cəngəlliklər mövcuddur. Bataqlıqlarda, sıcaq yerlərdə qovuqca, salviniya, saçaqotu, sufındığı, buynuzyarpaq xüsusi cəngəllik yaradır və Kür-Araz ovalığında özlərinə geniş məskən tapırlar. Qarğı cəngəlliyi də düzən rayonları üçün səciyəvidir.
Talış düzənliklərindəki bataqlıqlarda suçiçəyi, saçaqotu, süsən, qurbağaotu, sarı bataqlıq süsəni, bataqlıca xüsusi formasiyalar yaradır. Qurumuş bataqlıqlar üçün qaymaqçiçək, nanə, qırxbuğum, bigəvər və s. kimi bitkilər səciyyəvidir.



Yüklə 462,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin