Azərbaycanin faydali qazintilari.
•Azərbaycan əsrlərdən bəri mineral sərvətlərlə zəngin bir diyar olmuşdur.Mineral sərvətlərin əsasini kimya vı metallurgiya xammalari olan faydali qazintilar təşkil edir. Onlara mineral ehtiyyatlarda deyilir.Respublikamizin mühüm kimya və metallurgiya xammallari sənayə əhəmiyyətli neft və təbii qazla,dəmir,almünium,xrom,kobalt,molibden,civə,arsen filizləri,yod,brom və bor elementleri ilə zəngin buruq sulari,mis,kükürd kolçedanlari ilə,rəngarəng qeyri-filiz faydali qazintilarla təmsil olunur.Respublikamizda faydali qazintilar həm qruda həm də dənizdə çixarilir.Xəzər dənizi akvatoriyasi,habelə "neft daşlari"deyilən sahə böyuk neft ve qaz yataqlarina malikdir. AZƏRBAYCANDA faydali qazintilarla zəngin olan sahələr Abşeton və Qobustanda,Neft daşlarinda və xəzər yani sahədə, Daşkəsən, Gədəbəy, Xanlar, Şəmkir, Goranboy, Balakən, Neftçala, Salyan və b.rayonlarin ərazisində ,Habelə Naxcivan MR-dadir. Respublikamizin mineral servətləri onlardan istifade meqsedine göre 3qrupa bölunur.a)qeyri metal(qeyri filiz)faydali qazintilar;b)metal(filiz)faydali qazintilar;c)yanar faydali qazintilar. Metal-filiz faydali qazintilara-dəmir, polimetal, filizler (mis, sink, qurğuşun) xrom, molibden cive filizleri ves.daxildir. Azərbaycanin qeyri-metal faydali qazintilari-təbii kükürd,kükürd kolçedani, daşduz, natrium, kalium şoralari, alunit, maqnezit, dolomit, barit, seolit, kaolin, listvenit,azbest,mərmər,əhəngdaşi,gil,bentonit,dağ bülluru,araqonit,əqiq,və s dan ibaretdir. Yanar faydali qazintilar öncə emala uğradildiqdan sonra istifade edilir.Bunlara neft,tebii qaz,neftle birlikde çixan qazlar,yanar şistler,torf,daş kömür və s.daxildir.
Mövzu 5. Hidrosfer.
Hidrosfer yerin su təbəqəsidir.Yunan dilindən tərcümə etdikdə "hidro"-su, "spariya" isə sfera, kürə deməkdir, daha dəqiq desək hidrosfer yerin su təbəqəsidir. Bu təbəqəyə Dünya okeanı (dənizlər, körfəzlər, boğazlar), quru suları (çaylar, göllər, yeraltı sular) daxildir. Planetdə olan suyun həcmi 1390 milyon kv.km-ə bərabərdir. Bu atmosferin həcmindən 275 dəfə böyükdür.
Hidrosferdə olan suyun çox hissəsi okean sularının payına düşür. Okean suları planetdə olan suların 96.4%-ni təşkil edir. Buzlarlar bu suyun 1.86%-ni, yeraltı sular 1.68%-ni, səth suları isə cəmi 0,002%-ni təşkil edir.
Okean suları Yer səthinin 71%-ni örtmüşdür. Onun qalınlığı orta hesabla 3800m-ə bərabərdir. Okean sularının tərkibinndə həll olmuş duzlar və qazlar mövcuddur.
Bu təbəqədə suyun 97%-ə qədəri şor, 3%-dən bir qədər çoxu isə şirin sulardır. Hidrosferin ən böyük hissəsi Dünya okeanıdır.
Hidrosferin tərkib hissələrinə aşağıdakılar daxildir.
Dostları ilə paylaş: |