21.5. Riskləri idarəetmə metodları Təsərrüfat təcrübəsində tətbiq olunan riski idarəetmə metodlarının hamısını dörd növə bölmək olar (bax şəkil 17.4):
riskdən yayınma metodları;
riski məhdudlaşdırmaq metodları;
riski dissipasiya etmək (səpələmə) metodları;
riski əvəz etmək metodları.
Riskdən yayınma metodlarındanrisk etmədən hərəkət etməyə üstünlük verən sahibkarlar istifadə edirlər. Bu tipli rəhbərlər şübhəli tərəfdaşların xidmətlərindən imtina edir, öz etibarlılıqlarını inandırıcı surətdə təsdiqləmiş tərəfdaşlarla — istehlakçı və təminatçılarla işləməyə üstünlük verir, onların dairəsini genişləndirməməyə çalışırlar və s.
«Riskdən yayınma» taktikasından istifadə edən təsərrüfat subyektləri yerinə yetirilməsi və ya səmərəliliyi cüzi də olsa şübhə doğuran innovasiya və başqa layihələrdən imtina edirlər. Belə ki, «risksiz strategiyanı* seçən banklar yalnız konkret təminata görə, yəni daşınmaz əmlak və ya əmtəə və s. girov qoyulduqda kredit verirlər.
Riskdən yayınmanın digər yolu onu hər hansı bir üçüncü şəxs üzərinə keçirməkdir. Bu məqsədlə hərəkətlərinin sığortalanmasına və ya «təminatçıya* müraciət edir və riski bütövlüklə onlara həvalə edirlər.
Daha geniş səpkidə firma maliyyə-təsərrüfat sövdələrinin regional sığortalanması sisteminin və müvafiq təkrar sığor- talama sisteminin və s. yaradılması təşəbbüsü ilə çıxış edə bilər.
Bununla belə qeyd olunmalıdır ki, sığortalanma kimi geniş yayılmış riskdən yayınma metodu firmaların üzləşdiyi bir çox hallarda tətbiq oluna bilmir. Bu, birinci növbədə yeni məhsul növünün istehsalına və ya yeni texnologiyaların tətbiqinə başlayan firmalar üçün səciyyəvidir, çünki sığorta şirkətlərində aktual hesablamaların aparılması üçün belə hallar üzrə statistik verilənlər yoxdur, buna görə də onlar bu risk növlərini sığortalamırlar. Odur ki, risk dərəcəsini azaltmaq üçün hərəkət növünü seçdikdə həmin risk amilinin sığortala- ma predmeti olub-olmadığını aydınlaşdırmak lazımdır. Sığortalanmayan riskdə riski neytrallaşdırmanın digər metodlarını nəzərdən keçirmək lazımdır.
«Təminatçı axtarmaq* metodu həm kiçik, həm də böyük firmalar tərəfindən istifadə olunur. Amma təminatçı vəzifəsini onlar üçün müxtəlif subyektlər yerinə yetirirlər: bəziləri iri şikrətlərin (məsələn, banklann, sığorta cəmiyyətlərinin, fondların), digərləri dövlət idarə orqanlarının <■himayəsinə
tapınırlar». Bu zaman belə bir sual doğur: riskli vəziyyət üçün əldə olunmuş mühafizənin haqqını nə ilə ödəmək olar? Vahid cavab yoxdur, lakin görünür qarşılıqlı faydalılıq prinsipi gözlənilməlidir. Arzu olunan təminatçını nadir xidmətlərlə, siyasi dəstəklə, sözsüz xeyriyyəçiliklə və s. maraqlandırmaq olar, amma başqa hallarda olduğu kimi, burada da ödənc və əldə olunan qazanc müqayisə olunmalıdır. Bu isə vəziyyətin qruplaşdırılmasını və konkret təhlilini, firmanın etibarlı fəaliyyət əldə etməsi variantlarını işləyib öyrənilməsini qiymətləndirməyi və müqayisə etməyi tələb edir, .