MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Riskin məhdudlaşdırılması metodlarına



Yüklə 1,26 Mb.
səhifə151/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   147   148   149   150   151   152   153   154   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Riskin məhdudlaşdırılması metodlarına risk mənbələri­ni kifayət qədər dəqiq və konkret müəyyənləşdirmək müm­kün olan nisbətən- nadir hallarda müraciət olunur. İqtisadi cəhətdən ən təhlükəli mərhələ və ya fəaliyyət sahələrini müəyyənləşdirib, onları nəzarətdə saxlamaq və beləliklə, fir­manın sondakı risk səviyyəsini aşağı salmaq olar. Belə metodlar bir çox iri istehsal şirkətləri tərəfindən çoxdan tət­biq olunur: məsələn, kommersiya uğuru böyük şübhələr doğuran innovasiya layihələrinin istehsalda tətbiqində, yeni məhsul növünün istehsalına başlanmasında və s. Bir qayda olaraq bu intensiv LİETT və ya ən yeni elmi nailiyyətlərin tətbiqi tələb olunan, sənayedə hələ təcrübədən keçməmiş məhsul növləridir. Belə yüksək riskli layihələrin həyata keçirilməsi üçün vençurlu (riskli) adlanan «qız» müəssisəsi yaradılır. Layihənin ən riskli hissəsi yeni yaradılmış və nis­bətən kiçik müstəqil firma hüdudlarında məhdudlaşdırılır; eyni zamanda «ana» şirkətin elmi və texniki potensialının səmərəli qoşulması üçün şərait saxlanılır.
Riskin səpələnməsi metodları ən çevik idarəetmə alətləri­dir. Əsas səpələnmə metodlarından biri ümumi riskin ümumi işin uğrunda maraqlı olan başqa iştirakçılarla birləşərək (müxtəlif səviyyədə inteqrasiya yolu ilə) paylaşdırılmasıdır. Firma ümumi problemin həllinə tərəfdaş kimi digər müəssi­sələri və hətta fiziki şəxsləri cəlb etməklə öz risk səviyyəsini azaltmaq imkanına malikdir. Bu məqsədlə səhmdarlar cəmiyyətləri, maliyyə-sənaye qrupları yaradıla bilər; firma­lar bir-birinin səhmlərini ala və ya səhmlər mübadiləsini apa­ra bilər, müxtəlif şirkətlərə, assosiasiyalara, konsernlərə daxil ola bilərlər. İnteqrasiya ya bir tabelikdə olan və ya bir sahəyə məxsus bir neçə müəssisənin razılaşdırılmış qiymət siyasəti yürütmək, təsərrüfat zonalarını bölüşdürmək, «pi- ratlığa* qarşı birgə fəaliyyət göstərmək və s. üçün birləşmə­sində təzahür edən şaquli (və ya diaqonal), ya da texniki hədlərin, təminat və satış əməliyyatlarının ardıcıllığında təzahür edən üfüqi ola bilir. Bu zaman əlavə səmərə yaranır: firmanın giriş və çıxışında qabaqcadan nəzərə alma bilən əm­təə bazarı, etibarlı uzunmüddətli tələb və məhsul istehsalı üçün zəruri olan məmulatların təminatı üçün adacıqları ya­ranır. Riskin idarəedilməsinin bu metodları qrupuna müxtə­lif diversifikasiya variantları da aiddir:

  • fəaliyyətin diversifikasiyası - istifadə olunan və ya is­tifadəyə hazır texnologiyaların miqdarının artırılması, isteh­sal olunan məhsulun çeşidinin və ya göstərilən xidmətlər spektrinin genişləndirilməsi, istehlakçıların müxtəlif sosial qruplarına, müxtəlif regionların müəssisələrinə yönümlənmə kimi başa düşülür;

  • satış bazarının diversifikasiyası, yəni eyni zamanda bir neçə əmtəə bazarında işləmə - bu zaman bazarlardan birin­dəki uğursuzluq digərlərindəki uğurla əvəzlənmiş olunur; təchizatın çoxsaylı istehlakçılar arasında bölüşdürülməsi; bu zaman hər bir tərəfdaşın payının ümumi istehsal həcmində bərabər bölüşdürülməsinə səy göstərilməlidir ki, onlardan bir neçəsinin imtina etməsi bütövlükdə istehsal-satış proqra­mını pozmasın;

  • xammal və materiallar alışı diversifikasiyası çoxlu təc­hizatçı ilə əlaqədə olmağı nəzərdə tutur ki, bu da müəssisəni onun « əhatəsindən*, ayrı-ayrı xammal, material və komp- lektləşdirici təchizatçıların etibarsızlığından asılılığını azalt­mağa imkan verir; tərəfdaş təchizat qrafikini ən müxtəlif, o cümlədən obyektiv səbəblərdən (qəza, iflas olmaq, fövqəladə





Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin