23.2. Dövlətin minimal funksiyaları Məlumdur ki, bazar mexanizmi cəmiyyət qarşısında duran mühüm iqtisadi məsələləri həll etməyə qabil olan yaxşı tənzimlənmiş mexanizm olsa da, təsərrüfatçılımın həyat fəaliyyətinin bir sıra sahələrində işləmir. Bazar mexanizminin resurslardan səmərəli istifadəni təmin edə bilmədiyi halları adətən uğursuzluq (fiasko, iflas) adlandırırlar.
Adətən bazarın uğursuzluğuna dəlalət edən dörd qeyri- səmərəli vəziyyət olduğu göstərilir:
ictimai nemətlər;
xarici effektlər (ekstemalilər);
qeyri-təkmil (asimmetrik) informasiya (bu barədə daha geniş bax fəsil 25);
inhisarlar (bax fəsil 12).
Bəzən bura həm də bazarın dövriyyəni lazımi miqdarda pulla təmin edə bilmək qabiliyyətində olmamasını da aid edirlər. Bütün bu hallarda dövlətin müdaxiləsi tələb olunur.
Dövlətin ictimai nemətlərin verilməsi, xarici effektlərin tənzimlənməsi (ekstemalilər), inhisarların və antiinhisar qanunvericiliyinin tənzimlənməsi, asimmetrik informasiyanın qarşısının alınması və pul dövriyyəsinin səmərəli təşkili üzrə yerinə yetirdiyi funksiyalar dövlətin real bazarı tənzimləməsinin minimal zəruri hüdudlarını müəyyənləşdirir. Bu isə ümumiyyətlə tənzimlənməyən bazarın olmamasını söyləməyə əsas verir, çünki həttaideal azad bazarın da dövlətlə qarşılıqlı əlaqədə olmağa ehtiyacı var. İctimai əmtəələr kollektiv tələbatları dövlətin vergi və büdcə siyasəti ilə bağlayır. Məsələ burasındadır ki, ictimai nemətlərə (əmtəələrə) olan tələbatların ödənilməsi dövlətin büdcədən müəyyən xərclərini tələb edir. Büdcə xərclərinin həcmi və quruluşu ictimai əmtəələrin həcmi və quruluşundan asılıdır. Bu xərcləri ödəmək üçün dövlətə müvafiq olaraq gəlir də lazımdır ki, bunun da çox hissəsini əhalidən toplanan vergilər təşkil edir. Beləliklə, ictimai nemətlər yalnız ilk baxışdan pulsuz görünürlər (çünki bilavasitə bazarda əhali ictimai əmtəəyə görə pul ödəmir). Əslində isə əhali ictimai nemətlərin təqdim edilməsi üzrə dövlət xidmətlərin haqqını dolayısı ilə, vergilər vasitəsilə dövlət büdcəsinin gəlir hissəsinin əhalidən toplanmış vergi qədərində ödəyir. Özü də dövlət bu zaman dövlət büdcəsinin gəlir və xərclər hissələrinin uyğunlaşdırılınası ilə bağlı mürəkkəb bir məsələni həll etməlidir. İctimai əmtəələr konsepsiyasından dövlətin iqtisadi siyasəti üçün aşağıdakı nəticəyə gəlmək olar: Birincisi, ölkə vətəndaşı ictimai əmtəəni vergiyə bərabər qiymətə alırsa, büdcənin vergilərdən formalaşan gəlirləri ilə onun xərcləri arasında tarazlığın saxlanılması zəruridir. ikincisi, büdcə xərclərinin quruluşu ictimai əmtəələrə tələbin quruluşuna müvafiq olmalıdır. Üçüncüsü, ictimai əmtəələrin spektri artdıqca və ya azaldıqca, müvafiq olaraq dövlət büdcəsi də artmalı və ya azalmalıdır. Dördüncüsü, müasir təsərrüfatçılıq şəraitində xüsusi və ictimai nemətlər arasındakı nisbət ciddi əhəmiyyət kəsb edir. Bazar üçün xarici olan effektlərin tənzimlənməsini dövlət öz üzərinə götürür. Öz funksiyasını yerinə yetirərkən o, xarici effektləri aşkar edir, onları pul formasında ölçür, bazar sisteminin qeyri-təkmilliyini aradan qaldıran qərarlar qəbul edir. Bunun ardınca dərhal təsərrüfatçı subyektlərin reaksiyası və mikroiqtisadi parametrlərin (gəlirlərin, resursların yenidən bölgüsü, qiymətlərin quruluşunun dəyişməsi və s.) dəyişilməsi gəlir.
Xarici effektləri tənzimləyən dövlət qərarları optimal variantda fərdi iqtisadi maraqlara toxunmamalıdır, çünki onlar bazar (xüsusi) xərclərinin və ya gəlirlərin baş vermiş artımına yalnız pulla qiymət verirlər. İqtisadi prosesin pul gəlirlərinin bir qismi dövlət tərəfindən əllərindən alınmış iştirakçıları uduzmurlar, çünki artıq əldə olunmuş qazanca görə ödəniş edirlər.
Müasir, sürətlə dəyişən dünyada istehsalın ekoloji aspekti ilə bağlı xarici effektlərinin dövlət tənzimlənməsi get-gedə daha çox əhəmiyyət kəsb edir.
Bazar tələbinə yönümlənmiş iqtisadiyyat təsərrüfat dövriyyəsinə get-gedə daha çox təbii resursların cəlb olunmasını həvəsləndirir və bu da son nəticədə müasir cəmiyyətin özünü təhlükə qarşısında qoyur. Ekoloji vəziyyətin pisləşməsi bazar rəqabətinin mənfi sosial nəticələrinin qarşısının alınmasına yönümlənmiş yeni xüsusi dövlət tənzimləyicilərinin meydana gəlməsini zəruri edir və bu da inkişaf iqtisadiyyatında dövlətin təsvir olunan funksiyasının yerinə yetirilməsini çətinləşdirir.
Ətraf mühitə zərərli tullantıların atılmasının azaldılmasının üç əsas yolu var:
zərərli tullantılar üzrə norma və standartların müəyyənləşdirilməsi;
tullantılara görə ödənişlərin tətbiq edilməsi;
tullantılara müvəqqəti icazələrin satışı.
Zərərli tullantılara görə standartlar (imissions standarts) sənaye tullantılarında zərərli maddələrin qanun tərəfindən müəyyənləşdirilmiş hədd konsentrasiyasıdır.
Tullantılara görə ödəniş daha böyük çevikliyə malikdir.
Tullantılara görə ödəniş firmadan ətraf mühiti çirkləndirən hər tullantı vahidinə görə alınan haqdır. Belə sistem zərərli tullantıların ümumi həcminin azalmasına rəvac verir, bunu onun AFR-da tətbiqinin nümunəsində görmək olar. Lakin belə sistemdə çirkləndirmə standartlarının pozulmayacağına tam əminlik yoxdur. Mənfi eksternalilərin dövlət tərəfindən məhdudlaşdırıl- masının sonuncu üsulu xarici xərclərə hüquq bazarının yaranmasına səbəb olmuşdur. Tullantıların atılmasına dövlət lisenziyaları bazarda onlara tələb və təklif əsasında alqı-satqı obyekti kimi çıxış edirlər. Belə lisenziya almış çirkləndiricilər, əgər lisenziyanın qüvvədə olduğu müddətdə zərərli tullantılarını azaltmışlarsa, lisenziya üzrə qalığı bazarda sata bilərlərəgər onlar zərərli tullantıları heçə endirirlərsə, lisenziyalarını tullantılara icazə verilmiş həcm çərçivəsindən kənara çıxanlara sata bilərlər (bax şəkil 26.1).
Verilmiş qrafikdə tullantıların atılması təklifi şaquli S əyrisi ilə təsvir olunmuşdur və dövlətin müəyyənləşdirdiyi yol verilən çirkləndirmə həddini (100 min t.) əks etdirir. O, optimal çirkləndirmə həddinə müvafiqdir.Bu həcmdə lisenziyalar buraxılır. Lisenziyaların bazarda tarazlıq qiyməti D tələb və S təklif əyrilərinin kəsişmə nöqtəsi ilə müəyyənləşir (yəni bir ton tullantıya görə 40 dollar). Beləliklə, xarici effektlər konsepsiyası əsasında iqtisadiyyatı inkişafda olan dövlətin iqtisadi siyasəti üçün aşağıdakı nəticələrə gəlmək olar: Birincisi, dövlət büdcəsindən subsidiyalarla birgə xüsusi vergilər tətbiq edilməsi zəruridir ki, vəsaitin xarici effektdən zərər çəkənlərin xeyrinə yenidən bölgüsünə imkan yaransın. Bu, dövlətin iqtisadi funksiyalarını genişləndirir və təkmil rəqabətin şərtlərinə cavab verir.