MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə155/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   151   152   153   154   155   156   157   158   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

22.4. İctimai və xüsusi nemətlər
İstehsalçılar tərəfindən təklif olunan və istehlakçılar tərəfindən tələb olunan nemətlərin çoxu şəxsi istifadə üçün nəzərdə tutulan və ya xüsusi nemətlərdir. Nemət, əgər bir anda yalnız bir şəxs tərəfindən istddak oluna bilərsə, xüsu­sidir. Nemət, hətta bir şəxs tərəfindən istehlak olunduğu halda başqaları tərəfindən də istehlakı mümkündürsə, icti­maidir. İctimai nemətlərin çoxu xüsusi bazarlar tərəfindən təmin edilmir. Bu da təsadüfi deyil. Bu hər şeydən əvvəl ic­timai nemətlərin aşağıdakı xüsusiyyətlərə malik olması ilə bağlıdır:
■ daxililik (və ya biletsiz problemi - free rider - biletsiz gedən). Free rider - istehsalı xərc tələb edən, lakin ona görə heç nə ödəmədən həmin nemətdən istifadə edən kəsdir.
Məsələn, milli müdafiə. Pulsuz istifadə problemini (bazar tərəfindən həll olunmayan) həll etmək üçün cəmiyyət müda­fiəyə nə qədər xərcləmək lazım olduğunu birgə həll etməyin yollarını tapmalıdır. Belə qərarları isə məhz dövlət qəbul et­məlidir;

  • sıfır son hədd xərcləri. Nemətdən istifadə edən şəxslə­rin sayı artdıqda xərclərin artması baş vermir. Məsələn, ma­yakın işığı;

  • bölünməzlik, bu da daxillik ilə sıx bağlıdır. Nemət o qə­dər böyükdür ki, fərdi alıcıya satıla bilməz (məsələn, milli müdafiə, hava və s.);

  • müsbət xarici effektlərin, yəni bütövlükdə cəmiyyət üçün faydalılığın səviyyəsinin yüksək olması. Bu kimi ne­mətlərin bazar tərəfindən istehsalı mümkün deyildir, çünki bölünməməzlik və daxililik prinsipləri fəaliyyət göstərir.

İctimai nemətlərə milli müdafiə, mayaklar, polis mühafi­zəsi, daşqınlar, zərərli həşaratlar, xəstəliklərə qarşı mübari­zə proqramları aiddir. İqtisadiyyatın qloballaşması Yer kürəsi əhalisi üçün həyat şəraitinin qorunub saxlanılması kimi ictimai nemətin yaranmasına səbəb olacaq.
İctimaiyə bənzər nemətlər də mövcuddur. Bu, təhsil siste­mi, kitabxanalar, muzeylər, avtomobil yolları, yanğından mü­hafizə, kanalizasiya, profilaktik səhiyyə kimi nemətlərdir. İctimai nemətlərdən onların fərqi ondadır ki, bu nemətlərin haqqını ödəməyən insanlar onların istehlakı prosesindən kə- narlaşdırıla bilərlər. Yalançı ictimai nemətlər bölünəndir və bazar tərəfindən istehsal oluna bilirlər. Lakin onlar müsbət xarici effektlər və ya köçürmədə xeyli mənfəət olduğundan çox vaxt dövlət tərəfindən təmin edilirlər. Bəzi hallarda, söhbət muzeylər, avtomobil yolları, kanalizasiya sistemi kimi əmtəə və xidmətlərdən gedəndə, ictimaiyə bənzər ne­mətlərilə bağlı son hədd xərcləri sıfra yaxındır.
İctimaiyə bənzər nemətlər arasında ilkin tələbat əmtəələri seçilir. Bu, dövlətin belə tədbirlərin cəmiyyətin maraqlarına xidmət etməsi fikri ilə dəstəklədiyi və ya əks-təsir göstərdiyi (mənfi keyfiyyətli nemətlər) nemətlərdir. Məsələn, təhsilə, səhiyyəyə, kitabxanalara vəsait, siqaretə, alkoqola isə vergi qoyuluşu.
İctimai nemətlərin mövcud verilmə praktikası könüllü razılaşma nəticəsində deyil, icbari vergi qoyulması yolu ilə maliyyələşir. Lakin iqtisadi nəzəriyyədə ictimai nemətlərin verilməsinin təhlilinə başqa yanaşma mövcuddur. Bu, könül­lü mübadilə modelidir (voluntary-exchange model public goods). Könüllü yanaşma ilk dəfə K.Vikselem (1851-1926) tərəfindən təklif olunmuşdu. İsveç iqtisadçısı bildirirdi ki, hər bir ictimai nemət, birincisi, xüsusi vergi hesabına maliy­yələşməlidir, ikincisi isə, həmin nemətin hansı miqdarda verilməsi barədə cəmiyyətin bütün üzvlərinin yekdilliyi lazımdır. Fərdlər əvvəlcə verəcəkləri vergi barədə məlumat­landırılmalıdırlar. Sonra nemətin verilmə səviyyəsi barədə məsələ həll olunmalıdır.
Təhlil E.Lindal tərəfindən genişləndirilmişdi. Onun mo­delinə görə verginin də, verilən nemətin də həcmi müzakirə obyektidir. Lindal modelində müvazinətə nail olmaq üçün hər bir fərdin ödədiyi vergi həmin fərdin aldığı nemətin son hədd faydalılığına (marginal utility) tam bərabər olmalıdır.
Bu müddəanı iki şəxsdən ibarət (A və B) cəmiyyət üçün aşağıdakı qrafiklə şərh etmək olar (şəkil 25.5). Üfüqi oxda nemətin miqdarını, şaquli oxda isə verginin tam kəmiyyə­tində hər bir fərdin payını göstərək.
A-nın ödədiyi vergi payı aşağıdan yuxarı, B-nin ödədiyi isə yuxarıdan aşağı artır. DA əyrisi müxtəlif vergi payların­da A-nın əldə etmək istədiyi nemətin miqdarını göstərir. A­nın məsrəf payı azaldıqca, onun arzu etdiyi nemətlərin səviyyəsi artır.
DB əyrisi B-nin üstünlükverimlərini göstərir və yenə də məsrəflər azaldıqca, arzu olunan nemətlərin miqdarı artır.
Lindal tarazlığı Qj nöqtəsində, verginin A və B arasında S nisbətində bölgüsü zamanı yaranır.
Ş

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin