Mövzu 23. Bazar iqtisadiyyatında dövlətin rolu 23.1. Dövlətin cəmiyyətdə roluna baxışların təkamülü 23.2. Dövlətin minimal funksiyaları 23.3. Dövlətin maksimal funksiyaları 23.4. İqtisadiyyatda dövlət təsirinin forma və alətləri 23.5. İctimai seçim nəzəriyyəsi və dövlətin uğursuzluqları
23.1. Dövlətin cəmiyyətdə roluna baxışların təkamülü Bəşəriyyət ən qədim dövrlərdən başlayaraq ev təsərrüfatı və qəbilə birləşmələrindən hazırda müasir dövlətlərə qədər böyüyən daha iri qruplarda birləşirdi. Mövcud ola bilmək üçün ayrı-ayrı şəxslər və qruplar qanunvericilik, asayişin qorunmasına nəzarət, müdafiə və s. kimi sahələrdə səlahiyyətlərini dövlət orqanına verirdilər. Dövlətə müəyyənləşdirilmiş ərazi hüdudlarında insanın bütün digər təşkil olunmuş həyat fəaliyyəti formaları üzərində məcbur etmə imkanları verilir. Buna görə də hələ qədim dövrlərdə dövlət dedikdə müəyyən ərazidə məskunlaşmış və eyni bir hakimiyyətə tabe olan oturaq əhalinin təşkili başa düşülürdü. Platon, Aristotel, Siseron dövləti insanların birgəyaşayış forması və ya içərisində insanın mövcudluq üçün şərait tapdığı mühit kimi nəzərdən keçirirdilər. Özü də, Aristotelin sözlərinə görə, «tam xoşbəxt həyat mühiti» ki, burada dövlət insanı xoş sifətlər ruhunda tərbiyə edir və o, dövlətin təyinatını məhz bunda görürdü. Bir şey şəksizdir: dövlət cəmiyyətin iqtisadi və sosial inkişafının məhsuludur. O, millətin mövcudluğunu və inkişafını təmin edən müəyyən funksiyaların (o cümlədən iqtisadi) yerinə yetirilməsinə tələbat kimi yaranmışdır. Dövlət heç də cəmiyyətə kənardan qəbul etdirilmiş qüvvə deyil. Dövlət cəmiyyətin özü-özü ilə həlledilməz ziddiyyətində dolaşdığını, aradan qaldırmağa qadir olmadığı 'barışmaz əksliklərə bölündüyünü etiraf edilməsidir. Bu əksliklərin bəhrəsiz mübarizədə bir-birini və cəmiyyəti məhv etməməsi üçün cəmiyyətdən, görünür, yuxarıda dayanan güc, toqquşmanı zəiflədən, «qaydalar çərçivəsində saxlayan güc lazım oldu. Və get-gedə özünü cəmiyyətdən uzaqlaşdıran bu güc dövlətdir. Dövlət ümumi marağı fərdi maraqdan ayıraraq ictimai şərtlənmənin yeni formasını doğurdu. Dövlətin rolunun və insanın həyat fəaliyyətinin fərdi sahəsi barədə mübahisələr müxtəlif yüzilliklərdə və müxtəlif qitələrdə aparılıb. Konfusinin (b.e.ə. 551-479) əsərlərini, İbn Xəldunun «İbrətlər kitabıonı, Kau- tilyinin (digər adı Çanakya - b.e.ə. IV əsr) «Artaxaşastra» əsərini (tərcümədə «Siyasət elmi» və ya «Faydalılığa çatmaq elmi»), Nikkolo Makiavellinin « Hökmdar »ını yada salmaq kifayətdir. Məsələn, Konfusi bildirirdi ki. dövlətin gücü üç zəmin üzərindədir: əhalinin rifahı, dövlətin (hərbi) qüdrəti və hökumətə etibar. Və əgər dövlət zəifdirsə, o hər şeydən əvvəl əhaliyə dəstəyi, sonra isə müdafiəyə xərcləri azaltmalıdır. Amma hökumətə etibar itirilmişsə, dövləti iflas gözləyir. Makiavelli üçün güclü dövlət zorakılıq və ya sərt nəzarət tətbiq edən deyil, uğurlu cəmiyyətdir, uğur isə əxlaq qaydalarına zidd metodlarla da əldə oluna bilər, çünki dövləti xilas etmək üçün bütün metodlar yarayır. Dövlətin əxlaq qaydaları hansı ki, bu gün biz onu mühakimə edirik, Makiavelliyə görə, uğurlu dövlətin müxtəlif vəziyyətlərdə müxtəlif olmasından da irəli gələ bilər. Onun dövlətin idarə olunması nəzəriyyəsinin ən mühüm nəticələrindən biri budur ki, praktik nöqteyi-nəzərdən dövlət hakimiyyəti texnologiyalarına adi insana icazə verilməyən çox şeyə icazə verilir. Buna görə də dövlət hakimiyyəti qarşısında duran əsas məqsədi (uğurlu dövlət) unutmamalıdır. Dövlət davranışındakı bu ziddiyyəti qeyd edən Pol Valeri yazırdı: «Güclü dövlət bizi sıxır, zəif dövlətdə isə biz məhv oluruq*. Dövlətin idarə olunması haqqında elm XII-XIII əsrlərdə Şərq cəmiyyətlərində yaradılmışdı. Çində Li Qounun əsərlərini, XIII əsr ərəb-islam ədəbiyyatındakı «Yolda mirvarilər və ya Hökmdarların siyasəti*, «Kələklər və bicliklər*, «Səhv- lər və sevinclər*, «İşlərin nizamlanmasında incəliklər haqqında*, «Hakimiyyətin qurulması*, «Siyasət*, «Müharibədə kələklər və bicliklər*, «Hökmdarın həmsüfrələrinə xatırlatma* və s. kimi bir sıra əsərləri; hind-müsəlman «güzgülər» ədəbiyyatındakı «Müharibə və cəsurluq qanunları*, «Yer hakimiyyətinə göstərişlər*, «Hökmdarların sərvəti* əsərlərini göstərmək kifayətdir. Dövlətin edə biləcəyi ilə əhalinin ondan gözlədiyi arasındakı fərq artdıqca dövlət tədricən daxildən dağılmağa başlayır və bununla da öz vətəndaşlarını elementar sabit yaşama imkanlarından: qanunçuluq və təhlükəsizlik, müqavilələrə etibar və etibarlı tədavül vasitələrindən məhrum edir. Hələ 1651-ci ildə Tomas Qobbs «Leviafan» traktatında qeyd edirdi ki, qanun-qaydanı mühafizə edən güclü dövlətsiz həyat «tənhalanmış, kasad, təhlükəli, kobud və qısa» olar. Təəssüf ki, bu prosesin ayrı-ayrı elementləri Rusiyanın və keçid iqtisadiyyatlı ölkələrin iqtisadiyyatında müşahidə olunur. Dövlətin cəmiyyətdə rolunu ayrı-ayrı iqtisadi məktəblər müxtəlif cür görürdülər.
XVII əsr merkantilistləri dövlətin əsas vəzifəsini ticarəti həvəsləndirməkdə görür və dövlətin fəal surətdə iqtisadiyyata müdaxiləsinin tərəfdarı kimi çıxış edirdilər.
Fiziokratlar təsərrüfat fəaliyyətində tam azadlığın üstün olmasını sübut etməyə çalışır və dövlətin cəmi üç funksiyasını önə çəkirdilər.
Dövlətin birinci və ən mühüm funksiyası - təbii nizamı hakimiyyətə göz dikə biləcək günahkar və cahil əllərdən və ən əsası, onun əsasında duran şeyi - mülkiyyəti - qorumaq. Fiziokratların fikrincə, qanuni nizam cəmiyyətdə birləşmiş insanlar üzərində irsi və suveren hakimiyyətin gücü ilə təmin edilən və mühafizə olunan mülkiyyət hüququndan ibarətdir.
İkinci funksiya təhsildir. Bodo deyir: «Ümumi təhsil birinci əsl sosial əlaqədir». Kene də (1694-1774) mövcud nizama və onu dərketmə üsulları ilə əlaqədar maarifləndirməni təkidlə tövsiyə edir. Təhsilin zəruriliyini onlar bütün vətəndaşları əhatələyən təhsilin, maariflənmiş ictimai fikrin fiziokratik qəddarlığın şəxsi qəddarlığa çevrilməsinin qarşısını alan yeganə vasitə olması ilə əsaslandırırdılar.
İctimai səciyyəli müəssisələrin məzmunu dövlətin üçüncü funksiyasıdır. Fiziokratlar yazırdılar ki, məgər yaxşı mülkiyyətçi-sahibkar hər şeydən əwəl öz torpaqlarında yollar çəkdirməməlidirmi, axı yollar və kanallar müxtəlif bölgələr arasında əlaqə yaradılması üçün çox gərəklidir.
Dövlətin rolu barədəki fikirlərin inkişafında növbəti mərhələ öz əksini A.Smitin (1723-1790) «Xalqların sərvətlərinin təbiəti və səbəbləri haqqında tədqiqat* əsərində əksini tapmış klassik nəzəriyyə olmuşdur. O bildirirdi ki, «bazar qüvvələrinin azad oyunu («laisser faire» prinsipi) harmonik quruluş yaradır*. Klassik yanaşmalara müvafiq olaraq dövlət insan həyatının və onun mülkiyyətinin təhlükəsizliyini təmin etməli, mübahisəli məsələləri həll etməli, yəni fərdin müstəqil görə bilmədiyi və ya az səmərə ilə gördüyü işləri görməlidir. Bazar iqtisadiyyatında təsərrüfat fəaliyyəti subyektlərinin hamısı üçün ən əsas şey əsas iqtisadi azadlıqlara, yəni fəaliyyət sahəsinin seçimi azadlığına, rəqabət azadlığına və ticarət azadlığına təminatdır. Smitə görə, dövlətin praktik siyasəti kompromis ruhlu olmalıdır ki, bu da tez uğur qazanmağa kömək edir.
Klassik siyasi iqtisaddan fərqli olaraq Jan Şarl Leonar Simond de Sismondi (1773-1842) o dövrün iqtisadi quruluşunun təhlilindən çıxış edərək göstərirdi ki, iqtisadi həyat bütövlükdə - yalnız istehsal sahəsi deyil, həm də nemətlərin bölgüsü sahəsi - ictimai nəzarətə məruz qalmalı və ayrı-ayrı siniflərin marağına deyil, bütün cəmiyyətin maraqlarına cavab verən tərzdə islahat olunmalıdır. Bununla da ölkə həyatında dövlət üçün nəzəri cəhətdən xeyli fəal rol ayrılır.
Marksizm ilk dəfə belə bir meylə diqqət yetirdi: kapitalın təmərküzəşləşməsi nə qədər çox artarsa, dövlət bütün cəmiyyət üzvlərinin dövlətinə deyil, maliyyə kapitalının, hakim oliqarxiyanm dövlətinə çevrilmə meylinə bir o qədər çox məruz qalar. Və bu keyfiyyətdə o, iqtisadiyyata daha intensiv bilavasitə müdaxiləyə can atacaqdır. Uzaq gələcəkdə, bütün dünyada kapitalizm məhv olub gedəndən sonra, kommunizm dövründə dövlət güc orqanı kimi aradan gedəcək, çünki xüsusi mülkiyyət ümumxalq mülkiyyəti ilə əvəzlənəcəkdir.
Dövlət institutunun məhvi ideyası indi də bəzi alimlər tərəfindən dəstəklənir. Məsələn, Harvard slavyanşünası Aleksandr Babenışev bildirir ki, «dövlət itməlidir*1, çünki o, gücü təcəssüm etdirir, insan hüquqlarının ön plana çıxdığı şəraitdə isə hətta böyük güc belə heç nəyi həll edə bilmir. Səudiyyə Ərəbistanının neft yataqları üzərində yerləşməsi bu ərazidə yaşayan əhalinin xidmətləri deyil, tarixi prosesin nəticəsidir. Bu neft yataqları üzərində yaşamayan digər insanlara qarşı ədalətsizlikdir. Buna görə də konkret əraziyə hakim olmaq üçün insanları birləşdirən dövlət lazım deyil. Lakin bu ideyanın praktik realizəsinə yüzlərlə il tələb olunur. Müasir dövlət nəzəriyyəsi iqtisadi nəzəriyyədə iki istiqamətlə təmsil olunmuşdur: neoklassik və keynsçi. Dövlətin bazar iqtisadiyyatına və inkişaf iqtisadiyyatına fəal müdaxiləsinin əsas nəzəriyyəçisi məşhur ingilis iqtisadçısı C.M.Keyns olmuşdur. Keynsçi siyasət öz qarşısına əhalinin tam və ya yüksək məşğulluğu şəraitində ümumi tələbin ümumi təklifə müvafiq olmasına nəzarət və tənzimlənməsi məqsədi qoyurdu. Keyns modeli xüsusi kapitalı investisiya qoyuluşuna «sövq etmək», həmçinin ictimai işlərin dövlət maliyyələşdirilməsi və milli gəlirin büdcə vasitəsilə az təminat- lılann xeyrinə müəyyən qədər yenidən bölgü yolu ilə «səmərəli» məcmu tələbinin həvəsləndirilməsini nəzərdə tuturdu. Keyns doktrinası ən dolğun tətbiqini ABŞ-da prezident F.D.Ruzveltin siyasətində tapdı və yaxşı nəticələr verdi. Keynsçilik haqqında danışanda qeyd etmək lazımdır ki, bu yalnız dövlət bölməsinin və ümumiyyətlə dövlət müdaxiləsinin müdafiə edilməsi deyil, həm də iqtisadiyyatın tənzim olunmasının xüsusi konsepsiyasıdır. Hər şeydən əvvəl bu, dolayısıyla mikroiqtisadi tənzimləmə konsepsiyasıdır. Onun əsas məqsədləri məşğulluq və iqtisadi artımda sabitlik, alətləri isə dövlət büdcəsi və kredit-pul siyasətidir. Keyns və onun ardıcılları sırf bazar mexanizminin sabit iqtisadi artımı və tam məşğulluğu təmin etmək iqtidarında olmadığı və məhz buna görə dövlətin müdaxiləsinin zəruri olması fikrindən çıxış edirlər. Keynsçi nəzəriyyəni böhran nəzəriyyəsi adlandırmaq olar, çünki o, iqtisadiyyatı bir sıra inkişaf etmiş iqtisadiyyatlı müasir ölkələr üçün səciyyəvi olan tənəzzül vəziyyətində nəzərdən keçirir. Avstriya iqtisadçısı, siyasətin iqtisadi nəzəriyyəsinin banisi İ.Şumpeter dövlətə yalnız təbəələrinin rifah halını nəzərdə tutan və var gücü ilə bu rifahı artıran xoşniyyətli hökmdara yanaşan kimi yanaşan ingilis iqtisadi fikrinə xas xoş münasibətə qarşı dururdu. O, özünün «Kapitalizm, sosializm və demokratiya* (1943) kitabında demokratiyanı siyasətçilərin satıcı qismində, seçicilərin isə satıcılar tərəfindən hərdən aldadılan alıcı qismində çıxış etdiyi siyasi bazar kimi təqdim etmişdi. Bununla da demokratiya institutunun sırf iqtisadi modeli yarandı. XX əsrin ikinci yarısında iqtisadçıların çoxu bazarın «görünməyən əl*inə «dövlətin görünən əlinin* əlavə edilməsinin zəruriliyi fikrinə gəldilər. Bu vaxt bütün dövlətlərin iqtisadiyyatı sahəsində dövlətin fəaliyyət miqyasının genişlənməsinə və rolunun gücləndirilməsinə meyil meydana gəldi. İnkişaf etmiş və inkişaf edən ölkələrdə dövlətin miqyası üçüncü minilliyin əvvəlində 1960- cı ildəki ilkin səviyyə ilə müqayisədə iki dəfə artmışdır. Elə həmin illər ərzində İsveçin dövlət aparatı ABŞ-la müqayisədə həm ümumi gəlirdəki xərclərin payına görə, həm də dövlət bölməsində məşğul olan əhalinin sayına görə iki dəfə artmışdır. Tədricən dərk olundu ki, yalnız bazarın özunutənzimlə- məsinə ümid etmək milli iqtisadi sistemin özünün mövcudluğunu, ələlxüsus keçid və böhran dövrlərində, təhlükə altına qoya bilər. Bazar iqtisadiyyatında insanın varlı olmaq üçün kifayət qədər səy göstərmədiyinə görə kasıb olması kimi geniş yayılmış fikir insanın kasıblığının dövlətin güclü təsir göstərə bildiyi mühitdən, mövcudluq şəraitindən asılı olması fikri ilə əvəzləndi. Ötən əsrin 60-cı illərinin əvvəllərinə dövlət artıq bu və ya digər dərəcədə təsərrüfat fəaliyyətinin bütün sahələrinə qarışır, qiymətləri müəyyənləşdirir və onlara nəzarət edir, əmək münasibətlərinin, valyuta əməliyyatlarının və maliyyə bazarlarının tənzimlənməsini sərtləşdirir. 70-cı illərin əvvəllərinə dövlətin üstün yer aldığı inkişaf strategiyasının qüsurları aşkar görünməyə başladı. Dövlət şirkətlərinin müflisi iyi, dövlət institutlarının zəifliyi, dünyada baş verən neft və valyuta böhranları nəticəsində gəlirlərin azalması, dövlət idarələrinin şişirdilmiş xərcləri, zərərlə işləyən müəssisələrin maliyyələşdirilməsi, təhsil, səhiyyə və s. kimi həyati əhəmiyyətli sahələrdə proqramların kritik həddə qədər ixtisarı - bütün bunların hamısı Afrikanın, Latın Amerikası, Asiya, Avropa, sabiq Sovet İttifaqının bir sıra dövlətlərinin 60-70-ci illərin inkişaf modelindən 80- ci illərin minimistik dövlət modelinə keçməyə məcbur etdi.
Məhz bu dövrdə (70-80-ci illərin qovuşuğunda) keynsçi nəzəriyyəsi və ona əsaslanan siyasət neomühafizəkarlar cərəyan və birinci növbədə monetaristlər tərəfindən tənqidə məruz qaldı. Onlar keynsçilərin kəsirli maliyyələşdirmə reseptinin inflyasiya səciyyəli olmasını vurğulayırdılar. Həqiqətən də həmin dövrdə inflyasiyanın yayılması iqtisadiyyatın birinci dərəcəli problemi oldu. Neomühafizəkarlar bunda keynsçi siyasətini təqsirləndirirdilər. Keynsə qarşı «üsyanın» başında Amerika iqtisadçısı, Nobel mükafatı laureatı Milton Fridmen (d.1912) durdu. O, A.Smitin «iqtisadi insan» konsepsiyasım dəstəkləyir və dövlət tənzimləməsi ideyasını tənqid edirdi. Buna alternativ kimi o, azad rəqabəti və sahibkarlığı görürdü. M. Fridmen dövlətin pul tədavülünə müdaxiləsinə qarşı xüsusilə kəskin çıxış edirdi. Fridmenin ideyaları öz əksini «reyqanomikada», həmçinin bir sıra inkişaf etməkdə olan ölkələrin, məsələn Çili, Argentinanın iqtisadiyyatında öz əksini tapdı, XX əsrin 90-cı illərinin əvvəllərində Rusiyada, Y.Qaydarın rəhbərliyi altında aparılan islahatlarda istifadə olunmuşdu.
Neoliberal konsepsiyaların tərəfdarları hesab edirlər ki, keynsçilərin pul kütləsində kəskin dəyişmələrə aparan anti- siklik tənzimləmə reseptlərindən imtina etmək və konyunkturadan asılı olmayaraq tədavüldə pulun ciddi tənzimlənməsinə keçmək lazımdır. Pul kütləsi yalnız milli gəlirin uzunmüddətli artım sürətinə müvafiq olaraq artmalıdır. Onlar dövlət xərclərinin artması əleyhinə çıxış edərək hesab edirlər ki, dövlətin edə biləcəyi ən yaxşı şey öz gəlir və xərclərini azaltmaq, bir də vergiləri azaltmaqdan ibarətdir. Neokeynsçilər əvvəlki kimi bazar iqtisadiyyatında sabit artıma və resurslardan optimal istifadəyə mane olan səbəblərin olması, buna görə də dövlət tənzimləməsinin zəruriliyi fikrindən çıxış edirlər. Yeni şəraitləri və rəqiblərinin tənqidini nəzərə alaraq Keynslə müqayisədə onlar yeni aspektlər irəli sürürlər.
Beləliklə, keynsçiliyin böhranı nəinki neoklassik cərəyanı canlandırdı, həm də eyni zamanda keynsçiliyin özünün inkişafına səbəb oldu. Onlar arasında fərq eyni bir suala: bazarın və ya dövlətin - iqtisadiyyatı qeyri-tarazlıq vəziyyətindən daha tez, səmərəli və ucuz uyğunlaşdırmağa kim qabildir sualına verdikləri cavabların müxtəlif olmasındadır.
Beləliklə, dövlətin üstün mövqedə olduğu inkişaf modeli dağıldı, amma dövlətin iştirakı olmasa, iqtisadiyyatı eyni aqibət gözləyir. P.Samuelsonun obrazlı şəkildə yazdığı kimi, bazarın və ya dövlətin olmaması şəraitində iqtisadiyyatı idarə etməyə cəhd etmək tək əllə çəpik çalmağa cəhd etmək kimidir. Bu zaman mütləq yadda saxlamaq lazımdır ki, dövlət tənzimləməsi aşağıdakı prinsiplə həyata keçirilməlidir: «Rə Rəqabət mümkün olan hər yerdə, tənzimləmə zəruri olan hər yerdə!» Buna görə də yaxşı hökumət bəzək deyil, ölkənin inkişafı üçün həyati əhəmiyyətlidir, məhz dövlət mövcud ictimai sistemin özəyini təşkil edir.
Müasir anlamda dövlət, ən geniş mənada, müəyyən ərazidə və onun «cəmiyyət» termini ilə göstərilən əhalisinə tətbiq olunan qanuni məcburetmə vasitələrinə malik institutlar dəstidir. Dövlət öz fəaliyyətini Özünün formalaşdırdığı hökumət vasitəsilə həyata keçirir. Hökumət yalnız dövlətdə rəhbər vəzifələr tutan şəxslərin məcmusu kimi nəzərdən keçirilmir, o həm də idarəetmə, hakimiyyəti tətbiqetmə prosesi kimi, həm də cəmiyyətdə idarəetmə üsulu, metodu və sistemi kimi, həm də hökumət