əkil 25.5. Lindal tənliyi
Viksel və Lindal modellərində ictimai nemət elə verilir ki, hər kəsə onun alınmasından qazanc təmin edilir, yəni nemətin verilməsi həmişə Pareto (Pareto improvement) üzrə yaxşılaşmadır. Lindal təhlili buna belə bir şərt əlavə edir: hər bir fərd vergi ödənilməsindəki hazırkı iştirak payına görə ən arzuolunan və ya «optimal» miqdarda ictimai nemət istehlak edir.
Modelin intuitiv cəlbediciliyinə baxmayaraq, onun praktik tətbiqi ciddi çətinliklərlə bağlıdır. Məsələn, yekdilliklə həllin əldə olunması problemi və fərdlərin öz əsl üstünlükve- rimlərini gizlədə bilmək imkanı (yəni onlar «biletsiz» - free riders - olmağa can ata bilərlər) bu modelin praktik əhəmiyyətini azaldır.
Yekdillik qaydasından, kollektiv seçim (collektive choice) qaydasından istifadə də könüllü mübadilə qaydası kimidir (Lindal tənliyi). O tələb edir ki, qərarın qəbul olununmasına qədər onun qəbul edilməsinə təsir edən bütün cəmiyyət üzvləri tərəfindən təqdir olunsun. Təcrübədə bu qaydanın tətbiqi çətinliklərlə üzləşir və çox vaxt tələb edir.
1956 -cı ildə K.Tibu ictimai xidmətlər təklifinin Öz modelini təklif etdi, söhbət kommunal xidmətləri kimi ictimai nemətlərdən gedirdi. Modelin mahiyyəti belədir: kommunal xidmətləri yerli idarə tərəfindən təklif olunursa, fərdlər bu xidmətlərə münasibətdə öz üstünlükverimlərini nümayiş etdirə, onları arzu etdikləri dəstdə və müxtəlif yerli idarələrə aid olan ərazilər arasında yerlərini dəyişməklə üstünlükve- rimlərinə müvafiq olan vergiləri əldə edə bilərlər. Təhlil nəzərdə tutur ki, müxtəlif xidmətlər dəsti və vergilər təklif edən çoxlu sayda yerli icmalar var ki, fərdlər onlar arasında seçim edə bilərlər. Ehtimal olunur ki, insanlar yerli vergi və xidmətlərdən asılı olaraq yerlərini dəyişəcəklər.
İctimai nemətlərin istehlakı və istehsalı çoxamilli, mürəkkəb problemdir. Dövlət və cəmiyyət həmin neməti cəmiyyət üzvlərinin hamısının almalı olduğunu bilərək bu nemətin haqqını kimin ödəyəcəyi və ödəncin nə qədər olması məsələsini həll etməlidir. Cəmiyyət inkişaf etdikcə xüsusi nemətlərə nisbətən ictimai nemətlərin əhəmiyyəti artır, onların istehsalına sosial xərclər çoxalır. İstehsalın səmərəliliyinin yüksəldilməsi məqsədilə transaksiya xərclərinin azaldılması müasir iqtisadiyyatın mərkəzi problemidir. Transaksiya xərclərinin minimallığını təmin edən istənilən hüquqi sistem səmərəlidir. Belə ki, Çen qeyd edir ki, sıfır transaksiya xərclərində «xüsusi mülkiyyət hüququ haqqında ehtimal kənara qoyula bilər və bu Kouz teoremini dəyişməz*14. Maraqlıdır ki, fərdin firavanlığı şəxsi istehlakın maksimumu kimi qavramasının 200-dən bir qədər çox yaşı var. Bu cəmiyyətin sənaye inkişafı dövrünə müvafiqdir. Bundan çox-çox yüzilliklər əvvəl və hətta daha sonrakı dövrlərdə də insanlar hərisliyi (şəxsi maraq, nemət) ən ağır günah hesab edirdilər. Pravoslavlarda ticarətçi, sələmçi heç vaxt Allaha xoş olmayıblar. Cəmiyyətin inkişafının sənaye dövrü hərisliyi məziyyətə, əmtəə münasibətlərini (pul qazanmağı) bu cəmiyyətin şüarına çevirdi. Çox güman, tarixin gərdişi sənaye dövründə sosial məsələlərin həllini təmin etdikdən sonra cəmiyyəti əsl həyat dəyərləri barədə düşünməyə vadar edəcək.