MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İctimai seçim nəzəriyyəsi və dövlətin uğursuzluqları



Yüklə 1,26 Mb.
səhifə164/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   158   159   160   161   162   163   164   165   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

23.5. İctimai seçim nəzəriyyəsi və dövlətin uğursuzluqları

ictimai seçim nəzəriyyəsi insanların hökumət idarələrin­dən öz xeyirlərinə istifadə etdikləri müxtəlif üsul və metod­ları öyrənən nəzəriyyədir.


iqtisad elmində bu nəzəriyyə 1960-cı illərin sonunda for­malaşmışdır. Amerika iqtisadçısı K.Errou və şotlandiyalı alim D.Blek iqtisadi təhlil prinsiplərini hökumət tərəfindən siyasi və iqtisadi qərarların qəbul edilməsi prosesinə tətbiq etdilər. Buna görə də ^siyasi iqtisada və ya «yeni siyasi iq­tisad» terminləri Qərbdə ictimai seçim nəzəriyyəsinə şamil edilərək işlədilir. Bu nəzəriyyənin inkişaf etdirilməsində C.Byükenenin, Duqlas Nortun, Mankur Olsonun və b. xid­mətləri böyükdür.
Bu nəzəriyyənin mahiyyəti ondadır ki, siyasi sahənin özü bazarın (bu halda siyasi) bir növü kimi nəzərdən keçirilir. Buna görə də dövlət məmurunun davranışı bazar qanunları ilə müəyyənləşir və ö heç də öz seçicilərinin ictimai rifahını düşünərək hərəkət etməyəcək. Əgər bazar iqtisadiyyatında istehlakçı aldığı əmtəənin faydalılığının maksimallığına, biznesmen təsərrüfat fəaliyyətində gəlirin maksimallığına can atırsa, dövlət orqanlarının nümayəndəsi öz xeyrini mak- simallaşdırmağa (yenidən seçilməyə, seçkilərdə çox səs topla­mağa) çalışır. Buna görə də hər hansı siyasi və iqtisadi qərarın qəbul edilməsi prosesində dövlət məmurları mütləq öz şəxsi maraqlarını nəzərə alacaqlar.
Dövlət xadiminin rasional iqtisadi davranış prinsipini Pol Heyne qrafikdə əks etdirmişdir (bax şəkil 26.3)15.
Bu qrafikdə zarafatyana tərzdə ictimai seçim nəzəriyyə­çilərinin ən mühüm ideyası əks etdirilmişdir: vəzifəli dövlət adamı bazar iqtisadiyyatının bütün digər subyektləri kimi öz şəxsi son hədd xərcləri ilə son hədd qazancını tarazlaş­dırmaq istəyir və ya MC bərabər olmalıdır MR-ə. ictimai ma­raqların bu zaman mütləq nəzərə alınması isə vacib deyil.
İctimai seçim nəzəriyyəsinin siyasi proseslərə yanaşma­sının xüsusiyyəti fərdi marağın yalnız gündəlik həyatda və biznesdə deyil, həm də ictimai həyatda əsas təkanverici səbəb kimi nəzərdən keçirilməsindədir.
İctimai həyatda insanlar yalnız öz şəxsi maraqlarından çı­xış edərək davranırlar, bu da heç də həmişə bütövlükdə cə­miyyətin maraqlarına cavab verən nəticələrə gətirib çıxarmır. Öz iqtisadi maraqlarını rəsmi şəxs vasitəsilə ən çox həyata keçirmək şansına yaxşı təşkil olunmuş təzyiq qrupları və ya lobbi malikdir. Lobbiçilər siyasi renta əldə etməyə çalışırlar.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin