MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə165/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   158   159   160   161   162   163   164   165   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Siyasi renta - siyasi institutlardan siyasi proses yolu va­sitəsilə iqtisadi rentanın alınmasıdır.Məsələn, idxal gömrü­yünün tətbiqindən qazanclar, hərbi məhsul alınmasına böyük vəsaitin ayrılması və s.
İctimai seçim nəzəriyyəsi göstərir ki, ictimai maraqların realizə edilməsi bürokratiyanın şəxsi maraqları ilə üst-üstə düşür, lakin bu, dövlət məmurunun mütləq öz şəxsi xeyrini güdməsi demək deyil.
D
Təkrar
seçilməyə
ümidlər


Şəkil 26.3.Dövlət xadiminin səmərəli iqtisadi davranışı

emokratiya şəraitində «loqrollinq» adlanan proses geniş yayılmışdır. Loqrollinq səs alveridir, yəni bir fərd (və ya partiya) hər hansı bir məsələyə görə səsvermədə digər fərdə dəstək verməyi vəd edir, əvəzində isə ikinci başqa bir məsələ üzrə səsvermədə buna kömək etməyə söz verir.

İctimai seçim nəzəriyyəsində bildirilir ki, iqtisadi səbəb­lərə görə ayrı-ayrı əhali qrupları arasında siyasi bərabərsiz­lik mövcuddur və səmərəsiz qərarların qəbulu, yəni dövlətin uğursuzluğu (fiasko) mümkündür. Bundan başqa, bürokra­tik aparatın böyüməsi qərarın qəbul edilməsi prosesinin özü­nü çətinləşdirir. Buna görə də bazarın «uğursuzluqları»na dövlətin « uğursuzluqları* da əlavə olunur.
Dövlətin «uğursuzluqlan*na aiddir:

  • qərarın qəbul edilməsi üçün lazım olan informasiyanın məhdudluğu. Hökumət qərarları çox vaxt düzgün qərar qə­bul edilməsinə imkan verə biləcək etibarlı statistika uçotu­nun olmaması şəraitində qəbul edilə bilər. Xüsusi maraqları olan güclü qrupların, lobbiçiliyin, dəbdə olan bürokratik apa­ratın mövcudluğu zəruri informasiyanın xeyli təhrif olun­masına səbəb olur;

  • siyasi prosesin qeyri-kamilliyi, yəni səmərəli xəbərsiz­lik, lobbiçilik, reqlamentin qeyri-kamilliyi üzündən səslərlə kələkbazlıq etmə, loqrollinq, siyasi renta axtarışı, siyasi-iq- tisadi tsikl və s.;

  • bürokratiya üzərində nəzarətin məhdudluğu və bu pro­blemi mürəkkəbləşdirən dövlət aparatının sürətlə artması;

  • dövlətin qəbul etdiyi qərarlarının yaxın və uzaq nəticə­lərini əvvəlcədən tam nəzərə almaq və nəzarətdə saxlamaq iqtidarında olmaması, çünki dövlətin atdığı addımların son nəticələri yalnız onun özündən asılı deyil.

Dövlətin bazar uğursuzluqlarının aradan qaldırılmasına yönəldilmiş fəaliyyətinin özü kamillikdən çox uzaqdır. Onun fəaliyyətinin nəticələri ciddi izlənilməlidir, iqtisadi metodlar elə tətbiq olunmalıdır ki, bazar qüvvələrinin hərəkətini əvəz- ləməsinlər.
Hər halda cəmiyyət və insan inkişaf etdikcə dövlət tərə­findən istənilən müdaxilə hazırda əvvəlki dövrlərə nisbətən daha uğurlu olur.



1 Mapnc K., ƏHrejibc O. Coh. 2-e H3a. T.6. C.441.

2


3



4




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin