Gəlirlərin təkrar bölgüsü ilə bağlı funksiya da (tədris ədəbiyyatında buna bəzən ədalətlilik funksiyası deyilir) az əhəmiyyətli deyil. Bazar gəlir bölgüsünün yalnız bir meyarını tanıyır: əmtəə və xidmətlər bazarında rəqabətdə iştirakın nəticələri - rəqabətdə uğur qazananın gələri yüksək olduğu kimi, uğursuzluğa uğrayanın da gəliri aşağı olur. Sırf bazar bölgüsü yaşayış minimumunun əldə olunmasına heç də təminat vermir. Bazar baxımından ədalətli olan gəlir bölgüsünün ümumbəşəri cəhətdən ədalətli olmamasını cəmiyyətin dərk və etiraf etməsi üçün müəyyən vaxt lazım oldu. Axırda dövlət gəlirlərin vergilərvasitəsilə təkrar bölgüsü, həmçinin əmək qabiliyyəti olmayanları, qocalan və s. dəstəkləmək funksiyasını öz üzərinə götürdü. Bundan başqa, Dövlət yalnız işsizlərə deyil, həm də işləyənlərə qayğı göstərməli, minimum əmək haqqı vasitəsilə onların minimum istehlak səviyyəsini təmin etməlidir. Dövlət tərəfindən həm də ailənin gəlirindən asılı olmayaraq təhsil almaq imkanını təmin edən proqramlar da maliyyələşdirilir. Güclü texnoloji «partlayışla* səciyyələnən sürətlə dəyişən dünyanın müasir şəraitində fundamental elmi tədqiqatların inkişafı, perspektivləri aydın olmayan yeni sahələrin inkişafının həvəsləndirilməsi, ETT-nin böyük investisiyalar tələb edən, uzun müddətə özünü ödəyən yüksək dərəcədə riskli və mənfəət sarıdan qeyri-müəyyən istiqamətləri də dövlətin funksiyasına çevrilir və dövlət bunu investisiya siyasəti vasitəsilə həyata keçirir. Bu halda dövlət bir tərəfdən Özü inkişaf iqtisadiyyatının üstünlükverimli sahələrinə vəsait qoyur, digər tərəfdən isə daxili və zahiri (xarici) xüsusi vəsaitlərin axınına rəvac verən maksimum əlverişli iqtisadi və fiskal-hüquqi şəraitləri təmin edən tənzimləyici rolunda çıxış edir, investorlara təminatlara əməl edilməsinə nəzarət edir.
Dövlətin əmlak münasibətlərinin subyekti qismində fəaliyyəti də onun funksiyası kimi qalmaqdadır. Ənənəvi dövlət mülkiyyəti obyekti alqı-satqı obyekti olmayan və gəlir gətirməyən (parklar, meşələr və s.) milli sərvətlərdir. Lakin həyat əhəmiyyətli infrastruktur sahələri də: nəqliyyat, rabitə, energetika, hərbi sənayenin bir qismi - çox vaxt dövlətin əlində olur. Bu sahələr, əsasən, bazar iqtisadiyyatının işləməsi üçün zəruri olan dayaqlar, şəraitlərdir. Dövlət mülkiyyətinin xeyli hissəsini qarışıq korporasiyalar təşkil edir ki, bunların kapitalında dövlətin iştirakı üstünlük təşkil etməyə də (50% az ola bilər) bilər, lakin bu, şirkətin fəaliyyəti üzərində ictimai nəzarəti təmin edir. Dövlət mülkiyyətinin formalaşma mənbəyi kimi milliləşdirmə və bilavasitə dövlət sahibkarlığı, yəni dövlət vəsaiti hesabına müəssisələrin tikilməsi çıxış edir. Bu müəssisələr bazar münasibətləri subyekti olur, yəni kommersiya əsasında işləyirlər. Dövlət ictimaiyyət tərəfindən qəbul olunmuş qaydaları dəstəkləyən (məsələn, cəmiyyətdə davranış kodeksi və ya biznesin aparılması qaydaları), yaxud fəaliyyətləri iqtisadiyyatda müəyyən nizamın dəstəklənməsi və saxlanılmasına yönümlənmiş institutlar yaradan sistemdir. Dövlət, hər şeydən əvvəl, iqtisadi fəaliyyəti tənzimləyən qanun və qaydaların yaradılması, həmçinin onlara əməl olunması üzərində nəzarətə cavabdehdir. Qanunvericilik bazasının yaradılması «iqtisadi agentlər»in davranış qaydalarının, iqtisadi münasibətlərin fəaliyyətində hər bir iqtisadi agentin - istehsalçılar, istehlakçılar və dövlətin özü - əməl etməli olduqları hüquqi prinsiplərin müəyyənləşdirilməsidir. Bu qaydalardan xüsusi mülkiyyətin hüquqlarını qoruyan və sahibkarlıq fəaliyyətinin formalarını, müəssisələrin fəaliyyət şərtlərini, onların öz aralarında və dövlətlə münasibətlərini müəyyənləşdirən qanunvericilik və normativ aktları qeyd etmək olar. Hüquqi normalar məhsulun keyfiyyəti və əməyin təhlükəsizliyi problemlərinə, həmkarlar ittifaqları və müdiriyyət arasında münasibətlər məsələlərinə və s. şamil edilir. Dövlətin institusional siyasəti aşağıdakı kimi nəzərdən keçirilə bilər: ■ formal və qeyri-formal institutları müdafiə edən və ev təsərrüfatları və ya müəssisələrin fəaliyyətlərində qaydalara əməl olunmasına zəmanət verən tam məhkəmə sisteminin formalaşdırılması;
iqtisadiyyatın müxtəlif dövlət tənzimləməsi mexanizmləri (məsələn, bütün cəmiyyət üzvlərinin ictimai nemətlər almaq hüququnun müdafiə edilməsi və s.) vasitəsilə müəyyən icra institutları sistemininformalaşdırılması.
İnstitusional siyasət aşağıdakı məqsədləri güdməlidir:
bazarın fəaliyyət göstərməsi üçün əlverişli iqtisadi şəraitin yaradılması;
makroiqtisadi sabitliyin təmin edilməsi;
dolğun əmək bazarının formalaşdırılması;
müsbət investisiya mühitinin yaradılması;
əhalinin ən az müdafiə olunmuş hissəsinə maddi köməklik göstərilməsi;
ətraf mühitin mühafizəsi.
Dövlət regional siyasət apararaq tarixi, milli, demoqrafik və başqa qeyri-bazar amillərinin bazar iqtisadiyyatına təsiri zamanı yaranan problemləri həll edir. Milli maraqların dünya iqtisadiyyatında realizə edilməsi dövlət tərəfindən müvafiq xarici ticarət siyasətinin aparılmasını, kapital və iş qüvvəsinin beynəlxalq miqrasiyası üzərində nəzarəti, valyuta kurslarına təsiri, tədiyə balanslarının idarə olunmasını və bir çox başqalarını nəzərdə tutur. Dünya əlaqələrinə yanaşmada iki iqtisadi konsepsiya və müvafiq olaraq dövlətin xarici iqtisadi siyasətində iki istiqamət: himayədarlıq və fritrederlik (azad ticarət konsepsiyası) - mövcuddur. Himayədarlıq tərəfdarları dövlətin öz ölkəsinin sənayesini xarici rəqabətdən qorumalı olmasının zəruriliyini söyləyirlər. Azad ticarət tərəfdarları isə hesab edirlər ki, ixrac və idxal quruluşunu dövlət deyil, bazar formalaşdırmalıdır. Bu yanaşmaların bu və ya digər nisbətdə birləşməsi dövlətlərin xarici iqtisadi siyasətini müxtəlif inkişaf mərhələlərində fərqləndirir. Böyük açıqlıq, ticarətin liberallaşdırılması milli iqtisadiyyatlar üçün iqtisadi artımın yüksək və ixrac potensialının güclü olduğu dövrlərdə səciyyəvidir. Və əksinə, iqtisadiyyatın tənəzzül etdiyi, ixrac potensialının zəiflədiyi dövrlərdə daha çox himayədarlıq tərəfdarlarının sözü keçir. Qloballaşma inkişaf etdikcə, dövlətin funksiyası və rolu da dəyişir. Bu gün, M.Hansenin sözlərinə görə, az qala əsas yönü- münü itirmiş dünya dövlət, bazar və vətəndaş cəmiyyəti arasında yeni balans, yeniqüvvətlər nisbəti tapmağa çalışır. Problemin mürəkkəbliyi ondadır ki, onun həlli üçün göstərilən institutları arasında hakimiyyətin sadəcə olaraq yenidən bölgüsü kifayət deyil, bunun üçün ictimai dəyərlər və üstünlükverimlər dəyişdiyindən həmin institutların özlərinin dəyişdirilməsi lazımdır. Qloballaşma şəraitində dövlətin rolundan danışanda iki cəhəti qeyd etmək lazımdır: dövlət institutunun dünya birliyində və ayrılıqda bir ölkənin daxilində rolu. Birincisinə gəldikdə, iqtisadiyyatda inteqrasiya prosesləri, maliyyə bazarının qloballaşması, dövlət sərhədlərinin «silinməsinə», maliyyə sahəsində dövlətin müstəqilliyinin zəifləməsinə aparması kimi fikir üstünlük təşkil edir. R.A1- lenin hesablamalarına görə, dünyanın yeddi ən inkişaf etmiş ölkəsinin qiymətli kağızlar bazarının 30% -dən də azı dövlət nəzarətindədir və ya dövlətin maraqlarına xidmət edir. Dünya maliyyə bazarı bir ay ərzində ölkədən ölkəyə 3 trln. dollardan artıq pul köçürür. Bunlardan 2 trln. dollar dövlət və ya digər rəsmi institutların nəzarətində deyil. Xüsusi kapital, hətta ABŞ kimi ölkələrin də mərkəzi bankından çox vəsaitə malikdir. Dünya maliyyə bazarında vəziyyəti Allenin fikrincə, milli hökumətlər deyil, xüsusi kapital müəyyənləşdirir. Bəzi tədqiqatçılar milli dövlətlərin aradan çıxmasının qaçılmazlığı barədə fikir söyləyirlər. R.O’Brayen «Qlobal maliyyə inteqrasiyası. Coğrafiyanın sonu* kitabında yazır: