23.3. Dövlətin maksimal funksiyaları Dünyada real mövcud olan iqtisadiyyata müraciət etsək, bazarın məhdudluğunun üzə çıxdığı yeni təsərrüfat sahələri aşkarlanar ki, bu da dövlətin iqtisadi proseslərdə daha geniş iştirakını zəruri edir. Belə sahələrin məcmusu dövlətin inkişaf edən iqtisadiyyata müdaxiləsinin yol verilən maksimum hədlərini və buradan da dövlətin maksimum funksiyalarını müəyyənləşdirir. Bunlara bazarın xroniki adlanan xəstəliklərinin zəiflədilməsi, daha dəqiq desək, aııtitsiklik siyasətin köməkliyi ilə iqtisadiyyatın tsiklik inkişafımn, antiinflyasiya siyasətindən istifadə yolu ilə inflyasiyanın, sosial siyasətin köməkliyi ilə işsizliyin azaldılması aiddir, tik iki funksiya adətən tədris ədəbiyyatında «sabitlik» terminində birləşdirilir. Dövlət antitsiklik siyasətinin və ya təsərrüfat konyunkturasının tənzimlənməsinin mahiyyəti böhranlar və depressiya vaxtı əmtəə və xidmətlərə tələbi, kapital qoyuluşu və məşğulluğu həvəsləndirməkdən ibarətdir. Bunun üçün xüsusi kapitala əlavə maliyyə güzəştləri edilir, dövlətin xərcləri və investisiyalar artırılır. Uzunmüddətli dirçəliş şəraitində ölkə iqtisadiyyatında əmtəə ehtiyatlarının azalması, idxalın artması və tədiyə balansının pisləşməsi, əməyə olan tələbin təklifi üstələməsi və bunun da nəticəsində əmək haqqının və qiymətlərin əsassız artırm kimi təhlükəli hadisələr baş verə bilər. Belə vəziyyətdə dövlət ifrat əmtəə istehsalını və ifrat kapital yığımını ləngitmək məqsədilə tələbin, investisiyaların və istehsalın artmasını ləngitməyə çalışır ki, bu da Rusiya və «keçid iqtisadiyyatlı» ölkələr üçün səciyyəvi deyil. İnkişafda olan bazar iqtisadiyyatında dövlət pul dövriyyəsinin tənzimlənməsinə xüsusi diqqət yetirir. Birincisi, ona görə ki, bazar özü-özünü pul ilə təmin edə bilməz. Buna görə də pulun emissiyası (buraxılması) dövlətin və ya mərkəzi bankın funksiyasıdır. İkincisi, pul dövriyyəsinin tənzimlənməsi iqtisadiyyat üçün ciddi təhlükə olan inflyasiya ilə mübarizə məqsədi güdür. Qeyd etmək lazımdır ki, inflyasiya ilə əsas mübarizə üsulu onun əsas səbəbləri ilə mübarizə olmalıdır olmalıdır, axı inflyasiyanın əsas səbəbləri aradan qaldırılmadan qiymətlər və gəlirlər üzərində tam nəzarətin köməkliyi ilə ona qarşı mübarizə bazar münasibətlərinin inkişafına mənfi təsir göstərir. Vəziyyətin mürəkkəbliyi bundadır ki, antiinflyasiya siyasətini yalnız ikinci dərəcəli iqtisadi təsir vasitələri ilə məhdudlaşdırmaq olmaz. Aydındır ki, xalq təsərrüfatında nisbətlərin pozulmasını tədricən, dövlətin quruluş siyasəti və hətta bilavasitə inzibati metodlarla, o cümlədən hərbi xərclərin azaldılması, istehsala kapital qoyuluşlarının səmə- rəliləşdirilməsi, istehsala kapital qoyuluşlarının bir qisminin büdcədən maliyyələşdirilməsindən müəssisələrin vəsaiti ilə əvəzlənməsi, səhmdar kapitalının cəlb edilməsi, iqtisadiyyatın inhisarçı quruluşunun dağıdılması və s. ilə aradan qaldırmaq olar. Bütün bunlara pul kütləsini məhdudlaşdıran, dövlət büdcəsindəki kəsiri aradan qaldıran, milli valyutanın kursunu sabitləşdirən tədbirlər də əlavə olunmalıdır. Dövlətin sosial funksiyası yalnız səhiyyədə, təhsildə, az təminatlıların dəstəklənməsində və s. kimi ictimai tələbatların ödənilməsinə deyil, həm də müəyyən məşğulluq səviyyəsinin saxlanılması, iş yerlərini itirən və ya iş tapa bilməyən adamların maddi cəhətdən təmin edilməsi məqsədilə əmək bazarının tənzimlənməsinə yönümlənir. Sosial müdafiə sisteminin genişləndirilməsi üç istiqamətdə aparıla bilər: