MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Bazar iqtisadiyyatında təbii nizamın saxlanılması



Yüklə 1,26 Mb.
səhifə160/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   156   157   158   159   160   161   162   163   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Bazar iqtisadiyyatında təbii nizamın saxlanılması (bunun altında təkmil rəqabət nəzərdə tutulur), bunun əsasında «oyun qaydalarının», yəni iqtisadiyyatın hüquqi əsasının müəyyənləşdirilməsi dövlətin ən vacib funksiyasıdır.
Bazar iqtisadiyyatında inhisarçılığa meyl var, özü də o, obyektiv mövcuddur, çünki bazarın özünün, rəqabətin, bir də istehsalın təmərküzləşməsi prosesi ilə şərtlənir.
İnhisar problemi neoklassiklərlə marksizm arasında yek­dillik olan çox az problemlərdən biridir. Bu təlimlərdə inhi­sar dövlətin müdaxiləsini tələb edən problemdir, çünki o, inhisarın məhsullarına qiymətlərin əsassız artımına, isteh­salın quruluşunun qeyri-səmərəliliyinə, resursların qeyri-sə­mərəli bölgüsünə, istehlakçıların həyat səviyyəsinin aşağı düşməsinə (neoklassika), inhisarcasına yüksək qiymətlərin, əsassız yüksək inhisar mənfəətinin və gəlirlərin bölgüsündə bərabərsizliyin artmasına, inhisarçıların siyasi təsirinin güc­lənməsinə (marksizm) gətirib çıxardır. Eyni zamanda, bu kon­sepsiyalar antiinhisar siyasətinin məqsədlərini müxtəlif cür müəyyənləşdirir: inhisarla mübarizədən çox rəqabətə hər cür dəstək vermək (neoklassika), yaxud inhisarların mil­liləşdirilməsi və onların bütün cəmiyyətin maraqları yönü- mündə idarə olunması, yaxud inhisarçıların qiymətlər, mənfəətlər və istehsal üzərində bilavasitə və hərtərəfli nəza­rət (marksizm). Praktika göstərdi ki, iqtisadiyyatı inkişafda olan ölkələrin çoxunda antiinhisar siyasəti qanunvericiliyə görə bazar iqtisadiyyatı olsa da, konkret hərəkətlərdə qeyri- ixtiyari daha anlaşıqlı olan marksist mövqeyinə keçirdi. Əslində isə mülkiyyətçinin dəyişməsi inhisarın əsas zərə­rini - resurslaru qeyri-səmərəli Dölgüsiinü aradan qaldır­mır.
İqtisadi ədəbiyyatda inhisar hökmranlığının təhlükəli ol­masına şübhə ilə yanaşılmışdı (məsələn, İ.Şumpeter və b. tərəfindən). Buna əsas isə elmi-texniki tərəqqinin (ETT) əsa­sən iri firma ilə eyniləşdirilən inhisar şəraitində daha sürətli ola bilməsi fikridir. ETT-nin inkişafı isə miqyas effektinin istifadə olunduğu, elmi-tədqiqat təcrübə-konstruktor işləri­nin geniş aparıldığı iri istehsalda səmərəlidir, çünki maya dəyərinin aşağı salınmasına və əmtəənin keyfiyyətinin yük­səldilməsinə imkan verir. XX əsrin texniki kəşflərinin çoxu xırda sahibkarlar tərəfindən edilsə də, onları realizə etmək iri biznesə qismət olmuşdu. Bütün bunlar Rusiya iqtisadi fikrinin alimləri L.S.Qrebnyova və R.M.Nureyevə inhisarın həmişə əldə olunmuş hesabına tüfeylilik etməsi, ETT-ni lən­gitməsi, «çürüməyə və yerində saymağa» meylli olması kimi XX əsrin əvvəllərinin düşüncəsində əsas yer tutan fikirlərin köhnəldiyini söyləməyə əsas vermişdir.
Bütün qüsurlarına ba:.mayar,. 1} məhz sadalanan məziy­yətləri hökumətləri bəzi milli şirkətlərin inhisarçı hərəkətlə­rinə göz yummağa, bəzən sə istehsalın inhisarlaşdırılmasının bəzi növlərini tətbiq etn əyə məcbur edir. Belə ittifaqlar dövlətin təşəbbüsü ilə isoehsalın olduqca sərt beynəlxalq rəqabətlə üzləşən ixrac sahələrində yaradılır.
Elə sahələr var ki, orada inhisar sadəcə olaraq vacibdir. Bu, təbii inhisar adlandırılan sahədir. Dövlət təbii inhisar­ların fəaliyyətini bilavasitə və ya dolayısı ilə tənzimləyir. Bi­lavasitə tənzimləmə qiymətlərin müəyyənləşdirilməsində, dolayısı ilə olan tənzimləmə isə əlavə vergilərin, subsidiya­ların və s. qoyulmasında təzahür edir.
Rəqabətin dövlət tərəfindən qorunması və həvəsləndiril- məsi funksiyası bazar mexanizminin özünün qorunub sax­lanılmasına kömək edir. Bu funksiyalar çərçivəsində rəqabət siyasətinin köməkliyi ilə həyata keçirilən antiinhisar qanun­vericiliyi və inhisarların fəaliyyətinin tənzimlənməsi xüsu­silə diqqətəlayiqdir. Rəqabət siyasəti bir sıra tədbirlər sistemidir ki, bunun da məqsədi bazar hökmranlığına malik firmalar tərəfindən rəqabətin zəiflədilməsinin və ya təhrif olunmasının qarşısını almaqdır. Qeyd edək ki, bu siyasətin dünyada praktiki məq­sədi oliqopoliyalarm inhisarçı meyllərini məhdudlaşdırmaq­dır; oliqopoliya isə müasir sənayedə ən geniş yayılmış bazar quruluşu tipidir. Rəqabətin müdafiə edilməsinin hələ XIX əsrin sonlarından ilk inhisarların talançı fəaliyyətinin məh- dudlaşdırılmasını tələb etməsi tarixən formalaşdığından, rəqabət siyasətini bəzən antiinhisar siyasəti adlandırırlar. Rəqabətə qarşı fəaliyyəti qadağan edən davranışların tən­zimlənməsi tədbirləri və sahənin quruluşunu dəyişən və rəqabət qabiliyyətini daha da artıran struktur siyasəti anti­inhisar siyasətinin əsas tədbirləri sırasından seçilir. Rəqabə­ti zəiflədən hərəkət bunlar hesab olunur: qiymətlərin təsbit edilməsi və bazarların bölüşdürülməsi haqqında razılaş­malar, daha güclü şirkətlərin məhsulun gətirilməsi və ya böl­güsünə dair öz tərəfmüqabillərinə qəbul etdirdiyi müstəsna hüquqlar haqqında razılaşmalar, rəqiblərin müflisləşməsinə aparan və son nəticədə bazarda inhisarın formalaşmasına sə­bəb olan dempinq qiymətləridir. İri şirkətin bir sıra xırda müstəqil firmalara bölünməsi və iki iri firmanın bazarda üstün mövqe tutmağa səbəb ola biləcək birləşməsinə qadağa qoyulması quruluş siyasətinə misal ola bilər.
İnhisar fəaliyyətinin tənzimlənməsi əsas məsələyə - ba­zarın ayrı-ayrı firmalar tərəfindən inhisarlaşdırılmasına yol verməməyə yönəldilir. Ona inzibati (qanunvericilik) və nor­mativ-yönümlənmiş (təshihedici) tənzimləmə daxildir.
Antiinhisar tənzimləmə iqtisad elminin nəticələrinin praktikada tətbiqinin ən əsas sahələrindəndir.
Dövlət asimmetrik informasiyanı əmtəə və xidmətlərin keyfiyyətinə nəzarət, istehlakçıya lazım olan informasiyanın yayımlanması, aldadıcı reklamların qarşısının alınması və s. vasitəsilə aradan qaldıra bilər. Buradan da asimmetrik infor­masiyanın qarşısının alınması sivil dövlətin, o cümlədən inkişaf iqtisadiyyatının funksiyasına çevrilir. Dövlət az mə­lumatlandırılmış istehlakçıları sonradan onların peşimançılı- ğmı çəkə biləcəkləri hərəkətlərdən qorumalıdır. Müasir dövlət orqanları iş şəraitinin ümumi tənzimlənməsini həyata keçirir, ərzaq məhsullarını yoxlayır və çeşidləşdirir, zahiri görünüşünü, istehlak məhsullarının təhlükəsizliyini tənzim­ləyir və müəyyən məhsulların müvafiq etiketlərlə təchiz edil­məsini tələb edirlər, istehlakçının hüquqlarının qorunması sahəsində qanunvericiliyə böyük əhəmiyyət verilir. Keyfiy­yətsiz əmtəə satışına, firmanın fəaliyyəti haqqında yanlış məlumatın verilməsinə qarşı ciddi tədbirlər görülür. Asim­metrik informasiya səbəbindən özəl sığorta firmaları ayrı- ayrı risk növlərini sığortalamaqdan imtina edə bilirlər və bu halda bununla dövlət məşğul olur.
İstehlakçılara əmtəənin keyfiyyəti, investisiya qoyuluşu və sığortalama sahələrində riskin dərəcəsi və s. haqqında məlumatı verməklə dövlət bununla ictimai nemət (informa­siya) yaradır ki, bundan da bütün iqtisadi subyektlər pulsuz istifadə edirlər.
Beləliklə, bazar iflaslarının zəiflədilməsi əsasən iqtisadi institutların daha da inkişaf etdirilməsi, inkişaf iqtisadiyya­tında dövlətin rolunun dəyişdirilməsi ilə bağlıdır. Asimmet­rik informasiya, üstünlükverimlər, ictimai nemətlər, xarici effektlərin nəticələri çox vaxt insanların psixologiyası, on­ların mədəniyyətinin, mənəviyyatının səviyyəsi, bütövlükdə insanların rifah halının səviyyəsi və onların həyat fəaliyyəti mühiti ilə müəyyənləşir ki, bunlara da müasir güclü dövlət ciddi təsir göstərə bilər. Buna görə də, o yalnız minimum funksiyalarla məhdudlaşa bilməz.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin