MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Mövzu 22. Bazarın iflası nəzəriyyəsi



Yüklə 1,26 Mb.
səhifə152/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   148   149   150   151   152   153   154   155   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mövzu 22. Bazarın iflası nəzəriyyəsi
22.1. Eksternalilər (xarici təsirlər)
22.2. Xarici təsirlərin təsnifatı
22.3. Xarici effektlərin neytrallaşdırma zərurəti və üsulları
22.4. İctimai və xüsusi nemətlər
22.5. Asimmetrik informasiya


22.1. Eksternalilər (xarici təsirlər)
22.2. Xarici təsirlərin təsnifatı

Bazarın iflası məsələsi müasir Rusiya iqtisadiyyatının inkişaf perspektivləri üçün yalnız nəzəri deyil, həm də sırf praktik əhəmiyyətlidir. Bazar bir növ iqtisadi səmərəlilik etalonu kimi nəzərdən keçirilir. Bunun üçün isə bilmək lazımdır ki, görəsən, bazar həqiqətən idealdırmı? Yoxsa on­illik iqtisadi islahatlar növbəti, bu dəfə bazar utopiyasının reallaşmasıdır. Dünya iqtisadi nəzəriyyəsi çoxdan, yüz ildən artıqdır ki, bazar iflası problemi, bu iflasların nəticələrinin « yumşaldılması* yollarının axtarılması ilə məşğuldur. Əmtəənin qiyməti həmin əmtəənin ictimai istehsal xərclərinə bərabər olanda və əmtəənin alıcı üçün əhəmiyyəti həmin əmtəənin cəmiyyət üçün sərfəliliyi ilə üst-üstə düşəndə bazar yaxşı işləyir. Amma istehsal xərcləri və qazanc hərdən bazar qiymətlərində tam əks olunmurlar. Bu aşağıdakı hallarda baş verir:



  • kənar effektlər yarandıqda;

  • ictimai nemətlərin istehsalı və istehlakında;

  • asimmetrik informasiyada.

Bazar iflaslarına həmçinin aiddir:

  • inhisar (qeyri-təkmil rəqabət);

  • risk və qeyri-müəyyənlik.

Bu problemlər müvafiq bölmələrdə nəzərdən keçirilirlər.
Bazar iqtisadiyyatında hər bir transaksiya iki kontragen- tin: alıcı və satıcının iştirakını nəzərdə tutur. Sövdə ilə bağlı tərəflərin hər biri müəyyən xərc çəkir, lakin müəyyən xeyir də görür (faydalılıq, mənfəət).
Bununla yanaşı sövdələrin çoxu istər-istəməz sövdədə iş­tirak etməyən üçüncü şəxslərin maraqlarına da toxunur. Be­lə effektlər sövdənin üçüncü şəxsləri effekti adını almışdır. Bu kimi fenomeni adlandırmaq üçün iqtisadi ədəbiyyatda bir sıra sinonimlərdən istifadə olunur: xarici effektlər, kənar effektlər, köçürmə effekti, eksternalilər.
Xarici effektlər üçüncü şəxslər üçün müsbət və ya mənfi ola bilirlər. Xarici effektlər istehsalla və ya istehlakla bağlı ola bilirlər.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin