Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə156/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   152   153   154   155   156   157   158   159   ...   189
2019-04-25 12-07-55

Zaman zərflikləri xəbərdə ifadə edilən iş və prosesin hansı zamana aid olduğunu bildirir, nə vaxt?, nə zaman?, haçan? suallarından birinə cavab verir. Zaman zərfliyi həm proses və ya əlamətin nisbi, həm də dəqiq zamanını bildirir. Məsələn, 1) Dekabrın 31-də 3 bayram qeyd ediləcək. Bu cümlədə vaxtın vahidi göstərildiyindən zərflik dəqiq zamanı ifadə edir. Zaman zərfliklərinin bir qismi hərəkət və ya əlamətin məlum olmayan zamanda icra olunduğunu bildirir. Bu cür zaman zərflikləri feli sifət, feli bağlama tərkibləri, zaman bildirən isimlər, miqdar sayları və s. ifadə edilir. Məsələn, 1) Gəzmişəm çölləri gül darıxanda, Bulud göz yaşını yerə sıxanda. 2) Represiya illərində 28 min ziyalı məhv edildi. Zaman zərfliyinin bir qismi hərəkət və əlamətin başlanğıc zamanını göstərir. Bu zərfliklər çıxışlıq hallı zaman zərfləri, isimlər, saylar, -alı, -andan, -dıqda şəkilçilili feli bağlamalarla ifadə olunur. Məsələn, 1) Mən səni görəndən bəri, Sinəm oldu qəm dəftəri. 2) Uşaqlıqdan şerə, sənətə böyük məhəbbətlə bağlanmışdır. Zaman zərfliklərinin bir qrupu hərəkət və ya əlamətin qurtaracaq zamanını bildirir. Belə zərfliklər can, qədər, kimi qoşmaları ilə, -incə2 şəkilçili feli bağlamalar və s. ifadə edilir, nə zamandək?, nə zamana qədər?, nə zamana kimi? suallarına cavab verir. Məsələn, 1) Bu vaxta qədər ağlın haradaydı? 2) Şahın kiçik oğlu səhərə kimi yatmadı, almanın keşiyini çəkdi. Zaman zərfliyinin bir qismi hərəkət və əlamətin həm başlanğıc, həm də qurtaracaq zamanını bildirir. Belə zərfliklərdən biri çıxışlıq, digəri isə yönlük halda olan nitq hissələri və qoşmalarla ifadə edilir. Məsələn, 1) Səhər tezdən gün batana kimi tarlada çalışar, usaqlarını kimsəyə möhtac etməzdi. 4. Kəmiyyət, səbəb və məqsəd zərfliyi
Kəmiyyət zərfliyi. Bu zərfliklər işi, prosesi, hərəkət və əlaməti miqdarca təyin edir, nə qədər?, neçəyə? suallarından birinə cavab verir. İdarə olunduqları fellərin məna xüsusiyyəti ilə bağlı olaraq bir sıra miqdar keyfiyətlərinə malikdir. Belə ki, kəmiyyət zərflikləri: a) hərəkət və ya əlamətin miqdarını; b) məkan miqdarını; c) zaman miqdarını; d) çəki və dəyərini bildirir. Məsələn, 1) Bir məclisə gedəndə az danış, çox yemə. 2) Saatlarla onu dinləyər, ancaq yorulmazdım. 3) Cavad ağa sözlərini bir neçə dəfə təkrar etdi. 4) Məlikməmmədin əlindəki şüşəni görən div əvvəlcə bir-iki addım yaxınlaşdı. 5) İki saata qədər gözləsə də, ümidini hələ itirməmişdi. 6) A.Qqriboyedov İranda səfir kimi xeyli işləmişdi. 7) İndi qızılın bir qramı 45 manata satılır.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin