Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


XIV Mövzu: Mürəkkəb cümlə sintaksisi.Tabesiz mürəkkəb cümlə



Yüklə 319,77 Kb.
səhifə164/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   160   161   162   163   164   165   166   167   ...   189
2019-04-25 12-07-55

XIV Mövzu: Mürəkkəb cümlə sintaksisi.Tabesiz mürəkkəb cümlə
Plan:

  1. Mürəkkəb cümlə haqqında məlumat

  2. Mürəkkəb cümlənin tərkib hissələri arasında məna əlaqələri

  3. Tabesiz mürəkkəb cümlənin komponentlərini

bağlayan digər vasitələr; komponentlər arasında əlaqənin formaları:
1) İntonasiya;
2) Tabesizlik bağlayıcıları;
3) Ortaq elementlər;
5) Zaman uyuşması;
6) Komponentlərin tərtibindəki paralellik, işarə əvəzlikləri və mənsubiyyət şəkilçiləri
Azərbaycan dili çox zəngin sintaktik quruluşa malikdir. Dilimizin qrammatik sistemində nominativ xarakterə malik olan sərbəst söz birləşmələri, fikrin ifadə forması olmaqla predikativ xüsusiyyət daşıyan cümlələr ayrı-ayrı sintaktik konstruksiya şəklində özünü göstərir. Əvvəlki mövzularda söz birləşmələri və cümlənin oxşar və fərqli cəhətləri aydınlaşdırıldığından təkrara ehtiyac duymadıq. Xatırlatmaq istərdik ki, cümlə həm təklikdə, həm də başqa cümlələrin tərkib hissəsi kimi fəaliyyət göstərdiyi halda, söz birləşmələri həmişə cümlə daxilində, cümlə vasitəsi ilə özünü biruzə verir. Deməli, cümlə dilin ən mənalı vahididir, bütün üslubların ən kamil ifadəçisidir, dil, nitq onunla reallaşır. Cümlə qeyd edildiyi kimi, predikativliyə, intonasiyaya və fikir bitkinliyinə malikdir. İndiyə qədər ancaq bir predikativ mərkəzi olan cümlələrdən, onların struktur-semantik tiplərindən məlumat verilib. Halbuki Azərbaycan dilinin sintaktik sistemində iki və daha artıq predikativ mərkəzi olan cümlələr də geniş şəkildə fikrin ifadəsinə xidmət göstərir və çox zəngin quruluş tipinə və məna növlərinə malikdir. Mürəkkəb cümlələr 2 və daha artıq sadə cümlənin məna və tələffüzcə bir bütöv halında birləşməsindən əmələ gəlir. Mürəkkəb cümlələr sadə cümlələrdən quruluşca fərqlənir:
1) Sadə cümlələr sözlərdən və söz birləşmələrindən təşkil olunur, mürəkkəb cümlə isə sadə cümlənin müxtəlif şəkildə birləşməsindən yaranır.
2) Sadə cümlə bir qrammatik əsasa malikdir, mürəkkəb cümlə isə iki və daha artıq.
3) Sadə cümlə bitmə intonasiyasına malikdir. Mürəkkəb cümlənin tərkib hissəsini təşkil edən sadə cümlələr isə özünün əvvəlki intonasiyasını itirir və mürəkkəb cümlənin ümumi intonasiyasına tabe olur. Məsələn, Ay çıxdı və hər tərəf aydınlaşdı. Bu cümlə 2 sadə cümlədın yaranib. Hər ikisi zaman baxımından uyğunlaşmış, vahid cümlə intonasiyasına tabe olmuş, bir mənanı, yəni ”hər tərəfin aydınlaşmasının” səbəbini çatdırmaq məqsədi daşımışdır. Ancaq ayrıca sadə cümlə şəklində işlənsə idi, məqsəd ayın çıxmasını xəbər vermək olardı. Mürəkkəb cümlənin tərkib hissəsi kimi işlənən həmin cümlələr səbəb-nəticə əlaqəsi ilə bağlanmış, ümumi cümlə intonasiyasına malik olmuşdur.. Sadə cümlə ilə mürəkkəb cümlə arasında ən mühum fərq quruluş fərqlidir. Aşağıdakı cümlələrə nəzər salaq:
1) Rəşid atasının qorxaqları sevmədiyini bilirdi. 2) Rəşid bilirdi ki, atası qorxaqları sevmir.(M. C) 1- ci cümlə sadə, 2- ci cümlə isə mürəkkəbdir. 1-ci cümlənin ancaq bir qrammatik əsasi var (Rəşid bilirdi), 2-ci cümlənin isə iki qrammatik əsası (Rəşid bilirdi, atası sevmir) var. Məzmun baxımından fərq yoxdur. Deməli, cümlələr arasında əsas fərq məzmun yox, quruluş fərqidir. Mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr sintaktik cəhətdən bir-biri ilə 2 cür bağlanır: mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hər 2 –si bərabərhüquqlu, ya da bunların biri müstəqil, digəri isə asılı olur. Məsələn, Zəif külək əsir, ləpələr bir- birini qovurdu cümləsinin tərkib hissələri bərabərhüquqludur, tabesiz bağlılıqdır.
Zeynəb hiss etdi ki, Tükəzban xala ona inanmır (I. Ş) mürəkkəb cümləsində isə 1 -ci cümlə müstəqil, 2 - ci cümlə isə ondan asılıdır, onu tamamlayır. Zeynəbin nəyi hiss etdiyini aydınlaşdırır. Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında olan belə bağlılığa tabeli bağlılıq deyilir. Tabesiz mürəkkəb cümlə. Bərabərhüquqlu 2 və daha artıq sadə cümlənin birləşməsindən əmələ gəlib, mürəkkəb bir fikir ifadə edən sintaktik vahidlər tabesiz mürəkkəb cümlə adlanır. Bu birləşməni şərtləndirən müəyyən qrammatik vasitələr, tabesizlik bağlayıcıları, məna əlaqələri vahid intonasiya ilə tamlıq yaradaraq tabesiz mürəkkəb cümləni qrammatik –semantik cəhətdən formalaşdırır. Az ərbaycan dilində geniş istifadə olunan tabesiz mürəkkəb cümlələr təşkil olunduğu tərkib hissələrindən asılı olaraq, müxtəlif quruluşda olur: 1) Tərkib hissələri sadə cümlələrdən ibarət olan tabesiz mürəkkəb cümlələr: Belə tipli cümlələr 2, 3, 4 və daha çox cümlələrdən təşkil olunur. Məsələn, 1. Sel gəldi, bənd-bərəni yuyub apardı. 2. Ata televizora baxır, ana süfrəni yığır ,uşaqlar dərs oxuyurdu.
2) Tərkib hissələri tabeli mürəkkəb cümlələrdən ibarət olan tabesiz mürəkkeb cümlələr: Məsələn, Anan deyir ki, sənin bu sevdadan xəbərin yoxdur, ancaq mən hiss edirəm ki, sən anana yalan demisən. 3) Tərkib hissələri sadə və tabeli mürəkkəb cümlələrdən ibarət olan tabesiz mürəkkəb cümlələr: Məsələn, Gecə- gündüz çalışırsınız, ancaq hiss edirəm ki, dərdimə heç bir əlac olmayacaq.

Tabesiz mürəkkəb cümlələrin quruluş növünə müxtəlif tərkib hissələrinə aid ortaq sözün və yaxud cümlə üzvünün olub-olmaması da təsir edir. Bu da tabesiz mürəkkəb cümlələrdə məna əlaqələrini müəyyənləşdirməkdə mühüm əhəmiyyət kəsb edir. Bu prinsip əsasında tabesiz mürəkkəb cümləni 2 qrupa ayıra bilərik:


1) Tərkib hissələri üçün ortaq söz və cümlə üzvü olan tabesiz mürəkkəb cümlələr; Ən çox işlənən ortaq üzvlər zərflikdir, qismən tamamlıq və təyin. Məsələn, Düzün ortasında fit verildi, səs bir də təkrar olundu, qatar xırp dayandı (M.C). Yay gələndə bağlarda həyat qaynayır, cal-cağır səsi ətrafı bürüyür, şən qəhqəhələr duyğuları qanadlandırır.
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında ortaq sözlərdən ədat, ara söz çoxluq təşkil edir. Məsələn, Deyirəm, bəlkə, duman çəkildi, aydınlıq oldu.(B.B) Yalnız bu qaranlıq mühitdə 12 yaşlı bacısı onu sevir, qardşı Cəlal ona hörmət edirdi.
Bundan əlavə, ortaq şəkilçilər də tərkib hissələrin əlaqəli olmasını təmin edir. Məsələn, Mal- qara özünü kölgəliyə verib göyşəyir, quşlar budaqlarda gizlənir, itlər dilini bir qarış çıxararaq ləhləyirdi. Bu misalda hekayə forması şəkilçisinin sonuncu kompenentdə iştirak edərək bütün kompenentlər üçün ortaq olması həmin komponentlərin əlaqəsini formalaşdırır.
2) Tərkib hissələri üçün ortaq söz və ya cümlə üzvü olmayan tabesiz mürəkkəb cümlələr; Məsələn, Zəng vuruldu və müəllim sinfə daxil oldu. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri bir-biri ilə mənaca əlaqədə olur və bu əlaqəni yaradan müxtəlif üsullara görə də tabesiz mürəkkəb cümlə 2 qrupa ayrılır: 1) Bağlayıcılı tabesiz mürəkkəb cümlələr; 2) Bağlayıcısız tabesiz mürəkkəb cümlələr.
Bağlayıcılı tabesiz mürəkkəb cümlələr tabesizlik bağlayıcıları ilə ( birləşdir- mə, iştirak, inkar, qarşılaşdırma, bölüşdürmə) bağlanır, kompenentlər arasındakı məna əlaqələrinin növünə bağlayıcılar mühüm təsir göstərir.
Bağlayıcısız tabesiz mürəkkəb cümlələrdə bu məna əlaqələri ancaq intonasiya ilə yaranır. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında müxtəlif məna əlaqələri var:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin