Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


) Birləşdirmə və ya qoşulma əlaqəsi



Yüklə 319,77 Kb.
səhifə167/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   163   164   165   166   167   168   169   170   ...   189
2019-04-25 12-07-55

6) Birləşdirmə və ya qoşulma əlaqəsi. Bu əlaqə tipində tərkib hissələri arasında məzmunca o qədər də sıx bağlılıq olmur, ikinci tərkib hissə birinci tərkib hissəyə əlavə kimi qoşulur. Məsələn: 1.Qonaq allahındır _ allaha qurban olum. 2.Amma bu qırxıncı hamısından cavandır; özü də xalis od parçasıdır. 3. Cahandar ağa Zərnigar xanımın üstünə yeni bir gəlin gətirmişdi, gəlin adı kimi mələk idi (I. Ş.). 4.Qardaş, tez-tez zəng et, atam tək qalıb.
7) Bölüşdürmə əlaqəsi: Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlənin komponentləri arasında iş, proses ya növbəli şəkildə icra edilir, ya da iki işdən birinin icrasının mümkünlüyü bildirilir. Gah, gah da, ya, ya da bağlayıcıları ilə əlaqələnir. Məsələn, 1.Qızdırmalı adam kimi, onun bədənini gah üşütmə tutur, gah hərarət bürüyürdü. 2. Ya bu işə əncam çəkin, ya da mən işdən çıxıram. 3. Bunlara ya iş verməli, ya da yer göstərilməlidir.
Tabesiz mürəkkəb cümlələrdə ixtisarlar: Tabesiz mürəkkəb cümlələrdə üslubla əlaqədar və təkrara yol verməmək üçün, dildə qənaət üçün bəzi ixtisarlar aparılır. İxtisarlar həm sözlərdə (xəbərlərin), həm də qrammatik əlamətlərdə ( idi köməkçi felinin -di varianti, -dir4 xəbərlik şəkilçisi ) aparılır. Məsələn, 1. Dost başa baxar, düşmən ayağa. 2. Bəzənirəm, ağam döyür, bəzənmirəm xanım. 3. Onun verdiyi pul, mənim verdiyimdən dəmirdir? 4. Soba getdikcə qızışır, üstündəki çaydan öz nəğməsini oxuyur, sobanın yanında
dizlərini qucaqlayan Gülzar için-için ağlayırdı.
Azərbaycan dilində geniş istifadə olunan tabesiz mürəkkəb cümlələr təşkil olunduğu tərkib hissələrindən asılı olaraq, müxtəlif quruluşda olur: 1) Tərkib hissələri sadə cümlələrdən ibarət olan tabesiz mürəkkəb cümlələr: Belə tipli cümlələr 2, 3, 4 və daha çox cümlələrdən təşkil olunur. Məsələn, 1. Sel gəldi, bənd-bərəni yuyub apardı. 2. Ata televizora baxır, ana süfrəni yığır, uşaqlar dərs oxuyurdu.
2) Tərkib hissələri tabeli mürəkkəb cümlələrdən ibarət olan tabesiz mürəkkəb cümlələr: Məsələn, Anan deyir ki, sənin bu sevdadan xəbərin yoxdur, ancaq mən hiss edirəm ki, sən anana yalan demisən. 3) Tərkib hissələri sadə və tabeli mürəkkəb cümlələrdən ibarət olan tabesiz mürəkkəb cümlələr: Məsələn, Gecə- gündüz çalışırsınız, ancaq hiss edirəm ki, dərdimə heç bir əlac olmayacaq.
Tabesiz mürəkkəb cümlənin komponentləri bir-biri ilə semantik, qrammatik və fonetik vasitələrlə əlaqələnir. Komponentlərin mənaca əlaqələnməsi, onların sırası, bağlayıcılar və bağlayıcılar və bağlayıcı birləşçmələr, işarə əvəzlikləri və mənsubiyyət şəkilçiləri, komponentlərin ortaq üzvləri, onların zamanca uyuşmaları, komponentlərin vahid intonasiyaya tabe olması kimi vasitələr tabesiz mürəkkəb cümlənin qurulmasına xidmət edən əsas vasitələrdəndir.
Tabesiz mürəkkəb cümlələri təsnif edərkən komponentlərin mənaca əlaqəli olmasını birinci növbədə nəzərə almaq lazımdır. Bağlayıcıların iştirakına görə tabesiz mürəkkəb cümlələri təsnif etmək özünü o qədər də doğrultmur, çünki eyni məna növünə malik olan tabesizlik bağlayıcıları bir neçə məna əlaqəsində iştirak edir. Ona görə də bu bölgü formal xarakter daşıyır. Bu cəhəti nəzərə alaraq tabesiz mürəkkəb cümlənin təsnifini məna əlaqələrinə görə bölmək daha əlverişlidir. Əvvəlki mühazirədə tabesiz mürəkkəb cümlənin komponentləri arasında məna əlaqəsini izah etdiyimizdən təkrara ehtiyac duymuruq.
Tabesiz mürəkkəb cümlənin qurulmasında komponentlərin sıralanmasının çox böyük rolu vardır. Aydındır ki, danışan şəxs ifadə etdiyi fikri məntiqi ardıcıllıqla qurur və bu qayda ilə də başqalarına çatdırır. Tabesiz mürəkkəb cümlənin komponentlərinin qarşılıqlı əlaqəsindən qaynaqlanan müxtəlif mənalar məhz möhkəm sıra sayəsində meydana çıxır. Komponentlər arasında sıralanma möhkəm olmasa, səbəb-nəticə, qarşılaşdırma, aydınlaşdırma, ardıcıllıq, qoşulma və s. kimi mənaları yaratmaq və ifadə etmək olmazdı. Baxmayaraq ki, zaman əlaqəsində komponentlərin yerini dəyişdirmək mümükün olur, lakin onların da arasında sıralanma ardıcıllığı, dilin daxili qanunauyğunluğu ilə formalaşaraq sıralanma özünü göstərir. Həmcins mübtədalardakı düzülüş (cəmiyyətdəki mövqeyinə, hüquqi statusuna, yaxından uzağa, kiçikdən böyüyə ümumidən xüsusiyə və ya əksinə, danışanın məqsədinə görə sıralanır) sistemi tabesiz mürəkkəb cümlənin komponentləri arasında da mövcuddur.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin