2) Əsas və onun nəticəsini bildirinlər. Belə cümlələrdə 1-ci tərkib hissə 2-ci tərkib hissə üçün səbəb deyil, əsas olur. Məsələn, Dünya qarışdı, Sonanın uşaqları yetim qaldı.
4) Aydınlaşdırma əlaqəsi. Bu əlaqə tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin 1-cisində ifadə edilən fikrin 2 -cisində bu və ya digər cəhətdən aydınlaşdırılması əsasında yaradılır. Bu məna əlaqəsində birləşdirilən tərkib hissələr ya aydınlaşdırıcı intonasiya ilə, ya da yəni, belə ki bağlayıcılarından biri ilə bağlanır. Aydınlaşdırma əlaqəsi mübtədaya, xəbərə və tamamlığa görə aparılır. Aydınlaşdırma qapalı sıralı olub iki kompenentdən ibarətdir. Məsələn, 1.Yazıcı üçün bir şey lazımdır:o ilhamını və mövzusunu yaşatdığı xalqın həyatından almalıdır (M. S. Ordubadi). 2. Əslində onun məqsədi başqadır: o, məni yavaş- yavaş işdən ayırmaq istəyir. (I. Hüseynov). 3. Lakin bircə şeyi şərttləsək: bu ad altında sizi təqdim edə bilməyəcəm (M. İ.). 4. Həyətin işığından göz qamaşırdı: hər küçədə süd rəngi bir lampa yanırdı. 5. Ağartıya, yavanlığa pul vermirik: inəyin südü bizi görür. 6. Mən başımı tərpətdim, yəni yadıma gəlir. 7. Arvadlar çardaqların altında məşğul idilər: kimi bicinciləri doyurmaq üçün ayran verir, kimi inək sağır, kimi boş süfrəsini sərir, gözlərini bir nöqtəyə zilləyib dururdu.(Sintez-analiz). 8.Kimi qum eləyir, kimi su daşıyır, kimi əhəng ve sement gətirir – hərə bir iş görürdü.(Analiz –sintez)
5) Ziddiyyət-qarşılaşdırma əlaqəsi. Bu məna əlaqəsi ilə bağlanan bərabərhüquqlu cümlələr arasında ya fikir ziddiyəti, bir fikrin digər fikirlə qarşılaşdırılması bildirilir, ya da bu ziddiyyət fərqləndirməyə görə ola bilər. Məsələnələn, Bu töhmət çoxlarına toxundu, ancaq narazılığını bir nəfər büruzə verdi (ziddiyyət). O çox qaradır və kosadır, amma mən ağımtıl və topsaqqalam (fərqləndirici qarşılaşdırma) (C.məmmədquluzadə). Biz əlimizlə yeyirik, onlar qaşıq ilə yeyərlər (M. F. A). Mərd başdan yapışır, namərd-ayaqdan ( fərqləndirici qarşılaş- dırma).
Fərqləndirici qarşılaşdırmada tərkib hissələrdən ikincisində ifadə edilən fikir özündən əvvəlki fikirlə müqayisə yolu ilə qarşılaşdırılır.