Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Hər əvəzliyi və zaman məzmunlu gün, axşam



Yüklə 319,77 Kb.
səhifə64/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   189
2019-04-25 12-07-55

8. Hər əvəzliyi və zaman məzmunlu gün, axşam sözünün birgə işlənməsi ilə: Həyat hər gün mənim zehnimdə, təbiətimdə bir iz buraxaraq keçirdi. (İ. Ə.) O, hər gün bağçada oturub həmin çiçəyə tamaşa edərmiş. (Az. xalq əfsanələri). Yenə də hər axşam eyvandakı taxtın üstündə oturub, gözünü dikirdi Yevlaxa gedən şose yoluna. (İ. Ə.)
9. Heç inkar ədatı ilə zaman məzmunlu vaxt isminin birgə işlənməsi ilə: Məsələn, Yenə də harda qabağına qara toyuq çıxsaydı, heç vaxt əlindən yerə qoymadığı ağacını selbə atıb öldürmək istəyirdi (İ. Əfəndiyev)
Yer zərfi hərəkətin və hadisənin icra yerini, istiqamətini, son nöqtəsini, çıxış nöqtəsini bildirir. Yer zərfi hara?, harada?, haraya?, haradan? suallarına cavab olur.
Hərəkətin icra olunduğu və hadisənin baş verdiyi yeri bildirən yer zərfləri bunlardır: irəlidə, geridə, aşağıda, yuxarıda, içəridə, bayırda, üstdə, altda, arxada, orada, burada, qabaqda, kənarda, qıraqda, yan-yörədə, və s.
Hərəkətin başlanğıc–çıxış nöqtəsini bildirən yer zərfləri bunlardır: irəlidən, geridən, oradan, buradan, qıraqdan, kənardan, üstdən, altdan, içəridən, bayırdan, aşağıdan, yuxarıdan–bir sözlə, həmin zərflərə çıxışlıq hal şəkilçiləri artırılır.
Hərəkətin istiqamətini və son nöqtəsini bildirən yer zərfləri yönlük halda işlənir: irəliyə, bəriyə, geriyə, aşağıya, yuxarıya, önə, qabağa, arxaya və s.
Yer zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Əvvəlki sətirlərdəki yer zərfləri ismin hal şəkilçiləri ilə birlikdə sadədir: Bəyzadə və onun dostları Qönçənin əl-ayağından tutub kənara çəkirlər. (Az. əfsanələri) Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq Cəmil barədə heç bir söz soruşmurdu. (İ. Ə.) Biz içəri girəndən sonra məni gətirən arvad çadra ilə rübəndi çıxartdı. (İ.Ə.) Durun buradan qaçın, ağa, siz çox cavansınız. (İ.Ə.) Araya ani bir sükut çökdü, mən təkrar etdim. (İ. Ə.)
Düzəltmə yer zərfləri, demək olar ki, yox dərəcəsindədir. Bəzi sözlərə (ara, yaxın, orta və s.) -lıq şəkilçisi artırmaqla düzəlir: aralıqda, ortalıqda, yaxınlıqda. Məs.: Elə gəlsin, elə getsin, aralıqda söz olmasın (Xalq mahnısı).
Mürəkkəb yer zərfi aşağıdakı qaydalarla düzəlir:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin