Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə105/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   101   102   103   104   105   106   107   108   ...   189
2019-04-25 12-07-55

3) Bölüşdürmə bağlayıcıları: ya, ya da, gah, gah da, yaxud, və yaxud, istərsə (də) gah da ki, yoxsa və s. 1) Məs.: Həmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. (İ.Ə.) Çoban gah Ağrı dağına, gah da Bala Ağrı dağına pənah aparır, ondan sığınacaq istəyir. (Az. əfsanələri) Bilmirdim ki, Nuru dayım yaxşı adamdır, yoxsa qazı ağa? (İ.Ə.) Dağlar, mənə qar göndər, Bağlarından bar göndər. Ya bu dərdə şərik ol, Ya dərmanın var, göndər. (Bayatı)
4) İştirak bağlayıcıları: həm (də) və həm də ki, da, də, bir də, hətta, habelə, özü də, həmçinin (də), və həmçinin və s. Məs.: Daş deşiyindən çıxmamışam ki? Anam da vardı, atam da... bacım, qardaşım da... hələ desən, babam, nənəm vardı. Özü də məni çox istəyirdilər. (İ. Ə.) 2) Gözləri eyzən oğlanda olan Güllü onda birinci dəfə gördüyüm ciddi, hətta bir az da qəmgin ifadə ilə dərindən nəfəs alaraq dinməz-söyləməz qayıdıb getdi. (İ. Ə.) Ana görürmüş ki, oğlu hər səhər, özü də lap tezdən dərələrdən keçə-keçə, dağlardan aşa-aşa dərya kənarına gedir. (Az. əfsanələri)
5) İnkar bağlayıcıları: nə (də), və nə də ki. eşq olaydı, aşiq, nazlı afət olaydı! (H. C.) ölüyə hay verir, diriyə pay. (A. sözü) Bağdadın isə oğlu, nə qardaşı, nə də əmisi, dayısı oğlu olmadığından, yurdunda bircə arvadla qız uşağı qaldığından güllənin onlar tərəfindən atıldığı ağıllarına gəlmədi. (İ. Ə.) mən olaydım, ilahi, nə də bu aləm olaydı, Nə də bu aləm dil müğəyyədi-qəm olaydı. (X. Natəvan)
6) Aydınlaşdırma bağlayıcıları: yəni (ki), məsələn. Bu bağlayıcılar özündən əvvəl gələn sözü, söz birləşməsi və cümləni izah edir. Yəni bağlayıcısı əlavəli cümlədə əlavədən əvvəl işlənir, özündən əvvəl gələn üzvü izah edir. Ümumiyyətlə, hər ikisi aydınlaşdırma məqsədi daşıyır. Məs.: Mən üsulsuz bir hərəkət eləyəndə, məsələn nahar elədiyimiz zaman stəkana toxunub çayı süfrəyə dağıdanda o qəzəblənib məni “maymaq”, “filinti”, “çolaq” adlandırıb danlayardı. (İ.Ə.) Çünki Bayram onların öz içindən çıxmışdı, yəni onlar kimi rəiyyət oğlu idi, özü də cins nəsildən idi. (İ. Ə.) Gözəl bir yay axşamında, yəni gün “Ziyarət”in üstündən o tərəfə aşanda Fatma da bacısı Bəyazla zər-xara geyən, müşk-ənbər saçan qız-gəlinlə Cıdır düzündə seyrə çıxmışdı. (İ. Ə.) Ancaq onu da deyim ki, Bağdad bəylə rəiyyətin bir fərqi ancaq onda idi ki, onun (yəni Bağdad bəyin) içində su dəyirmanı olan Damlıca adlı bir mülkü var idi. (İ. Ə.)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin