Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə109/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   105   106   107   108   109   110   111   112   ...   189
2019-04-25 12-07-55

Ədatın quruluşca növləri. Dilçilik ədəbiyyatında ədat quruluşca üç yerə ayrılır: sadə ədatlar: axı, lap, ən, daha, belə, elə, yalnız, məhz və s. Ədatların böyük əksəriyyəti sadədir.
Düzəltmə ədatlar bunlardır: bircə, eləcə, mağılca.
Qeyd. Düzəltmə hesab edilən həmin ədatlardakı şəkilçi heç bir yeni mənalı söz yaratmır, yalnız həmin ədatları daha da qüvvətləndirir, elə qüvvətləndirici ədatdır.
Mürəkkəb ədatlar: beləcə də, eləcə də, bir də, bir də ki.
Qeyd. Dilçilik ədəbiyyatında mürəkkəb ədat kimi verilən bu sözlərin bəziləri əslində ədat kimi işlənmir. Məs.: Mən bu sözü beləcə də (eləcə də) çatdıraram. Nə cür? – beləcə də. Belə (elə) sözü işarə əvəzliyidir, zərfi əvəz edib, -cə qüvvətləndirici ədatdır.
Mürəkkəb ədatlar bunlardır: kaş ki, daha da, heç də, bəli də.
Ədatın mənaca növləri
1. Qüvvətləndirici ədatlar: axı, ki, lap, ən, daha, da də, -ca (-cə), hətta, belə, artıq, necə, nə, ha, bir, və s. Bu ədatlar aid olduğu sözün, eləcə də cümlənin mənasını qüvvətləndirir, təsir gücünü artırır. Ən, lap, daha ədatları sifətlərin əvvəlində gələrək sifətin üstünlük dərəcəsini formalaşdıran vasitələrdən biri kimi çıxış edir. Qüvvətləndirici ədatlar digər nitq hissələrinə də aid olur. Məs.: Axı düşmən getməyindən duyuq düşər, məni təkləyər. (Az. əfsanələri) Mən ki nəzər salmışam, Bəd nəzər yara neylər? (Bayatı) Mən həqiqətin nədə olduğunu aydınlaşdıra bilməsəm , babamın bu adamı döydürməsi mənə pis təsir elədi. (İ. Ə.) Mən aclığın necə murdar, xoşagəlməz şey olduğunu görürdüm. Evimizdən yağlı çörək, kişmiş aparıb verirdim ona və onun, içində adam yaşamayan damlarının dəhlizində bu şeyləri necə acgözlüklə yediyinə tamaşa edirdim. ... Axı deyirlər, Nisə qarı Vəli uşağından olan Əbdüləzizin böyük bacısıdır. ...Artıq Qaçaq Xanmurad mənim xilaskar qəhrəmanım ola bilmirdi. Düşmən düşməndir, arvad-uşağa baxmayacaqdıq ha...(İ. Ə.) Can alan bir gözəlin Sürməni neylər qaşı. (Bayatı) Çərşənbə günündə çeşmə başında Gözüm bir alagöz xanıma düşdü. (A. Ə.)
- Lap ədatı, əsasən, sifətin, felin, bəzən isə zərf, əvəzlik, isim və bir neçə modal sözün əvvəlinə gətirilir. Özündən sonra gələn sözün mənasını qüvvətləndirir. Lap ədatı cümlənin əvvəlində və ortasında gəlir. Bu ədat cümlənin sonunda işlənmir, çünki özündən sonra gələn sözə aid olur. Lap ədatı miqdarın daha çox olduğunu bildirir. Məs.: Siz lap qəribə adamsınız. (Ə.Vəliyev)
Ən ədatı bir sözə və ifadəyə aid olur. Müəyyən bir əşya və ya hadisənin əlamətinin, keyfiyyətinin, miqdarının çox olduğunu bildirir. Danışan şəxs bu və ya digər əşya, hadisə haqqında öz şəxsi münasibətini ən ədatını işlətməklə daha qüvvətli şəkildə bildirir. Məs.: Məni ən çox maraqlandıran uzun kök, qırmızısaqqal, qırmızısifət qazı ağa idi. (İ. Ə.) Anam da ən gözəl paltarlarını geyinib, qızıllarını, daş-qaşlarını taxaraq məclisdə, qız-gəlinlərin arasında əyləşmişdi (İ. Ə.) Deyirlər ki, Ağgül güllərin ən gözəli, ən ətirlisi imiş. ( Az. əfsanələri)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin