Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Həm əsas nitq hissəsi, həm də qoşma kimi işlənənlər: əvvəl, sonra, sarı, qarşı, tərəf, doğru, qabaq, kimi, qədər, bəri, başqa, özgə, ayrı, əlavə, qeyri



Yüklə 319,77 Kb.
səhifə99/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   189
2019-04-25 12-07-55

1. Həm əsas nitq hissəsi, həm də qoşma kimi işlənənlər: əvvəl, sonra, sarı, qarşı, tərəf, doğru, qabaq, kimi, qədər, bəri, başqa, özgə, ayrı, əlavə, qeyri və s. Bu sözlərin hansı nitq hissəsi olmasını isə yalnız cümlə daxilində bilmək mümkündür. Məsələn:
Sarı (sifət): Əzizim kətan sarı,
sarı, kətan sarı.
Sarı (feil): Aşıq, saza sim sarı,
Sarı (qoşma): Mən aşiq dağa sarı,
Üz tutdum dağa sarı,
Tutaydım yar əlindən,
Çıxaydım dağa sarı
(Bayatı)
Kimi:
(əvəzlik): Kimi qəhər satır, kimi al satır,
Kimi gövhər satır, kimi nal satır.
(A.M.Azaflı)
(qoşma): Ömür ötüşüb, baş ağarıb un kimi,
Diş tökülüb, saqqal olub yun kimi.
(M.Ə.Sabir)
Özgə:
(sifət): Başı top olsun anın özgə cövkan istəyə (İ.N.)
(qoşma): Kim ki didarından özgə nəsnə istər, ey sənəm,
Yetməsin həqdən nəsibi, əhli-didar olmasun! (İ.N.)
Bəri:
(zərf ): Ağ saçlı pəri dağlar,
Heç baxmır bəri dağlar... (Bayatı)
(qoşma): Mən səni görəndən bəri
Sinəm oldu qəm dəftəri. (A.Ə.)
Ayrı:
(qoşma): Qəddindən ayrı, ey can, sərvi-rəvan gərəkməz.
(sifət): Bülbüli-qüdsi isən, ayrı gülüstan gözləmə. (İ.N) Əvvəl:
(zərf): Əvvəl düşün, sonra danış. (A. sözü)
(qoşma): Dünyada səbr elə hər şeydən əvvəl,
İradə mülkünün sahibi ol, gəl! (N.G.)
Sonra:
(zərf): Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəzinədən bir dürr qopardım. (N.G.)
(qoşma): Hər bir aləmin zövqü və səfasını sürdükdən sonra inci düzümü qırılsa nə olar ki? (Y.V.Ç.)
2. Həm qoşma, həm də bağlayıcı kimi işlənənlər: ilə. (qoşma): Çıxdı günəş, doldu cahan nur ilə,
Cütçü sürür tarlada cüt şur ilə (M.Ə.S.)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin