Mühazirə mətnləri Mövzu 1 : Ədədi ifadə. Ədədi bərabərlik və onun xassələri



Yüklə 2,44 Mb.
səhifə17/27
tarix16.12.2023
ölçüsü2,44 Mb.
#180990
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
Riyaziyyatın-ibtidai-kursunun-nəzəri-əsasları-İSM-II-kurs

Mövzu 11 . Sadə həndəsi fiqurlar
Düz xətt
Tərif . İxtiyari boş olmayan nöqtələr çoxluğuna həndəsi fiqur deyilir.
Bu tərifə əsasən nöqtə, düz xətt, müstəvi və s. ən sadə həndəsi fiqurlardır. Nöqtələri latın əlifbasının kimi böyük hərfləri ilə, düz xətləri latını əlifbasının kimi kiçik hərfləri ilə, müstəviləri isə yunan əlifbasının kimi kiçik hərfləri ilə işarə etmək qəbul olunmuşdur.
Hər bir düz xətt iki nöqtə ilə tamamilə təyin oluna bildiyindən düz xətti iki nöqtə ilə də işarə etmək olar. Məsələn, ixtiyari iki nöqtəsi və olan düz xətti həm düz xətti, həm də düz xətti kimi işarə etmək və oxumaq olar. Düz xətt sonsuzdur. Biz şəkildə düz xəttin yalnız bir hissəsini təsvir edirik, lakin onu hər iki tərəfə sonsuz uzatmaq olar.

Eyni bir müstəvi üzərində yerləşən düz xətlər aşağıdakı münasibətlərdə ola bilərlər :

  1. İ ki düz xətt kəsişə bilər.



  1. İki düz xətt heç bir ortaq nöqtəyə malik olmaya bilər.




  1. İki düz xətt üst – üstə düşə bilər. Sonsuz sayda ortaq nöqtələrə malik iki düz

xəttə üst – üstə düşən düz xətlər deyilir. Bunu simvolik olaraq kimi yazırlar.
Tərif . Bir müstəvi üzərində olub heç bir ortaq nöqtəsi olmayan və ya üst – üstə düşən düz xətlərə paralel düz xərlər deyilir və kimi işarə edilir.
Tərif . İki düz xətt kəsişərək dörd düz bucaq əmələ gətirirsə, belə düz xətlərə qarşılıqlı perpendikulyar düz xətlər deyilir və kimi işarə edilir.
Xassə. Verilmiş düz xətt üzərində olmayan nöqtədən bu düz xəttə perpen-dikulyar olan yalnız bir düz xətt çəkmək olar.
Şüa
Verilmiş düz xəttinin ixtiyari nöqtəsi düz xəttin bütün nöqtələr çoxluğunu
iki hissəyə bölür. Bu hissələrdən biri düz xəttin nöqtəsinə nəzərən sağda yerləşən bütün nöqtələrindən ibarət altçoxluğu, digəri isə nöqtəsinə nəzərən solda yerləşən bütün nöqtələrindən ibarət altçoxluğudur. nöqtəsinin özü isə bu altçoxluqların heç birinə aid edilmir və bu altçoxluqların sərhəddi hesab olunur.
Tərif. Verilmiş düz xəttin ixtiyari nöqtəsindən bir tərəfdə yerləşən və nöqtəsindən fərqli bütün nöqtələri çoxluğuna nöqtəsindən çıxan şüa deyilir.




Tərifə görə hər bir nöqtə düz xətti iki şüaya ayırır və nöqtəsi bu şüaların ortaq başlanğıcı adlanır. Şüa da düz xətt kimi ya latın əlifbasının kiçik hərfi ilə ( məsələn, şüası ), ya da birinci nöqtəsi şüanın başlanğıc nöqtəsi, ikinci nöqtəsi isə şüanın başlanğıc nöqtəsindən fərqli ixtiyari nöqtəsi olan iki böyük latın hərfi ilə ( məsəslən, şüası ) işarə edilir.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin