Mühazirə mətnləri Mövzu 1 : Ədədi ifadə. Ədədi bərabərlik və onun xassələri


Mövzu 14. Trapesiya,onların xassələri və sahəsi



Yüklə 2,44 Mb.
səhifə25/27
tarix16.12.2023
ölçüsü2,44 Mb.
#180990
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   27
Riyaziyyatın-ibtidai-kursunun-nəzəri-əsasları-İSM-II-kurs

Mövzu 14. Trapesiya,onların xassələri və sahəsi.
Çevrə, çevrənin uzunluğu. Dairə və onun sahəsi Trapesiya
Tərif. İki tərəfi paralel, digər iki tərəfi paralel olmayan qabarıq dördbucaqlıya
trapesiya deyilir.
Trapesiyanın paralel tərəfləri onun oturacaqları, paralel olmayan tərəfləri isə onun yan tərəfləri adlanır.
Trapesiyanın iki qarşı təpələrini birləşdirən düz xətt parçası onun diaqonalı adlanır. Trapesiyanın iki diaqonalı var.






Bütün trapesiyalar çoxluğu üç sinfə bölünür :

  1. Yan tərəfləri müxtəlif olan trapesiyalar ;

  2. Bərabəryanlı trapesiyalar ;

  3. Düzbucaqlı trapesiyalar .

Yan tərəfləri bərabər olan trapesiyaya bərabəryanlı trapesiya deyilir.Bərabəryanlı
trapesiyanın oturacaqlarına bitişik bucaqları cüt – cüt bərabərdir.
Yan tərəflərindən biri oturacağa perpendikulyar olan trapesiya düzbucaqlı trapesiya adlanır. Düzbucaqlı trapesiyanın iki bucağı düz, digər ikisi isə iti və kor bucaqdır.


Trapesiyanın növündən asılı olmayaraq, onun daxili bucaqlarının cəmi - yə bərabərdir.
Trapesiyanın yan tərəflərinin orta nöqtələrini birləşdirən düz xətt parçasına
trapesiyanın orta xətti deyilir.
Tərifə görə, və olduqda, parçası orta xətdir.




Xassə.Trapesiyanın orta xətti onun oturacaqlarına paralel olub, oturacaqları cəminin yarısına bərabərdir, yəni , olduqda, , və olar.
Tutaq ki, trapesiyası verilmişdir. Burada və trapesiyanın oturacaqları, isə hündürlüyüdür.







Trapesiyanın sahəsi onun oturacaqları cəminin yarısı ilə hündürlüyü hasilinə bərabərdir. Onda


Trapesiyanın orta xəttinin xassəsinə görə, olduğundan onda sahə düsturunu kimi də yazmaq olar, yəni trapesiyanın sahəsi onun orta xətti ilə hündürlüyü hasilinə bərabərdir.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin