Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Azərbaycan Səfəvi dövlətinin yaranması



Yüklə 315,92 Kb.
səhifə36/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   90
60 saatlıq mühazirələr 2021-2022

2) Azərbaycan Səfəvi dövlətinin yaranması: XV əsrin sonu XVI əsrin əvvəllərində Ağqoyunlu dövlətinin tənəzzülünün başlaması onun ərazisində feodal pərakəndəliyinə, yerli hakimlərin müstəqillik iddiası ilə çıxış etməsinə səbəb oldu. XV əsrin sonlarında Azərbaycanın müxtəlif bölgələrində baş vermiş çəkişmələr, feodal pərakəndəliyi və Səfəvi Şeyxlərini nüfuzunun artmasına və güclənməsinə şərait yaratdı. 1499-cu ildə Lahicanda yerli hakimin sarayında gizlədilmiş İsmayıl (1487-1524) və onun tərəfdarları olan qızılbaşlar çıxış etmək üçün əlverişli məqamın yetişdiyini anlayaraq Ərdəbildən Ərzincan bölgəsinə gəldilər. Ərzincanda keçirilən müşavirədə əvvəlcə Şirvanı tabe etməyi qərarlaşdırdılar. 1500-cü ilin payızında İsmayıl Ərzincandan Şirvana doğru hərəkətə başladı. İsmayılın ilk növbədə Tərbizə deyil, Şirvana yürüş etməsinin səbəbi aşağıdakı amillər idi: 1) Təbrizə hücum etməklə üç rəqiblə Ağqoyunlu Murad Mirzə və Əlvənd Mirzə ilə, həmçinin onları müdafiə edən Şirvanşah Fərrux Yasarla toqquşmalı olardı. 2) Səfəvilər ara müharibələrindən istifadə etməklə Şirvanşahları hissə-hissə əzmək fikrində idilər.1500-cu ildə İsmayılın başçılığı ilə qızılbaş qoşunu Gülüstan qalası ətəyindəki Cabanı düzündə sayca az olmalarına (7 min Səfəvilər-12 min Şirvan ordusu) baxmayaraq Şirvan qoşununu darmadağın etdilər, Fərrux Yasar isə həlak oldu. 1501-ci ilin yazında şiddətli müqavimətdən sonra Bakı qalası da tutuldu. Ağqoyunlu Əlvənd Mirzənin Təbrizdən qoşunla Araz çayından şimala doğru yürüşə başlaması qızılbaşların Gülüstan qalasının mühasirəsini yarımçıq saxlayıb, bütün əsas hərbi qüvvələrini ona qarşı yönətməsinə səbəb oldu. Bu zaman cəmi 14 yaşı olan gənc İsmayıl silahdaşları olan qızılbaş əmirlərindən soruşmuşdu: ”Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?” İsgəndər bəy Münşi yazır ki: “Müqqədəs Səfəvi xanədanının etiqad sahibləri belə cavab vermişdilər: “Azərbaycan taxtı.” 12 minlik səfəvi qoşunu Əlvənd Mirzənin 30 minlik ordusunu 1501-ci ilin yayında Şərur döyüşündə darmadağın etdi. Nəticədə Ağqoyunlu dövlətinin 1-ci qolu dağıldı. 1501-ci ilin payızında Təbriz şəhərinə daxil olan İsmayıl özünü təntənəli şəkildə şah (1501-1524) elan etdi. Bununlada paytaxtı Təbriz olan Azərbaycan Səfəvi dövlətinin (1501-1736) yarandı. Dövlətin yaranmasında iştirak edən 7 əsas tayfa bunlardır: Şamlı, Rumlu, Ustaclı, Təkəlü-Türkman, Əfşar, Qacar, Zülqədar. 1503-cü il 21 iyunda Həmədan yaxınlığında, Almaqulağı adlı yerdə Şah İsmayıl ilə Fars və Əcəm İraqının hakimi Ağqoyunlu sultan Murad arasınsa baş döyüşdə sayca qat-qat böyük olan ağqoyunlu ordusunu (12 min Səfəvilər-70 min Sultan Murad ordusu) darmadağın etdi. Bununla da Ağqoyunlu dövlətinin 2-ci qolu dağıldı. Qələbədən sonra Şah İsmayıl Səfəvilərin qələbə yürüşləri davam etdirərək 1503-1508-ci illərdə İsfahan, Kaşan, Qum, Yəzd, Kirmanı, yəni Xorasandan başqa bütün əcəm İraqı və Diyarbəkir, Hilat, Bitlis, Ərçiş və Bağdadla birlikdə bütün Ərəb İraqı ələ keçirdi. Beləliklə, Səfəvilər dövləti şərqdə Şeybanilər dövləti, qərbdə Osmanlı imperatorluğu ilə həmsərhədd oldu. 1510- cu il 1 dekabrda baş vermiş Mərv döyüşündə Özbək hakimi Şeybani xan məğlub edilərək öldürüldü. Nəticə Xorasan vilayəti dövlətimizin tərkibinə qatıldı. 1512-ci ildə QarahisarMalatiyanı tabe edərək Təbrizə döndü. Beləliklə, Şəfəvilər dövləti şərqdə Amudərya çayından qərbdə Fərata qədər geniş ərazini əhatə edən imperatorluğa çevrildi. Şah İsmayıl babası Uzun Həsən kimi Qərblə əlaqələri genişləndirdi. Hələ 1510-cu ildə Səfəvi diplomatı Əli bəyi İtaliyaya göndərən Şah İsmayıl Qərb dövlətlərindən müasir odlu silahlar almaq və Osmanlıya qarşı müttəfiq qazanmaq niyyətində idi. Bu alınmadığına görə Portuqaliya ilə əlaqəyə girib İran körfəzi vasitəsilə Avropadan silah və artilleriya mütəxəssisləri gətirməyə çalışdı. Sultan Səlim 1514-cü ildə Ədimədə fövqəladə divan çağırdı. Divanda “din düşmənləri” elan edilmiş qızılbaşlara qarşı cihad qərarı verildi. Qızılbaşlara qarşı müqəddəs müharibə - cihad elan etməsi ilə müharibəyə dini don geyindirilmiş oldu.  Sultan Səlim yüz min nəfərlik qoşunla Səfəvilər üzərinə hücuma başladı. 1514-cü il 23 avqustda Maku yaxınlığındakı Çaldıran düzündə baş verən döyüşdə Qızılbaşların cəsarətli həmlələrinə və Şah I İsmayılın şəxsi şücaətlərinə baxmayaraq, sonda say çoxluğu və odlu silahların hesabına Osmanlı ordusu qələbə qazandı. Bu döyüşdə qələbə nəticəsində Osmanlılar Ərzurum daxil olmaqla, Şərqi Anadolunu və Şimali İraqı ələ keçirdilər. Bağdad şəhəri daxil olmaqla Ərəb İraqı isə Səfəvilərdə qaldı. Lakin Qərb diplomatiyası Uzun Həsən zamanında olduğu kimi yaranmış vəziyyətdən öz mənafeyinə istifadə etdi: Portuqaliya fürsətdən istifadə edib 1515-ci ildə Hörmüz boğazını ələ keçirdi. Səfəvilərin Hind okeanına çıxış yolu bağlandı. 1516-cı ildə Qoçhisar döyüşündə də qalib gələn Osmanlılar Təbrizə daxil oldular. Ancaq burada çox qala bilmədilər. Bir neçə min sənətkar ailəsini özləri ilə İstanbula apardılar. Qoçhisar döyüşü nəticəsində Səfəvilər Mosul, Xarput Bitlisi itirdilər. Şah I İsmayılın Oğlu I Təhmasib (1524-1576) dövründə 1538-ci ildə Şirvanşahlar, 1551-ci ildə isə Şəkinin daxili müstəqilliyinə son qoyuldu. 1535-ci ildə Şirvanşah II Xəlilullahın ölümündən sonra Şirvanda yaranmış qarmaqarışıqlılıqdan, 1537-ci il “Qələndər” üsyanından istifadə edən I Təhmasib qardaşı Əlqas Mirzənin başçılığı ilə Şirvana qoşun göndərdi. 1538-ci ildə Şirvanşahlığm Səfəvilərdən vassal asılılığına da son qoyuldu və Şirvanşahların sülalə hakimiyyəti ləğv olundu. Nəticədə Şirvan ərazisi bəylərbəyiliyə çevrildi və Əlqas Mirzə ilk bəylərbəyi təyin olundu. 1547-ci ildə Əlqas Mirzənin mərkəzi hakimiyyətə qarşı qaldırdığı qiyam yatınidıqdan sonra I Təhmasib oğlu İsmayıl Mirzəni, sonra isə qızılbaş əmiri Abdulla xan Ustaclını Şirvana bəylərbəyi təyin etdi. 1551-ci ildə mərkəzi hakimiyyətlə münasibətlərini pisləşdirən Dərviş Məhəmməd xanın qoşununun darmadağın edilməsi ilə Şəki hakimliyinə də son qoyuldu. Beləliklə, Azərbaycan torpaqlannm vahid mərkəzi dövlət tərkibində birləşdirilməsi prosesi tamamilə başa çatdı. Beləliklə, Azərbaycan torpaqlarının vahid mərkəzi dövlət tərkibində birləşdirilməsi prosesi tamamilə başa çatdı. Osmanlı hökmdarı Sultan Süleyman Qanuni 1534, 1535, 1548, 1554-cü illərdə 4 dəfə Səfəvilərin üstünə yeridi. Osmanlılara meyilli əmirləri itaətə məcbur etdi. Ordu yenidən təşkil edildi. 1552-ci ildə I Təhmasib müdafiə taktikasından imtina edib fəal hücuma başladı. Səfəvi qoşunu Osmanlı ərazilərinə yürüş edib xeyli qənimətlə geriyə döndü. Qanuni bu hücumlarla hər hansı nəticəyə yetişə bilmiyəcəyini başa düşüb 1555-ci il 29 mayda Təhmasib ilə Amasyada sülh sazişinə qol çəkdi. Sülhün şərtinə görə Şərqi Gürcüstan Səfəvi dövlətinə, Qərbi Gürcüstan isə Osmanlılara verildi. Səfəvi-Osmanlı müharibələrinin I mərhələsi (1514-1555) başa çatdı. 1555-ci ildə paytaxtı Təbrizdən Qəzvinə köçürüldü. 1565-ci ildə şah I Təhmasib hər vilayətdən alınan tamğa vergisinin ləğv olunması haqqında fərman verdi. Bu fərman Səfəvi dövlətində sənətkarlıq və ticarətin inkişafına müsbət təsir göstərdi. Səfəvi-Moğol(Hindistan) savaşı: 1537-ci ildə I Təhmasibin moğolların nəzarətində olan Qəndəhar şəhərini tutması müharibənin başlamasına səbəb oldu. 1538-ci ildə Hümayun şah Qəndəharı geri almaq üçün qoşun göndərdi və qızılbaşları oradan sıxışdırdı. Səfəvilər və Moğol imperiyası arasında 1544-cü ildə bağlanmış Sultaniyyə sülh müqaviləsinə əsasən Şah Təhmasibin Hümayun şaha hərbi yardımı müqabilində Qəndəhar şəhəri Səfəvilərə verildi. I Təhmasibin ölümündən sonra II İsmayil (1578-1578)Məhəmməd Xudabəndənin (1578-1587) dövründə bir müddət Azərbaycanda hakimiyyət mübarizəsi getdi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin