MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


Taxılın toxumluq keyfiyyətinin aşağı düşməsində mikroorqanizmlərin



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə149/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   145   146   147   148   149   150   151   152   ...   184
Taxılın toxumluq keyfiyyətinin aşağı düşməsində mikroorqanizmlərin 
iştirakı. 
Məlumdur  ki,  dənin  rüşeymi  digər  hissələrinə  nisbətən  qida  maddələri 
(şəkərlə, yağla, vitaminlə və b.) ilə daha zəngindir. 


179 
 
Bundan  başqa,  rüşeymlərin  də  özünün  hiqroskopikliyi  ilə  əlaqədar  xeyli 
miqdarda su olur. O, nisbətən  nazik qlafla  örtülü olduğuna  görə, xarici təsirlərdən 
kifayət qədər zəif qorunur. 
Bu  göstərilən  səbəblərlə  əlaqədar  mikroorqanizmlər  rüşeymdə  birinci 
növbədə  inkişaf  etməyə  başlayır.  Bu  halda  xüsusilə  çoxlu  ziyanı  kif  göbələkləri 
verir. Rüşeymdə yerləşib, onların toxumasına hiflərini yeritməklə onu parçalayır və 
özlərinin həyat fəaliyyəti məhsulları ilə rüşeymi zəhərləyirlər. 
Bəzən xarici görünüşünə görə normal görünən buğda dəninin həyat qabiliyyətinə 
malik olmayan qaralmış rüşeym olur. Beynəlxalq ticarət təcrübəsində belə buğda dəni 
nöqsanlı, xəstə hesab edilir.  
Tədqiqatlarla  müəyyən  olunmuşdur  ki,  buğdada  «qara»  rüşeymə  səbəb  ən  çox 
Helminthosporium  Alternaria göbələkləri səbəb olur. 
Helmintosporiozda  rüşeymdə  qara  ləkə  ola  bilsin  çox  böyük  olmasın,  bəzən 
isə dənin yarısını əhatə edir. 
Qara rüşeymdən başqa, buğdanın helmintosporiozla gizli zədələnmə halına da 
tez-tez  rast  olunur.  Toxumların  helmintospormozla  yoluxması  cücərmə 
qabiliyyətini kəskin azaldır, bəzən isə bu göstərici 50%-dən çox olur. 
Buğdanın helmintospormoz törədicisi Helminthosporium sativum göbələyidir. 
O,  natamam  göbələklərə  aid  olub,  tünd  rənglənmiş  göbələk  telləri  və 
konididaşıyıcıya  malikdir.  Konididaşıyıcıların  uc  hissəsində  iri  tünd-sarı-yaşıl, 
uzunsov, yumurtavari, eninə 7-11 arakəsməsi olan kondidilər inkişaf edir. 
Alternaria  göbələk  cinsi  də  buğdada  rüşeymin  qaralmasının  səbəbkarı  ola 
bilər  ki,  Helminthosporium-dan  fərqli  olaraq  onun  mitselisi  buğdanın  içərisinə 
dərin  nüfuz  edə  bilmir.  Zədələnmiş  buğda  dəni,  yuxarıda  deyildiyi  kimi,  əksərən 
Penisillium  göbələk cinsi  ilə parçalanır. Belə toxumun cücərmə qabiliyyəti kəskin 
azalır.  Qarğıdalı  dəni  də  kif  göbələkləri  ilə  (Penisillium,  Fusarium)  tez-tez 
zədələnir.  Bu  zədələnməni  qarğıdalının  rüşeymi  böyük  olduğu  üçün  asanlıqla 
müşahidə etmək olur. 
Qarğıdalı  isti  sevən  bitkidir,  ona  görə  qarğıdalı  toxumunu  torpaqda  aşağı 
temperaturda (+8-10C aşağı) əkdikdə onların cücərməsi ləngiyir və eyni zamanda 


180 
 
cücərən  toxumu  xəstələndirən  və  məhv  edən  kif  göbələkləri  də  inkişaf  edir. 
Xəstəlik tez inkişaf etdikdə dənin rüşeymi cücərənə kimi məhv olur, zəif inkişafda 
isə  kökcüyü,  kök  boğazı,  koleoptilin  əsası  tamamilə  və  ya  qismən  zədələnir. 
Xəstələnən  sahə  qonurlaşır,  tündləşir  və  parçalanır.  Toxumun  tarla  cücərməsində 
azalma  (bəzən  70-80%-ə  qədər),  cücərtinin  ölməsi,  əksərən  səpində  seyrəklik  baş 
verir. 
Buğda və qarğıdalı toxumlarının zədələnməsinə qarşı ən effektiv mübarizə üsulu 
onların  əkin  qabağı  zəhərli  kimyəvi  preparatlarla  dərmanlanmasıdır.  Bu  zaman 
dərmanlamada ən yaxşı effekti TMTD (tetrametiltiuramidisulfat C
6
H
12
N
2
S
4
) preparatı 
verir.  Bu  preparat,  bozvari –  ağ  rəngli,  fenol  iyli,  suda  suspenziya əmələ  gətirən,  az 
zəhərlidir.  TMTD  tipik  funqisid  hesab  edilir,  belə  ki,  əsasən  kif  göbələklərini  məhv 
edir,  bakteriyalar  isə  dərmanlanmış  toxumda  həyat  fəaliyyətini  xeyli  dərəcədə 
saxlayır. TMTD xüsusilə qarğıdalı toxumunu dərmanlamaq üçün daha effektlidir, belə 
ki, bu cür toxumun cücərmə qabiliyyətinə göbələk florasının mənfi təsiri xeyli azalır. 
TMTD  ilə  dərmanlamanın  nöqsanı  onun  toxum  səthinə  pis  yapışmasıdır. 
Hazırda  dərmanın  toxumda  qalmasına  köməklik  edən  maddələr  tapılmışdır 
(məsələn, sulfatlı-spirtli barda). 
Toxumu  səpindən  qabaq  dərmanlamaq  üçün  TMTD  başqa  tərkibində  civə 
olan üzvi preparatlardan( qranozan, merkuran) da istifadə oluna bilər. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin