Ərazinin saxlanmasına göstərilən sanitar tələbləri. Müəssisələrin təmiz saxlanılmasında ərazinin vaxtında və düzgün
təmizlənməsinin, qida tullantılarının yığılması və aparılmasının, zibil qablarının
təmizlənməsi və dezinfeksiyasının böyük əhəmiyyəti vardır. Antisanitar vəziyyət,
ərazinin lazımsız şeylərlə doldurulması və zibilin yığılması müəssisə binasının
çirklənməsinə səbəb olur ki, bu da milçəyin çoxalması, gəmiricilərin yuvalaması
üçün əlverişli şərait yaradır.
Ərazinin təmizlənməsi hər gün aparılmalıdır. Yayda onu gündə iki dəfə
sulamaq üçün ərazidə suvarma kranı qurulmalıdır. Qışda ərazi gündə qar və
buzdan təmizlənməlidir.
Zibili yığmaq üçün müəssisənin ərazisində möhkəm örtüklü (beton, kərpic)
meydançada zibil yığılan qablar qoyulmalıdır (betonlaşmış, metal). Meydançanın
ölçüsü zibil yığılan qabın ölçüsünün hər tərəfindən 1,5 m çox (artıq) hündürlükdə
olmalıdır. İstehsalat binası ilə zibil yığılan yer arasındakı məsafə 25 m-dən az
olmamalıdır.
Zibil mütəmadi olaraq aparılmalı, zibil qabları isə hər gün xlorlanmalıdır.
222
Zibili aparmaq üçün nəqliyyat yalnız təyinatı üzrə istifadə olunmalıdır. İaşə
müəssisələri binasının girişində ayaqqabını təmizləmək üçün qurğu ilə təchiz
olunmuş yer olmalıdır.