MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə36/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   32   33   34   35   36   37   38   39   ...   184
Osmotik  təzyiqin  təsiri.Mühitin  osmotik  təzyiqinin  mikroorqanizmlərin 
həyatında mühüm rolu vardır.Osmotik təzyiq mühitdə həll olan maddələrin qatılığı 
ilə yaranır.Qatılıq artıq olduqda, bu təzyiq yüksək olur. 
Osmotik  təzyiq  nə  qədər  yüksək  olarsa,  suyun  fəallığı  və  onun  hüceyrəyə 
daxil olması bir o qədər az olur. 
Osmotik  təzyiqi  hüceyrə  təzyiqindən  yüksək  olan  hipertonik  məhlullardan 
əksər mikroorqanizmlər özlərinə lazım olan suyu ala bilmir.Biologiyada bu təzyiq 
fizioloji quraqlıq kimi qeyd olunur.Təbii mühitdə buna şoran torpaqlarda və duzlu 
hovuzlarda yaşayan mikroorqanizmlərdə rast gəlmək olar. 
Bakterial  hüceyrələrin  daxilində  osmotik  təzyiq  10-20%-li  saxaroza 
məhlulunun  təzyiqinə  müvafiq  gəlir.Əgər  bakteriyalar  yüksək  osmotik  təzyiqli 
məhlula  daxil  edilərsə,  o  zaman  hüceyrələrdə  plazmoliz  hadisəsi  baş  verir  və 
bunun  da  nəticəsində  onlar  inkişafdan  qalır.Mikroorqanizmlər  çox  aşağı  osmotik 
təzyiqli mühitə düşdükdə mühitdə olan su hüceyrəyə daxil olub onu şişirdir ki, bu 
hadisəyəturqor adı verilir. 
Çox  yüksəktəzyiqli  mühitdəöz  həyat  fəaliyyətlərini  davam  etdirən 
mikroorqanizmlərəosmofillər  deyilir.  Əksərən  bunlar  duz  sevənlər  –  holofillər 
olub, natrium-xloridə yüksək dərəcədə tələbkar olmaları ilə səciyyələnirlər. 
Holofillərözləri  də  mülayim  və  ifrat  holofillər  olmaq  üzrə  2  qrupa 
bölünür.Mülayim holofillər mühitdə NaCl duzunun qatılığı 2-5% olduqda, normal 
inkişaf  edirlər.Çox  yüksək  duzlu  mühitəuyğunlaşan  mikroorqanizmlərə    rast 
gəlinir  ki,  bunlara  da  ifrat  holofillər  deyilir.  Belə  mikroorqanizmlərəşoran 
torpaqlarda,  Ölü  dənizin  suyunda  rast  gəlmək  olur.Qeyd  etmək  lazımdır  ki, 


57 
 
mühitdə 15-20% NaCl olduqda mikrob hüceyrəsinin daxilində osmotik təzyiq 90-
100 atm. bərabər olur.Belə vəzifədə yalnız holofillər yaşaya bilər. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin