Ətin kiflənməsi. Ətin kiflənməsinə müxtəlif növ kif göbələkləri səbəb olur.
Ət kombinatında çıxdaş edilən ətin 70%-i kiflənmə üçün əlverişli olur. Kif
göbələkləri həm aerob, həm də anaerob şəraitdə yaxşı inkişaf edirlər. Kif
göbələklərinin bir xüsusiyyəti də ondan ibarətdir ki, bakteriyaların pis inkişaf
etdiyi və ya inkişaf edə bilmədiyi turş mühitdə onlar inkişaf edərək əti
qələviləşdirir və bakteriyaların inkişafı üçün əlverişli şərait yaradır. Ətdə tapılan
kif göbələklərindən Mucor mucedo Lonne, Mucor pusillus Link, Thamnidium elegans Link, Clodasperium herbatum, Penicillum glaucum, Penicillium crustaceum, Aspergillus candidus, Aspergillus rapens kimi növləri qeyd etmək
olar.