Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə92/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Xarici qanaxma
–qanın orqanizmdən xarici mühitə axması adlanır. 
Aydın təzahürlü qanaxmalar 
– klinik əlamətlərin tam aydınlığı ilə xarakterizə olunur. 
Diaqnoz qoyulması heç bir əlavə müayinə tələb etmir. 
Gizli qanaxma 
– xəstə gündəlik şox az miqdarda qan itirdiyindən (5-10ml) belə qanaxmaları 
aşkar etmək üçün əlavə müayinələr tələb olunur. 
Əksər hallarda qanaxmalar bir dəfə müşahidə edilir və bu qanaxma zəif olduqda öz-özünə 
dayanır, yaxud yardım edən şəxs tərəfindən dayandırılır. Müxtəlif səbəblərdən qanaxma təkrari olaraq 
müşahidə edilə bilər. Çoxsaylı qanaxmalar qanaxmanın dayanaraq, sonradan qısa zamanda bir neçə 
dəfə təkrarlanması ilə xarakterizə edilir. 
Baş vermə vaxtına görə birincili və ikincili qanaxmalar ayırd edilir. Damarların dərhal travmatik 
zədələnməsindən sonra, yaxud bir neçə saat ərzində baş verən qanaxma birincili qanaxmadır. Daha çox 
müddətdən sonra baş verən – ikincili qanaxmadır. Yaranın infeksiyalaşmasına qədər saxlanılmış 
qanaxmanın təkrar olaraq meydana çıxması erkən ikincili qanaxma, infeksiyalaşmasından sonra baş 
verən – ikincili gecikmiş qanaxma adlanır. 
İlk tibbi yardım
Xarici arterial qanaxmanı müvəqqəti dayandırmaq üsulları: Zədələnmiş 
damarı sümüyə barmaqla sıxmaq, turna və ya burmac qoymaq, qol və ya qıçı oynaqda sonadək büküb 
bərkitmək, vena və kapillyar qanaxmalar yaraya sıxıcı steril sarğı qoymaq və bədənin yaralı yerinin 
gövdəyə nisbətən bir qədər hündürdə saxlamaqla müvəqqəti dayandırırlar. Bir sıra hallarda venoz və 
kapillyar qanaxmanın müvəqqəti dayandırılması, bu qanaxmaların tamamilə dayandırılmasına keçə 
bilər. 
Turnanı nə vaxt qoyulduğunu tarix, saat və dəqiqə göstərməklə bir parça kağızda qeyd edib
kağızı nəzərə çarpan yerdə turnanın altına qoyurlar. Turna qoyulmuş ətrafı, xüsusən qışda isti şeylə 
örtürlər. Turna qoyulmuş yaralıya şpris-tyübik vasitəsilə ağrıkəsici vururlar. Turna qoyulmuş yerdən 
ətrafların aşağı hissəsi örgünləşməsin deyə, 2 saatdan sonra arteriyanı barmaqla sıxaraq, turnanı 
tədricən 5-10 dəq boşaltmaq və sonra onu yenidən bir qədər yuxarıya qoymaq lazımdır. Yaralıya 
cərrahiyyə yardım göstərilənədək turnanı hər saatdan bir bu cür müvəqqəti olaraq boşaldır və hər dəfə 
bunu kağızda qeyd edirlər. 
Qanaxmanı burmac vasitəsilə dayandırmaq üçün kəndirdən, burulmuş yaylıqdan və ya parçadan 
istifadə edirlər. Bel qayışı da turna ola bilər. Qan axan yeri steril salfetlərlə və ya 3-4 qat bintlə 
örtürlər, üstündəndən pambıq qoyurlar. Sarğını bintlə bərk sıxıb sarıyırlar. Qan sarğını islatdıqda 
üstündən əlavə bint sarıyırlar. 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin