ədədi təsvir etmək üçün uyğun sayda triggerdən istifadə edərək registr qurulur və mərtəbələr
şəbəkəsi də adlandırılır.
Ədədləri təbii təsvir formasında dörd üsulla təsvir etmək olar:
1. Ədədlərin
tam şəkildə təsviri
2. Ədədlərin kəsr şəkildə təsviri
3. Ədədlərin qarışıq şəkildə təsviri
4. Ədədlərin yarımloqarifmik şəkildə təsviri.
Kompüterdə ədədlərin 1-ci və 2-ci təsvir formasına təbii formada- sabit nöqtəli (vergüllü) təsvir
ikimi baxılır, 3-cü təsvir forması texniki səbəblərdən heç tətbiq olunmur, çox kiçik və çox böyük
kəsr ədədlərin mərtəbələr şəbəkəsində miqyaslaşdırılaraq təsvir edilməsi tələb olunur ki, bu da
proqramçıdan əlavə vaxt və resurs tələb edir.4-cü təsvir forması ədədlərin yarımloqarifmik
formada- sürüşkən nöqtəli (vergüllü) təsviri adlanır.
Deməli, kompüterdə ədədlərin iki cür təsvir forması tətbiq olunur:
1. Ədədlərin təbii formada- sabit nöqtəli (vergüllü) təsviri,
2.Ədədlərin yarımloqarifmik formada- sürüşkən nöqtəli (vergüllü) təsviri, yəni: X= m*S
p
Ədədlərin dabit nöqtəli təsvir forması bir qayda olaraq ədədlər məhdud diapazonda dəyişən
hallarda tətbiq edilir. Bu halda nöqtə (vergül) ədədin müəyyən edilmiş yerində qoyulur. Belə ki,
əgər nöqtə ədədin ən böyük mərtəbəsinin önündə qoyularsa, bu halda ixtiyari X ədədi |X|<1 olur
və kəsr ədəd kimi qəbul edilir. Digər halda nöqtə ədədin ən kiçik mərtəbəsindən sonra qoyulur,
|X|>1 olur və tam ədəd kimi qəbul edilir.
Ədədlərin sabit nöqtəli təsvirində mərtəbələr şəbəkəsi şəkil 6-da təsvir edilmişdir.
0 1 2 n-1
mantissanın işarəsi /
\ mantissa
Şəkil 6. Sabit nöqtəli mərtəbələr
şəbəkəsi
Sabit nöqtəli ədədlərdə nöqtənin ədədin ən kiçik mərtəbəsindən sonra qoyulması halında tam
ədədin mərtəbələr şəbəkəsində təsviri şəkil 7-də göstərildiyi kimi olacaqdır.
X= +101101011 (n=10)
Şəkil 7.Tam ədədlərin sabit
nöqtəli mərtəbələr şəbəkəsi
Belə format müsbət və mənfi işarəli 2-lik tam ədədləri təsvir etməyə imakn verir.
X
ən böyük(max)
= +11...1=2
n
-1
X
ən kiçik
(min)
= +00...1= 1
Dəyişmə diapazonu: 1 ≤ |X| ≤ 2
n
-1 olacaqdır.
Verilmiş n=32 mərtəbəli ədədin bu formatda mərtəbələr şəbəkəsində təsvir diapazonu aşağıdakı
kimi olar.
1 ≤ |X| ≤ 2
31
-1
Sabit nöqtəli ədədlərdə nöqtənin ədədin ən böyük mərtəbəsindən əvvəl qoyulması halında isə
kəsr ədədin mərtəbələr şəbəkəsində təsviri şəkil 7
a
-da göstərildiyi kimi olacaqdır.
X= +0.10110101 (n=10)
Şəkil 7
a
. Kəsr ədədlərin sabit nöqtəli mərtəbələr şəbəkəsi
X
ən böyük(max)
= +0.11...1=1-2
-n
X
ən kiçik
(min)
= +0.00...1=2
-n
Dəyişmə diapazonu: 2
-n
≤ |X| ≤ 1-2
-n
olacaqdır.
0
1
0
1
1
0
1
0
1
1
0
1
0
1
1
0
1
0
1
Bu təsvir diapazonu 10-luq ədədlər üçün 1-dən 10
9
-dək ədədləri və həmçinin 0-ı təsvir
etməyə
imkan verir.
Beləliklə, buradan görünür ki, sabit nöqtəli ədədlərin istifadə diapazonu məhduddur, yəni çox
böyük və çox kiçik ədədlər burada təsvir oluna bilmirlər. Bəzən hesablama prosesində belə böyük
və yaxud kiçik ədədlər alına bilər. Bu zaman alınmış ədəd təsvir diapazonundan kənara çıxır və
hesablamanı səhv nəticəyə gətirir. Bunun olmaması üçün proqramlaşdırma zamanı
hesablamalarda iştrak edən verilənləri müəyyən miqyaslarda böyütmək və ya kiçiltmək lazım gəlir
ki, bu da proqramçıdan əlavə iş tələb edir. Məhz elə bu xüsusiyyət sabit nöqtəli ədədlərdən
istifadənin mənfi cəhətidir. Müsbət cəhəti isə maşının əməliyyat (hesab) qurğusunun sadəliyi və
cəldliyinin artmasıdır.
Müasir kompüterlərdə ədədlərin həm sabit və həm də sürüşkən nöqtəli təsvir üsullarından
istifadə edilir.
Ədədlərin sürüşkən nöqtəli (vergüllü) təsviri həm də yarımloqorifmik təsvir adlandırılır.
Sürüşkən nöqtəli- yarımloqorifmik təsvir formasında ədəd X = m.S
P
(|m|<1) kimi təsvir
olunur.
İfadədə: m-ədədin mantissası,
P- tərtibi,
S
p
–xarakteristikası, S- say sisteminin əsasıdır.
2-lik say sistemi üçün S=2 olduğundan ədədin təsviri
X=m.2
p
olacaqdır. Sürüşkən nöqtəli təsvirdə mərtəbələr şəbəkəsi şəkil 8-da təsvir edilmişdir .
0 1
2
3 4 5 6 7 8 9
n-2 n-1
0
…
tərtib mantissanın mantissa
işarəsi
Şəkil 8. Sürüşkən nöqtəli mərtəbələr şəbəkəsi
Ədədlərin sürüşkən nöqtə ilə təsvir üsulunda sabit nöqtəli təsvir üsulundan fərqli olaraq ədədin
mantissası hökmən normallaşdırılmış formada qeyd olunmalıdır. Normallaşdırma şərti
1>
Dostları ilə paylaş: