Mühazirə Müəllim: dos. İsgəndərzadə H. Q. MÜQƏddimə "Kompüterlərin tətbiqi nəzəriyyəsinin əsasları"


Kompüterdə tətbiq olunan ekvivalent say sistemləri



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix28.05.2022
ölçüsü0,55 Mb.
#59925
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   15
KTNƏ- mühazirə

Kompüterdə tətbiq olunan ekvivalent say sistemləri. 
 
2-8-lik say sistemi. Bu say sistemində hər bir 8-lik ədəd özünün ekvivalenti olan ikilik triada 
ilə təsvir edilir. 
763,1

=111 110 011, 001
2-8 
=111110011,001
2
10101101,11

= 010 101 101, 110
2-8
= 255,6

16-lıq say sistemi. Bu say sistemində onaltı rəqəm və simvoldan istifadə edilir. Belə ki, 0-dan 
9-a qədər rəqəmlər və latın əlifbasının A,B,C,D,E,F başlanğıc simvolları qəbul edilir. 16-lıq say 
sistemində verilmiş ədədi 2-16-lıq say sisteminə çevirmək üçün onaltılıq ədədin hər bir ikilik 
ifadəsini özünün ekvivalenti olan tetrada şəklində uyğun yerinə yazmaq lazımdır. 
Misal.
A2F7=1010 0010 1111 0111
2-16 
= 1010001011110111
2
0001 1011 0101 1100 1010
2-16
=1B5CA
16
2-10-luq say sistemi. Müasir kompüterlərdə onluq ədədlər üzərində birbaşa hesab əməllərinin 
yerinə yetirilməsi mümkün olmadığından, onluq ədədlər üzərində hesab əməllərinin aparılması 
üçün müəyyən üsul və vasitələr nəzərdə tutulur. Bunun üçün ilk növbədə onluq ədədlərin ikilik 
təsvirindən, yəni 2-10-luq kodda təsvirindən (bəzən bu kodlara 8421 kodu, ya da D kodu deyilir) 
istifadə edilir.
2-10-luq ədədləri təsvir etmək üçün hər bir onluq rəqəmin uyğun ikilik ekvivalenti qeyd olunur. 
Məsələn:
2368
10
=0010 0011 0110 1000
2-10 
Mühazirə 4. Kompüterdə mənfi işarəli ədədlərin xüsusi 
kodlarda təsviri.
Kompüterdə hesab əməllərinin yerinə yetirilməsi yalnız toplama və məntiqi sürüşdürmə 
əməlləri ilə reallaşdırıldığından digər hesab əməllərinin yerinə yetirilməsinin mümkün olmasını 
asanlaşdırmaq üçün mənfi işarəli ədədlər xüsusi kodlarda təsvir edilir. Xüsusi kodların köməyi ilə 
çıxma əməli toplama əməlinə gətirilir və nəticənin işarəsinin müəyyən olunması asanlaşır ki, bu 
da hesab əməllərinin yerinə yetirən qurğunun (əməliyyat qurğusunun) sadələşməsinə səbəb olur. 


 Kompüterdə mənfi işarəli ədədlərin təsvir edilməsi üçün üç növ kodlardan istifadə edilir: düz, 
əks və tamamlayıcı kodlar. Müsbət işarəli ədədlərin düz, əks və tamamlayıcı kodları bir-birinə 
bərabər olduğundan müsbət işarəli ədədlər düz kodda təsvir edilir.
Müsbət və mənfi işarəli a
i
mərtəbəli ixtiyari ikilik və onluq X = + (- ) a
i, 
a
i-1, ..., 
a
0
ədədinin 
kompüterdə düz, əks və tamamlayıcı kodlarda təsvir edilməsinə baxaq. 
Ədədlərin təbii təsvir formasından fərqli olaraq onların maşın təsvirində bu kodlarda işarəsini 
təsvir etmək üçün ədədin böyük mərtəbəsindən əvvəl onun işarəsi qeyd olunur. Bu zaman müsbət 
işarəsi “0” rəqəmi ilə, mənfi işarəsi isə “1” rəqəmi ilə kodlaşdırılır. 
Müxtəlif işarəli ədədlərin düz, əks və tamamlayıcı kodlarının alınması qaydaları aşağıdakı 
kimidir: 
1. Ədədlərin düz kodda təsviri. 
a). Müsbət işarəli ikilik və onluq ədədlərin düz kodlarını almaq üçün onların işarə mərtəbəsinə 
“0” yazmaq, qalan mərtəbələri isə olduğu kimi saxlamaq lazımdır.
Misal : X= +10101 X= +354 
X
D
= 0.10101 X
D
= 0.354 
İşarə mərtəbəsindən sonra qoyulan nöqtə işarəsi əlavə heç bir məna kəsb etməyir, yalnız işarə 
mərtəbəsini koddan ayırmaq üçün tətbiq edilir. 
b). Mənfi işarəli 2-lik və 10-luq ədədlərin düz kodunu almaq üçün işarə mərtəbəsinə “1” 
yazmaq, qalan mərtəbələri olduğu kimi saxlamaq lazımdır. 
Misal: X= - 10101 X= - 354 
X
D
= 1.10101 X
D
= 1.354 
2. Ədədlərin əks kodda təsviri. 
a). Mənfi işarəli ikilik ədədin əks kodunu almaq üçün onun işarə mərtəbəsinə “1” yazmaq və 
qalan hər bir a

mərtəbəsi əvəzində 
a
i
= ( R-1) - a
i
yazmaq lazımdır 
(R-say sisteminin əsası). Yəni, 0-ların əvəzinə 1və 1-lərin əvəzinə isə 0 yazmaq lazımdır.
Misal:
X= - 11000 
X
Ə
= 1.00111 
b). Mənfi işarəli onluq ədədin əks kodunu almaq üçün onun işarə mərtəbəsinə “1” yazmaq və 
qalan hər bir a

mərtəbəsi əvəzində 
a
i
= R- a
i
yazmaq lazımdır (10-luq ədədin əsası R=9). 
Misal: X= - 548 
X
Ə
=1.451 
3. Ədədlərin tamamlayıcı kodda təsviri. 
Mənfi işarəli ikilik və onluq ədədlərin tamamlayıcı kodda təsvirlərinin alınması iki mərhələdə 
yerinə yetirilır: 
a) əvvəlcə ədədin əks kodunun alınması tələb olunur;
b) daha sonra əks kodda alınmış ədədin ən kiçik mərtəbəsinin üzərinə vahid əlavə etməklə 
ədədin tamamlayıcı kodda təsviri alınır.
Misal: X = -11000 
X = - 326 
X
Ə
= 1.00111
X
Ə 
= 1.673
+ 1
+ 1 
----------------
---------------
X

= 1.01000
X

= 1.674
Deməli, müsbət işarəli ikilik və onluq ədədlərin düz, əks və tamamlayıcı kodları bir-birinə 
bərabərdir. X
D
= X
Ə
=X
T
Düz, əks və tamamlayıcı kodlar haqqında tam təsəvvür əldə edildikdən sonra bu kodların 
köməyilə kompüterdə toplama və çıxma əməllərinin yerinə yetirilməsinə baxmaq olar. Məlumdur 
ki, kompüterdə bütün hesab əməlləri yalnız toplama əməli vasitəsilə reallaşdırılır. Bu baxımdan 
kompüterdə X-Y çıxma əməlinin yerinə yrtirilməsi birbaşa mümkün olmadığından onun toplama 
əməli ilə icrası aşağıdakı kimi ifadə olunmalıdır.
(X-Y) = (X+Y
əks
) = (X+Y
tam
)
Düz, əks və tamamlayıcı kodlarda toplama zamanı mərtəbələr şəbəkəsinin daşması baş verə 
bilər. Müxtəlif işarəli ikilik və onluq ədədlərin cəbri toplanması zamanı daşmanın əlaməti belə 


izah edilir ki, cəmin böyük mərtəbəsinə keçid yaransa da onun işarə mərtəbəsindən keçid olmasın.
Bu cür daşma müsbət daşma kimi qəbul edilir. Cəmin işarə mərtəbəsinə keçid olmadıqda işarə 
mərtəbəsindən isə keçid yarandıqda bu cür daşma mənfi daşma qəbul edilir. Müsbət daşma zamanı 
əməliyyatın nəticəsi müsbət, mənfi daşma zamanı isə əməliyyatın nəticəsi mənfi qəbul edilir.
Əgər həm işarə mərtəbəsinə və həm də işarə mərtəbəsindən keçid yaranarsa, və ya hər iki keçid 
olmadıqda, onda daşma baş verməmişdir kimi qəbul edilir.
Beləliklə, düz, əks və tamamlayıcı kodlardan istifadə etməklə ikilik və onluq ədədlər 
üzərində cəbri toplama əməlinə bir neçə misal üzərində əyani şəkildə baxaq. 
Misal. X = +1010 
X
D
= 0.1010 
Y = +1101 
Y
D
= 0.1101 
---------------- ---------------- 
X+Y = +10111 
X
D
+Y
D
=0.10111
Misaldan göründüyü kimi cəmin işarə mərtəbəsinə keçid yaransa da, işarə mərtəbəsindən keçid 
alınmamışdır. Bu hal müsbət daşmanı göstərir və ona görə də cəmin işarəsi müsbət qəbul edilir. 
Misal . X=+ 0101 X
D
=0.0101
Y= - 1011 
Y
Ə
=1.0100
-------------- ---------------- 
X+Y= - 0110 X
D
+Y
Ə
=1.1001
Burada nə işarə mərtəbəsinə, nə də işarə mərtəbəsindən keçid olmadığı üçün daşma da yoxdur. 
Misal. X= -1010 
X
Ə
=1.0101 
Y= -1101 
Y
Ə
=1.0010 
------------ 
--------------- 
X+Y=-10111 
X
Ə
+Y
Ə
=10.0111 
+

------------------ 
X
Ə
+Y
Ə
= 0.1000 
Burada işarə mərtəbəsinə keçid yoxdur, ancaq işarə mərtəbəsinin özündən keçid yarandığından 
bu mənfi daşmaya uyğundur. Ona görə də cəmin işarəsi mənfi olmalıdır. Ümumiyyətlə
toplananların hər ikisinin işarəsi mənfi olan halda daşma baş verir [2;4;9]. 
Qeyd edək ki, kompüterdə əməliyyatın icrası zamanı mənfi və həm də müsbət daşma 
yarandıqda kompüter öz işini dayandırır və çıxışa daşmanın əlamətini bildirən uyğun məlumat 
verir. 
Misal. X= +0101 
X
D
=0.0101 
Y=- 0011 
Y
Ə
=1.1100 
------------ 
--------------- 
X+Y=+0010 
X
D
+Y
Ə
=10.0001 
+ 1 
-------------------- 
X
D
+Y
Ə
=0.0010 
Bu misalda həm işarə mərtəbəsinə və həm də işarə mərtəbəsindən keçid yaranmışdır ki, bu da 
daşmanın olmadığını göstərən əlamətdir. Deməli, əks kodda toplama zamanı işarə mərtəbəsindən 
keçid yarandıqda, bu keçid mərtəbəsi atılmır və cəmin ən kiçik mərtəbəsinin üzərinə əlavə edilərək 
düzgün nəticə alınır. Buna görə də əks kodda toplamada əməliyyatın yerinə yetirilməsi vaxtı artır.
İkilik və onluq ədədlərin tamalayıcı kodda toplanması qaydası əks kodda toplamadan nisbətən 
fərqlidir. 
Misal. X= - 0,0010 X
T
= 1.1110 
Y= +0,0101 Y

= 0.0101 
----------------- -----------------
X+Y=+01 1 1 X
T
+Y
D
=10.0011 
Tamamlayıcı kodda toplamada işarə mərtəbəsindən keçid yarandıqda əks kodda toplamadan 
fərqli olaraq keçid rəqəmi nəzərə alınmadan atılır. Çünki toplananlar tamamlayıcı kodda təsvir 


olunduqda vahidin əlavə olunması nəzərə alınmışdır. Bu isə tamamlayıcı kodda əməliyyatın yerinə 
yetirilməsi vaxtının azalması kimi izah olunur. 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin