yerinə yetirilməsi.
Personal kompüterlərdə bölmə əməli ardıcıl çıxma və məntiqi sürüşdürmə ilə təşkil olunur.
Çıxma əməli isə xüsusi kodlar (əks və tamamlayıcı kodlar) vasitəsilə toplamaya gətirildiyindən,
bölmə toplama və sürüşdürmə əməlləri ilə icra edilir.
Tutaq ki, kompüterdə Z=x/y bölmə əməli icra edilməlidir.
Kompüterdə bölmə əməlini iki üsulla yerinə yetirmək olar:
1) bölən (y)
sağa sürüşdürülür, bölünən tərpənməz qalır. Bu üsul əllə bölmə üsuluna oxşardır;
2) bölən tərpənməz qalır, bölünən və qismət isə sola sürüşdürülür.
Hər iki üsulla bölmə əməli qalığı bərpa etməklə və bərpa etməməklə aparıla bilər.
Bölən tərpənməz qalan (ikinci üsul) halda qalığı bərpa etməklə bölmənin alqoritminə baxaq.
1.Bölənin sıfır olması yoxlanılır. əgər bölən sıfırdırsa, bölmə dayandırılır.
2.Bölünəndən bölənin kiçik olması yoxlanılır.Yoxlama çıxma əməli vasitəsi ilə aparılır. Əgər
x >1 olarsa, bölmə dayandırılır.
3.Bölən və bölünənin modulu alınır.
4.Qismi qalığın ilkin qiyməti bölünənin böyük mərtəbəsi kimi götürülür.
5.Qismi qalıq bir mərtəbə sola sürüşdürülür, yəni o ikiqat artırılır. Bu sürüşdürmə zamanı qismi
qalığın boşalmış mərtəbəsinə bölünənin növbəti rəqəmi verilir.
6.Sürüşdürülmüş qismi qalıqdan bölən çıxılır və çıxmanın nəticəsində alınmış
işarə analiz
edilir.
7.Əgər bu işarə müsbətdirsə qismətin modulunun növbəti rəqəmi vahid, işarə mənfi olduqda isə
qismətin növbəti rəqəmi sıfır olur. Sonda qalığın qiyməti çıxmaya qədərki qiymətinə bərpa olunur.
8. 5-7-ci bölmələri qismətin modulunun bütün rəqəmləri alınanədək ardıcıl
şəkildə yerinə
yetirilir. Bunu taktlar sayğacına görə aparmaq olar.
9.Əgər bölünən və bölənin işarəsi müxtəlifdirsə, qismətin işarəsi mənfi və əks halda müsbət
götürülməlidir.
Bu üsulun çatışmayan cəhəti qalığın bərpa olunması üçün xüsusi kombinasion sxemlərin
qurulması və buna əlavə vaxtın sərf edilməsidir.
Qalığı bərpa etməməklə bölən tərpənməz qalan halda bölmənin alqoritmi aşağıdakı kimi
olcaqdır:
1-5 bölmələri qalığı bərpa etməklə bölmənin alqoritmində olduğu kimidir.
6.Əgər qismət müsbətdirsə sürüşdürülmüş qismi qalıqdan bölən çıxılır,
qismət mənfi olduqda
isə, sürüşdürülmüş qismi qalıqla bölən toplanır.
7.Əgər bu çıxmanın nəticəsi müsbətdirsə qismətin modulunun növbəti rəqəmi vahd, əks halda
isə sıfır olur.
8-9 bölmələr əvvəlki alqoritmdə olduğu kimidir.
Qalığı bərpa etməməklə bölmənin alqoritminin qraf-sxeminə baxaq. Bu baxımdan
qəbul
edək ki, Z=x/y əməli icra olunmalıdır və x-cəmləyicidə, y-RG1-də yerləşdirilmişdir. Nəticənin (Z-
in) RG2–də yerləşdirilməsi nəzərdə tutulmuşdur. Sabit nöqtəli bölmə qurğusunun struktur sxemi
şəkil 14-də, alqoritmin blok-sxemi isə şəkil 15- də verilmişdir.
Şəkil 14.
Sabit nöqtəli bölmə qurğusu,
struktur sxemi
Şəkil 15. Sabit nöqtəli bölmə alqoritminin
blok-sxemi
Şəkil 16. Sabit nöqtəli ədədlərin
bölünməsi alqoritminin
mikroproqram qraf-sxemi
Dostları ilə paylaş: