Mühazirə Müəllim: dos. İsgəndərzadə H. Q. MÜQƏddimə "Kompüterlərin tətbiqi nəzəriyyəsinin əsasları"


İnformasiyanın təsvir olunma formaları



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix28.05.2022
ölçüsü0,55 Mb.
#59925
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   15
KTNƏ- mühazirə

İnformasiyanın təsvir olunma formaları 
 
İnformasiyanın ötürülməsi, yadda saxlanılması və emalı proseslərinin reallaşdırılması bir-
birindən kəskin fərqlənən iki əsas üsulla aparıla bilər: diskret (rəqəm, kəsilən); kəsilməz (analoq). 
Məlumat, onun daşıdığı mənadan asılı olmayaraq adətən elektrik, səs, işıq, mexaniki və ya digər 
siqnallar vasitəsilə təsvir edilir. Beləliklə, məlumat istənilən tip ilkin siqnalları əks etdirir və 
xassələrinə görə bu ilkin siqnallardan asılıdır. Məhz zamandan asılı olaraq dəyişmə xarakterinə 
görə siqnallar da kəsilməz və diskret olur. Kəsilməz siqnal müəyyən kəsilməz funksiya ilə əks 
etdirilir və fiziki olaraq fasiləsiz dəyişən rəqsi təsvir edir. Diskret siqnal isə sonlu qiymətlər 
çoxluğu ilə xarakterizə olunur.
Kompüterdə yalnız diskret məlumatlar üzərində çevrilmələr aparıldığından kəsilməz məlumat 
diskret məlumata çevrilir. Bunun üçün sonsuz məlumatlar çoxluğundan sonlu sayda elə 
məlumatları seçmək lazım gəlir ki, onlar kafi dərəcədə müəyyən təqribiliklə bütün yerdə 
qalanlarını xarakterizə edə bilsin. Kəsilməz (analoq) prosesi əks etdirən diskret məlumatlar hasil 
olunduqda kvantlama səviyyələri (diskret məlumatlarla təsvir olunan kəsilməz kəmiyyətin 
qiymətləri) və diskretləşdirmə addımı (qonşu kvantlama səviyyələri arasındakı interval) kimi 
parametrlər çox mühüm rol oynayır. Bu parametrlər düzgün seçildikdə qəbul olunan diskret 
məlumatın keyfiyyəti uyğun kəsilməz məlumata nəzərən dolğun alınır. 
Kəsilməz üsulla informasiya müəyyən diapazonda çoxsaylı qiymətlər alan, zamanın hər bir 
anında dəyişə bilən və həqiqi qiymətlər alan müəyyən kəmiyyətlər şəklində, elektrik gərginlikləri, 
elektromaqnit və səs dalğaları və s. kimi təsvir edilir (şəkil 2). 
İnformasiyanın diskret təsvir üsulunda informasiya zamanın yalnız diskret anlarında müəyyən 
təsirə məruz qala bilər, yəni qəbul edilə bilər, emal edilə bilər, ötürülə bilər (şəkil 3). 


Şəkil 2.Analoq siqnal Şəkil 3.Diskret siqnal
Ümumiyyətlə, rəqəm hesablama qurğularında informasiyanın yalnız diskret formada təsviri, 
idarəetmə sistemlə-rində isə informasiyanın həm kəsilməz və həm də diskret formalarda 
təsvirlərindən istifadə olunur. Çox vaxt müəyyən formada (məsələn, kəsilməz funksiya şəklində) 
verilmiş informasiyanı diskret formaya və əksinə çevir-mək lazım gəlir. Bu proses əvvəldə 
dediyimiz kimi kvantlama tezliyi anlayışı ilə izah olunur. 
Məhdud spektrli funksiyalar üçün kvantlama tezliyi Kotelnikovun nəzəriyyəsinə əsasən təyin 
edilir. Kotelnikovun nəzəriyyəsinin mahiyyəti məhdud tezliklər spektrinə malik olan U(t) kəsilməz 
funksiya haqqındadır və bu halda funksiya zamana görə məhdud olmamalıdır. Praktikada isə fiziki 
proseslər məhdud zaman intervalında baş verdiyindən onları təsvir edən funksiyalar məhdud 
zamana (uzunluğa) malik olur. Funksiya məhdud spektrə malik ola bilmədikdə Kotelnikovun 
nəzəriyyəsinə uyğun gəlmədiyindən tətbiq olunmur. Lakin praktiki məqsədlər üçün real spektrin 
eni (tezliklər intervalı) üzərinə müəyyən şərtlər qoyulduqda bu nəzəriyyədən istifadə mümkün 
olur. 
Siqnalların kvantlanması–zamana və səviyyəyə görə aparılır. Zamana görə kvantlamada sonsuz 
böyük sayda qiymətlər alan kəsilməz funksiya sabit və ya dəyişən uzunluqlu intervallarla 
götürülmüş sonlu sayda qiymətlərlə əvəz olunur. t zaman intervalı kvantlama addımı adlanır. 
Rəqəm texnikasında informasiya məhdud mərtəbəliliyə malik olan kodlaşdırılmış siqnallar 
şəklində təsvir edilir. Bundan başqa informasiya rəqəm avtomatına kəsilməz şəkildə deyil, 
müəyyən diskret zaman anında daxil olur. Ona görə də informasiyanın vaxta və səviyyəyə görə 
diskretləşdirilməsi lazımdır. Rəqəm texnikasında analoq siqnallarını diskret siqnallara çevirmək 
üçün analoq-rəqəm çeviricilərindən (modem) və əksinə çevir-mək üçün isə rəqəm-analoq 
çeviricilərindən istifadə edilir. 
Diskret və analoq tipli informasiyalar əsasında qurulmuş maşınlar, yəni, diskret rəqəm 
hesablama maşınları və analoq hesablama maşınları bir-birindən strukturu və iş prinsipi ilə kəskin 
fərqlənir. 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin