Mühazirə Qİda rasionlarinda vitamiNLƏRİn normallaşdirilmasinin elmi Əsaslari plan



Yüklə 30,5 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix02.01.2022
ölçüsü30,5 Mb.
#2158
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
B

1

vitamini və ya tiamin təmizlənməmiş düyüdə, kobud üyüdülmüş

unda, noxudda böyük miqdarda tapılır. Onun çatışmazlığı nəticəsində

insanda qeyri­sağlamlıq, beri­beri və ya qida polinevriti adlanan xəstəlik

baş verir, karbohidratlar orqanizmdə tam mübadilə olunmur, orqanizmin

fiziki qüvvəsi və iştahası azalır, ürəyin və bağırsağın fəaliyyəti pozulur.

Sinirlərdə milen qişası dağılır, uzunsov beyin mərkəzinin hüceyrələri

tələf olur. Ürək fəaliyyətinin çatışmazlığı və diafraqmanın iflici

nəticəsində isə insan ölə bilər.




B

1

­ kükürd saxlayan maddələrə aiddir. Onun çatışmazlığı həm də qanda



piroüzüm və süd turşusunun miqdarını artırır, sinir sisteminin fəaliyyətini

pozur. B


1

avitaminozunda beri­beri xəstəliyi inkişaf edir. Bu isə ayaqda

zəiflik, iştahın pozulmasına, yuxusuzluğa gətirib çıxanr. Onun kişilər

üçün gündəlik tələb olunan miqdarı 1,6­2,2 mq, qadınlar üçün isə orta

hesabla 1,3­1,7 mq­dır.

Qida məhsullarında karbohidratların miqdarı çox olduqca, tiaminə olan

tələ­bat da çoxalır. Mühitin temperaturası aşağı düşdükdə, hamiləlikdə,

fıziki və əsəb gərginliyində B

1

vitamininə olan tələbat artır. Onun miqdarı



pivə mayalarında 0,5 mq%, donuz ətində 0,8mq%, qaraciyərdə 0,37

mq%, ağ çörəkdə 0,15 mq%­ə çatır. Xəmir məmulatlarının bişirilməsi

zamanı, tərkibdə çay (qida) sodası olduğu hallarda qələvi mühit

yarandığından tiamin parçalana bilir.

B

2

vitamini sarı rəngli təbii piqmentdir. O boy artımına təsir göstərir.



Belə ki, fermentlərin tərkibinə daxil olur. Riboflavin (B

2

) zülal



mübadiləsinin düzgün get­məsinə müsbət təsir göstərir. O müxtəlif

oksidazaların tərkibində fəaliyyət göstərir.




B

2

A vitamini ilə və nikotin turşusunun amidi ilə birlikdə gözü



ultra­bənövşəyi şüaların təsirindən qoruyur. B

2

vitamini çatışmazlığında



əzələ zəifliyi, dildə və mədədə xəstəliklər yaranır.

B

2



vitamini və ya riboflavin maya göbələyində, qaramalın qaraciyərində,

böy­rək toxumasında, balıq məhsullarında geniş yayılmışdır. Qidada bu

vitaminin ça­tışmazlığı orqanizmdə bir sıra patoloji dəyişikliklər doğurur.

Xəstədə göz və də­ri­nin zədələnməsi, işıqdan qorxma, göz yaşının

axması, göz büllurunun tutqun­laş­ma­sı, görmənin zəifləməsi, ağız

boşluğunda və qida borusunda yaralar, qan təzyiqinin və bədən

temperaturunun aşağı düşməsi, şüurun itməsi və qıcolma halları baş verir.

İnsan orqanizminin bu vitaminə olan gündəlik tələbatı orta hesabla 2­4

mq təşkil edir. Onun miqdarı ərzaq məhsullarından mayada ­2,4 mq%,

yumurtada ­0,6mq%, yağda ­0,19 mq%, treska balığı ciyərində ­0,35

mq%, pendirdə ­0,43mq%, balıqda 0,08 mq%, soğanda 0,03 mq%­ə çatır.

B

2



­nin bir hissəsi bağırsaq florasının tərkibindən sintez olunur.



Yüklə 30,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin