Mühazirə Qİda rasionlarinda vitamiNLƏRİn normallaşdirilmasinin elmi Əsaslari plan


) Hazır xörəklərin C vitamini aktivliyi və onun



Yüklə 30,5 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix02.01.2022
ölçüsü30,5 Mb.
#2158
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
3) Hazır xörəklərin C vitamini aktivliyi və onun 

yüksəldilməsi yolları.

Yayın axırında və payızda iaşə müəssisələrində 



hazırlanan pəhriz xörəkləri C vitamini aktivliyi 

tələbini ödəyir. Aparılan təcrübələrdən sonra belə 

qərara gəl­miş­lər. Məsələn, avqust ayında 

aparılan tədqiqatlara əsasən, demək olar ki, çox 

geniş çeşiddən ibarət olmayan günorta yeməyi, 

sutkalıq C vitamini miqdarının 40%-ni ödəyə bilir. 

Lakin yazda isə bu tamamilə dəyişir. Məsələn, 

mart ayında eyni çeşiddən olan günorta 

yeməyində cəmi 5 mq askorbin turşusu olur, 

deməli 5-6-7 dəfə az olur. Qışda və yazın ilk 

ayında iaşə müəssisələrində hazırlanan tərəvəz 

xörəklərində C vitamini aktivliyinin dəyişilməsi 

bəzi tərəvəzlərin rasiona ayrı-ayrı fəsillərdə daxil 

olması ilə izah olunur. 




C vitamininin hazır xörəklərdə aşağı düşməsinə 

texnoloji amillər də təsir gös­tərir. Bütün bunlara 

əsasən, demək olar ki, fevral ayından başlayaraq, iaşə 

müəssi­sələrində hazırlanan tərəvəz xörəklərinə C 

vitamininin mənbəyi kimi baxmaq olar.

Hal-hazırda qəti olaraq təyin olunmuşdur ki, 



orqanizmin həyat fəaliyyətini artırmaq, xarici mühitin 

təsirinə qarşı müqavimətini yüksəltmək üçün və habelə



sinqa xəstəliyindən qorumaq üçün ona nəinki minimum 

norma, hətta 2-3 dəfə bundan artıq C vitamini vermək 

lazımdır. Buna görə də iaşə müəssisələri qarşı­sında 

hazır xörəklərin C vitamini aktivliyini artırmaq məsələsi 

durur.



Fəsildən asılı olmayaraq, həmişə çalışmaq lazımdır ki, 



2-3 xörəklərdən ibarət olan günorta yeməyində 50 

mq-dan az askorbin turşusu olmasın.




Buna nail olmaq yollarından birisi askorbin turşusunu parçalayan 

texnoloji tə­sirlərin aşağı salınmasıdır. Xüsusi olaraq, aşağıdakı 

qaydalara riayət etmək lazımdır:

İaşə müəssisələrini həmişə təzə tərəvəzlə təmin etmək lazımdır. 



Tərəvəz gətirdikdə, 1-2 günlük tələbat nəzərdə tutulmalıdır. 

Çünki göyərti qaldıqda, xüsusilə isti yerdə C vitamini parçalanır;

Təmizlənmiş kartofu xörəyə tökülməmişdən əvvəl, mütləq bir az 



əvvəl doğramaq (doğranmış kartofu suda saxladıqda C vitamini 

itkiyə uğrayır) lazımdır;

Duzlanmış kələmi saxladıqda, şoraba onun üzərini örtməli və 



emala götür­dükdə belə, kələmi çox sıx (bağlı) saxlamalı, kələmin 

turşuluğu çox olmamalıdır;

Xörək hazırlanan qabların və pilətəüstü qabların vaxtlı-vaxtında 



qalay­lan­ması həyata keçirilməlidir;

Bişmə vaxtı tərəvəzləri tezliklə qaynama dərəcəsinə çatdırmaq 



lazımdır;

Duru xörək və tərəvəzlər bişirilən vaxt, orada maye çox 



buxarlanma-malıdır, hazır olması üçün lazım olan vaxtdan artıq 

qaynadılmamalıdır;

Tərəvəz həlimlərini duru xörəklərin və sousların hazırlanmasında 



istifadə etmək məqsədəuyğundur;

Tərəvəzli xörəyi o qədər miqdarda hazırlamaq lazımdır ki, onu ən 



qısa müddət ərzində istifadə etmək mümkün olsun;


Qışda və yazın əvvəl aylarında xörəklərdə C vitaminini 

lazımi miqdarda sax­lamaq üçün, onları süni kristal 

şəkildə olan askorbin turşusu ilə zənginləş­dir­mək 

lazımdır. Bundan başqa, duru xörəkləri, kompotları, 

kiselləri vitaminləş­dir­mək lazımdır (müəssisələrdə 

xörəyi paylama yerinə verdikdə qazana C vitamini 

tökürlər).

Onu da qeyd etmək lazımdır ki, vitaminləşdirilmiş 



xörəyi saxladıqda 1 saat­dan sonra 10%, 1,5 saatdan 

sonra isə 17% askorbin turşusu parçalanır. Kompota 

vitamini birdəfəlik (masalara verilən qablara), kiselə isə 

hazırlanıb qurtardıqdan sonra əlavə etmək daha 

məqsədəuyğundur.

Xörəyin C vitamini aktivliyini artırmaq üçün sənaye



tərəfdən itburnudan ha­zırlanan konsentratlardan da

istifadə etmək olar. Lakin bunu elə xörəklərə tökmək

lazımdır ki, orada itburnu olması görünməsin. Bundan

başqa, itburnunun həli­min­dən də istifadə etmək olar. 

Bu həlimi belə hazırlamaq olar: bütöv giləmeyvələrdən

bir xörək qaşığı götürür, üzərinə 1 stəkan su tökür və



10 dəqiqə ərzində



Yüklə 30,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin