C
vitamini
və
ya
askorbin
türşusu
bitkilərdə,
xüsusilə
də
giləmeyvələrdə, itburnuda, limonda, kələmdə çoxdur. C avitaminozu
zamanı insanda skorbut və ya sinqa adlanan xəstəlik baş verir. Bədənin
ümumi
zəifliyi,
təngənəfəslik,
ürək
fəaliyyətinin
artması,
qan
damarlarının zəifləməsi, qan sızmaları, damaqda iltihab və qansızılma
halları desnaların çürüməsi və laxlaması, daxili orqanlarda pozğunluqlar
C avitaminozu üçün xarakterik olan simptomlardır. İnsan orqanizminin
bu vitaminə olan gündəlik tələbatı 50100 mqa çatır.
Askorbin turşusu oksigenin müxtəlif radikal formaları ilə qarşılıqlı
əlaqəyə girib orqanizmə radioprotektor təsiri göstərir. Onun çatışmazlıği
orqanizmin təbii bioloji müdafıə sisteminin aktivliyinin aşağı düşməsinə
gətirib çıxarır. Bununla da onun ətraf mühitin zərərli təsirinə qarşı
müqaviməti azalır və xəstəliklərin artmasına səbəb olur. Ona görə də son
illər əhalinin “Bafıvitl”, “Vitus1” kimi həblər şəklində (tabletlər)
polivitamin kompleksləri ilə təminatı məsələsinə xüsusi fikir verilir.
Bunların tərkibində C vitamini ilə yanaşı vitamin A, B
1
, B
2
, pantoten
turşusu, B
6
, B
12
, E, PP kimi vitaminlər də vardır ki, onlar da aktiv
inqredientlər rolunu oynayırlar.
Dostları ilə paylaş: |