Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri



Yüklə 0,68 Mb.
səhifə2/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   25
Betonlar

§ 3. Adi beton və onda işlədilən materiallar


1. Sement


Betonların hazırlanmasında əsas materiallardan biri se­ment­dir. Onun se­çilməsi betona dair tələblər: möhkəmlik, şaxta­ya­da­vam­lılıq, su­ke­çir­məz­lik, kimyəvi davamlılıq və s. nəzərə alın­maq­la hə­yata keçirilməlidir.


Beton və dəmir-beton konstruksiyaların hazırlanmasında adi portlandsement daha geniş tət­biq edilir. Sistematik ola­raq don­­­ma və donuaçılma, nəmlənmə və qu­­ruma təsirlərinə məruz qa­lan kon­struksiyaların hazırlan­ma­sın­da plas­tikləşdirilmiş və hidro­fob se­ment­lə­rin tətbiqi da­ha səmərəlidir.
Şaxtayadavamlı və sulfat korroziyasına məruz qalan be­ton­la­­rın ha­zır­lan­masında sulfatadavamlı portlandsementdən is­ti­fa­­də et­mək məqsədə uy­ğun­­­dur. Sualtı və yeraltı konstruksiyaların ha­­zır­lanmasında posalı port­land­se­mentdən istifadə etmək məs­lə­­hət gö­rülür.
Tələb olunan möhkəmlikli beton alınmasında sementin möh­kəmlik sinfinin düz­gün seçilməsi mühüm rol oynayır. Ən az se­ment iş­lət­məklə tələb olunan möh­kəmlikli beton hazırlamaq üçün semen­tin möhkəmliyi betonun sıxılmada la­yihələndirilən möh­kəm­li­yin­dən 1,52 dəfə çox olmalıdır. Aşağı möhkəmlikli be­tonl­arın ha­zır­lan­ma­­sın­da yük­sək markalı sementlərdən istifadə et­dik­də se­mentə na­rın üyü­­dül­müş aktiv yaxud inert əlavələr (əhəng­daşı, posa, kül və s.) qatıl­ma­lı­dır.

2. Su


Betonun hazırlanmasında içməli sudan, habelə hidrogen gös­təricisi (pH) 4-dən çox olan istənilən sudan istifadə edilir.


Betonda işlədiləcək suyun keyfiyyəti mütləq qabaqcadan öy­rə­­­nil­mə­li­dir. Suda zərərli qatqılar, məsələn, turşular, sul­fat­lar, bit­­ki yağları, şəkər və müxtəlif növlü başqa üzvi maddələr ol­ma­ma­­lı­dır. Suda həmin qatqıların ol­ması kimyəvi analiz va­si­təsilə müəy­­yən edilməli və onların miqdarı 20 mq/l-dən çox ol­ma­malıdır.
Suyun tərkibində sulfatların miqdarı 2700 mq/l-dən, bütün duzların miq­darı isə 5000 mq/l-dən çox olmamalıdır.
Suyun keyfiyyəti məlum olmadıqda müqayisəli sınaq apa­rıl­ma­lıdır. Bu məqsədlə adi su kəməri suyu ilə və keyfiyyəti məlum ol­mayan su ilə be­ton nümunələr hazırlanır. Həmin nümunələri 28 gün nəm şəraitdə sax­la­dıq­dan sonra sınayır və nümunələrin möh­kəm­­liklərinə əsasən keyfiyyəti məlum ol­mayan suyun beton üçün ya­­rar­lığı müəyyən edilir.
Betonu sulamaq üçün (isti aylarda) onun hazırlanmasında iş­­lə­dilən su­dan istifadə etmək lazımdır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin