Şəkil 6.4. Sadə üsulla beton qarışığının bərkliyinin təyini:
a cihazın ümumi görünüşü; b beton qarışığı (vibrasiyadan əvvəl)
c beton qarışığı (vibrasiyadan sonra); 1 konus; 2 kub qəlib; 3 beton qarışığı; 4 vibrasiya meydançası
Beton qarışığının standart cihaz vasitəsilə təyin edilən bərklik göstəricisi sadə üsulla təyin edilən bərklik göstəricisindən təxminən 1,52 dəfə az olur.
Beton qarışığının bərklik göstəricilərinə görə təsnifatı cədvəl 6.3-də verilmişdir.
Cədvəl 6.3. Beton qarışıqlarının təsnifatı
Beton qarışığı
|
Axarlıq, sm
|
Bərklik,
san
|
Beton qarışığı
|
Axarlıq,
sm
|
Bərklik,
san
|
Çox bərk
|
0
|
30-dan çox
|
Az axarlı
|
1-4
|
|
Bərk
|
0
|
530
|
Axarlı
|
4-15
|
|
|
|
|
Duru
|
15-dən çox
|
|
Bərk beton qarışığı nəmliyinə görə nəm torpağı xatırladır. Belə beton qarışığını ancaq uzun müddət vibrasiya, mexaniki toxaclama, yayma və s. üsullarla sıxlaşdırmaq mümkündür. Bərk beton qarışığı zavod və poliqonlarda yığma dəmir-beton konstruksiyalar hazırladıqda tətbiq edilir.
Axarlı beton qarışığı xəmir kimi beton kütləsidir. Onu vibrasiya, əl ilə toxaclamaqla, süngüləməklə və s. üsullarla sıxlaşdırmaq olar. Beton və dəmir-beton konstruksiyalarını betonlamaq üçün axarlı beton qarışığından istifadə olunur.
Betonqarışığının axarlığı doldurucuların dənələrinin iriliyindən xeyli dərəcədə asılıdır. Doldurucuların dənələrinin iriliyi artdıqca onların səthləri cəmi azalır, axarlıq isə artır. Doldurucularda toz, gil və digər qatışıqların olması da beton qarışığının axarlığını azaldır.
Beton qarışığına plastikləşdirici maddələr əlavə etməklə onun axarlığını istənilən qədər artırmaq mümkündür.
Dostları ilə paylaş: |