Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri


Şəkil 6.2. Standart konus vasitəsilə beton qarışığının axarlığının təyini



Yüklə 0,68 Mb.
səhifə8/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
Betonlar

Şəkil 6.2. Standart konus vasitəsilə beton qarışığının axarlığının təyini:
a  konusun ümumi görünüşü; beton qarışığı: b  bərk;
c  az axarlı; ç  axarlı; d  çox axarlı və duru

Konusun çökməsindən asılı olaraq beton qarışığının aşağı­da­kı növləri vardır: az axarlı (konusun çökməsi 14 sm), axarlı (511 sm), çox axarlı 1219 sm) və duru (20 sm-dən çox). Beton qarışığında suyun miqdarı az olduqda konusun çökməsi sıfır olur, yəni beton qarışığı çökmür. Bu cür qarı­şı­ğa bərk beton qarışığı deyilir.


İri doldurucunun ən böyük iriliyi 40 mm-ə qədər olduqda beton qarışığının bərkliyini təyin etmək üçün xüsusi cihaz­dan is­tifadə edilir (şəkil 6.3).





Şəkil 6.3. Beton qarışığının bərkliyini təyin etmək üçün standart cihaz:
1  qəlib; 2  konusu bərkitmək üçün dayaqlar; 3  konus; 4  qıf;
5  ştanq; 6  istiqamətləndirici; 7  oymaq; 8  lövhə; 9  ştativ; 10  sıxac

Cihaz vibrasiya stolunun üstünə qoyulur və ona möhkəm bərkidilir. Sonra silindrik qabın içərisinə standart kəsik konus qo­yu­lur və dayaqlar vasitəsilə qaba bərkidilir. Konusa qıf taxıldıq­dan sonra onu üç dəfəyə beton qarışığı ilə doldurur və hər beton qa­rışığı təbəqəsini metal çubuqla 25 dəfə süngüləyirlər. Sonra ko­nu­su şaquli istiqamətdə çıxarır, ştativi döndərərək diski qə­lib­lən­miş beton qarışığının üstünə ehmalca endirir və vint vasitəsilə şta­ti­vi bərkidirlər. Bundan sonra vibrasiya stolunu və saniyəölçəni ey­ni zamanda işə salır, beton qarışığının sıxlaşmasını və üfqi vəziy­yə­tə düşməsini müşahidə edirlər. Sement xəmiri diskin istənilən iki de­şiyindən çıxana qədər beton qarışığının vibrasiya edilməsi da­vam etdirilir. Vibrasiya stolunun işə salınmasından dayan­dırıl­ma­sı­na qədər keçən vaxt (saniyə ilə) beton qarışığının bərklik göstə­ri­ci­si olacaqdır.


İri doldurucunun ən böyük iriliyi 40 mm-dən çox olduqda beton qarışığının bərkliyini təyin etmək üçün daha sadə üsuldan is­­tifadə edilir. Bu məqsədlə standart konus 200200200 mm ölçülü metal kub formanın içərisinə qo­yu­lur. Bunun üçün ko­nu­sun aşağısından çıxıntılar götürülür və qəli­bə girmək üçün aşağı dia­metri azacıq azaldılır. Konus ilə metal for­ma vibrasiya stolunun üs­tünə qoyulur, adi qayda ilə üç dəfəyə be­­ton qarışığı ilə dol­du­ru­lur və konusu çıxardaraq beton qa­rı­şı­ğı­nın çökməsi ölçülür. Bun­dan sonra beton qarışığı qəlibi doldurana və üzü tamamilə üfqi və­ziy­yətə düşənə qədər vibrasiya etdirilir (şəkil 6.4).






Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin