Cədvəl 6. 2. Çınqılın dənəli tərkibi.
Ələk deşiklərinin ölçüləri, mm
|
d
|
0,5(d+D)
|
D
|
1,25D
|
Ələklərdəki tam qalıq, kütləyə
görə, %
|
90100
|
3080
|
010
|
0
|
Tərkibində kifayət qədər xırda və orta dənələr olan iri dənəli çınqıl beton üçün əlverişli hesab edilir. Belə çınqılın dənələrinin səthləri cəmi az olur və həmin səthləri örtmək üçün az sement işlədilir.
Qırmadaş. Süxurların və ya süni daşların qırılmasından alınan, dənələrinin ölçüləri 5 mm-dən 70 mm-ə qədər və bəzən 150 mm-ə qədər olan daş parçalarına qırmadaş deyilir. Adətən, beton hazırlamaq üçün təbii daşların sıx süxurların qırılmasından və süni daşların posaların, kərpic parçalarının xırdalanmasından alınan qırmadaş işlədilir.
Təbii daşlardan hazırlanan qırmadaş. Bu növ qırmadaş sıxılmada möhkəmlik həddi 20320 MPa olan süxurların daşqıran maşınlarda xırdalanmasından alınır. Xırdalanma zamanı qırmadaşla bərabər müəyyən miqdar qum və toz da alınır.
Qırmadaşın hazırlanmasında püskürülmüş (qranit, diabaz və s.), sıx çöküntü (əhəngdaşı, dolomit, qumdaşı) və metamorfik (kvarsit) süxurlar tətbiq edilir.
Dənəli tərkibinə, möhkəmliyinə və şaxtayadavamlılığına görə qırmadaşa dair tələblər eyni ilə çınqılda olduğu kimidir. Qırmadaş çınqıla nisbətən təmiz və onda, adətən, üzvü qatışıqlar olmur.
Adi betonun hazırlanmasına möhkəmliyi betonun tələb olunan möhkəmliyindən yüksək olan dağ süxurlarının qırmadaşı işlədilməlidir. Yəni, ilkin dağ süxurunun möhkəmliyi (su ilə doymuş halda) 300 və daha yüksək markalı betonlarda Rq.d >2, aşağı markalı betonlarda isə Rq.d >1,5.
Dostları ilə paylaş: |