§ 7. Beton qarışığının hazırlanması və daşınması
Beton qarışığının hazırlanması. Beton qarışığının hazırlanması iki əsas texnoloci əməliyyatdan ibarətdir: ilkin materialların dozalanması və onların qarışdırılması.
Tələb olunan xassəli beton qarışığının hazırlanmasının ən mühüm şərti onu təşkil edən materialların dəqiq dozalanmasıdır (ölçülüb götürülməsidir). Materialların dozalanması dövri yaxud fasiləsiz işləyən dozatorlar vasitəsilə aparılır. Dövri işləyən dozatorlar əl ilə yaxud avtomatik idarə olunur. Avtomatik dozatorlar materialları kütləyə görə dozalayır və onlar asan idarə olunur.
Beton qarışığının qarışdırılması betonqarışdırıcılarda aparılır. Betonqarışdırıcılar dövri və fasiləsiz işləyən olur.
Materialların qarışdırılma üsuluna görə iki cür betonqarışdırıcılar vardır: məcburi (materialları məcburi surətdə qarışdırılan) və qravitasiyalı (materialları sərbəst düşməklə qarışdırılan) betonqarışdırıcılar (şəkil 6.5).
Şəkil 6.5. Qravitasiyalı betonqarışdırıcı:
a ümumi görünüş; b barabanın sxemi: 1 gövdə; 2,3 pərlər;
oxlar beton qarışığının qarışdırılmasını göstərir
Qravitasiyalı betonqarışdırıcılarda baraban, ona daxildən bərkidilmiş pərlərlə birlikdə fırlanır. Baraban fırlanan zaman pərlər beton qarışığının materiallarını yuxarı qaldırır və müəyyən hündürlüyə çatandan sonra həmin materiallar öz ağırlığı nəticəsində aşağı düşərək qarışır. Bu cür betonqarışdırıcıların tutumu 100, 250, 425, 1200, 2400, 4500 l və daha çox olur. Betonqarışdırıcının tutumu hazır beton qarışığının həcmi ilə deyil, yüklənən materialların (sudan başqa) həcmləri cəmi ilə müəyyən edilir.
Məcburi betonqarışdırıcılarda baraban sabit (hərəkətsiz), üzərinə pərlər bərkidilmiş val isə fırlanan olur və materialları qarışdırır. Bu cür betonqarışdırıcılarla bərk beton qarışıqları hazırlanır. Onların tutumu 250, 500, və 1000 l olur.
Avtomatlaşdırılmış beton zavodlarında fasiləsiz işləyən betonqarışdırıcılar tətbiq edilir.
Beton qarışığının daşınması. Beton qarışığının təyinat yerinə daşınması zamanı onun bircinsliyi və axarlığı qorunub saxla- nılmalıdır.
Beton qarışığının nəql olunma üsulunu seçdikdə daşınma uzaqlığı və sürəti, qarışığın axarlığı nəzərə alınmalıdır.
Beton işləri aparılan inşaat meydançalarına beton qarışığı avtobetonqarışdırıcılarla (mikserlərlə) daşınır.
Beton qarışığının maksimal daşınma müddəti işlədilən sementin tutma müddətindən, havanın temperaturundan, nəqliyyat vasitələrinin növündən, yol örtüyünün tipindən asılı olaraq müəyyən edilir. Adətən, beton qarışığının temperaturu 2030 0C olduqda daşınma müddəti 45 dəqiqədən, 1020 0C olduqda 90 dəqiqədən, 510 0C olduqda isə 120 dəqiqədən çox olmamalıdır.
Quru komponentlərdən ibarət olan beton qarışığını uzun müddət daşımaq olar. Bu cür quru qarışığı bilavasitə iş yerində su ilə qarışdıraraq beton qarışığı hazırlanır.
Dostları ilə paylaş: |