Vakuumlama. Beton qarışığını hazırlayan zaman, eləcə də onu qəlibə qoyduqda qarışığa hava daxil olur. Vakuumlama prosesində (80 kPa-a qədər seyrəklik yaradılan zaman) beton qarışığından hava və suyun bir hissəsi kənar edilir və atmosfer təzyiqi altında sıxlaşır. Artıq suyun kənar edilməsi betonun bərkimə müddətini azaldır və ayrı-ayrı hallarda məmulatı dərhal qəlibdən çıxarmaq mümkün olur.
Betona qulluq edilməsi.Betonda sement daşı bərkidikcə o, möhkəmliyini tədricən artırır. Bərkimənin ilkin dövründə betonun möhkəmliyi intensiv gedir, sonra isə tədricən azalır. Möhkəmliyin artma sürəti temperatur və mühitdən əhəmiyyətli dərəcədə asılıdır. Betonun bərkiməsi üçün normal şərait 202 0C temperatur və 90100% nisbi nəmlikli hava hesab edilir. Temperatur 7090 0C-yə qədər artdıqda və yüksək nəmlik şəraitində betonun möhkəmliyi intensiv artır. Sıfra yaxın temperaturda betonun möhkəmliyinin artması dayanır. Betonun möhkəmliyinin artması üçün əsas şərt nəmlikdir. Beton nəm mühitdə havaya nisbətən daha çox möhkəmlik əldə edir. Möhkəmliyin artması sementin növündən də asılıdır.
Yaxşı keyfiyyətli beton almaqdan ötrü ona bərkimə zamanı lazımi qulluq edilməlidir. Bu məqsədlə yayda beton qarışığını qəlibə qoyduqdan sonra onun səthini qurumaqdan və birinci bərkimə saatlarında yağışın yumasından mühafizə etmək lazımdır. Bu məqsədlə konstruksiyanı betonladıqdan sonra onun üfüqi səthini xüsusi sukeçirməyən pərdə ilə örtür, 5 sm qalınlıqda qum qatı səpilir və su ilə nəmləndirilir.
Betonun nəmləndirilmə müddəti havanın temperaturundan asılıdır. Havanın temperaturu yüksək və külək güclü olduqca, betonu birinci günlər daha çox (gündə 3 dəfə) nəmləmək lazımdır. Havanın temperaturu 15 0C-dən yüksək olduqda onu 15 gün, 1015 0C olduqda isə 10 gün nəmləmək lazımdır.
Soyuq günlərdə betonun bərkiməsinin yavaşımaması üçün onu soyumaqdan da mühafizə etmək tədbirləri görülməlidir.
Betonun keyfiyyətinə nəzarət.Beton işləri apardıqda onun keyfiyyətinə müntəzəm surətdə nəzarət etmək lazımdır.
Konstruksiyada betonun möhkəmliyinə və keyfiyyətinə nəzarət etmək üçün ultrasəs üsulu geniş miqyasda tətbiq edilir. Betonun daxilində olan nöqsanları (çatları, boşluqları və s.) meydana çıxarmaq üçün akustik cihazlardan istifadə edilir..
Betonun möhkəmliyini konstruksiyanı dağıtmadan mexaniki üsulla da təyin etmək olur. Bunun üçün metal kürənin betonun səthində açdığı oyuğun dərinliyi ilə betonun möhkəmliyi arasındakı asılılıqdan istifadə edilir.