Cədvəl 6.5. Beton qarışığının su tələbatı
Beton qarışığının
|
Doldurucuların mm-lə ən böyük iriliyinə (D)
uyğun suyun miqdarı, l
|
plastikliyi, sm
|
bərkliyi, san.
|
Çınqıl
|
Qırmadaş
|
10
|
20
|
40
|
70
|
10
|
20
|
40
|
70
|
|
31
|
150
|
135
|
125
|
120
|
160
|
150
|
135
|
130
|
|
3021
|
160
|
145
|
130
|
125
|
170
|
160
|
145
|
140
|
|
2031
|
165
|
150
|
135
|
130
|
175
|
165
|
150
|
145
|
|
105
|
175
|
160
|
145
|
140
|
185
|
175
|
160
|
155
|
14
|
|
190
|
175
|
160
|
155
|
200
|
190
|
175
|
170
|
59
|
|
200
|
185
|
170
|
165
|
210
|
200
|
185
|
180
|
1012
|
|
215
|
205
|
190
|
180
|
225
|
215
|
200
|
190
|
1216
|
|
220
|
210
|
205
|
185
|
230
|
220
|
215
|
195
|
Qeyd: 1. Cədvəldəki suyun miqdarı xəmirinin normal qatılığı 26-28 % olan portlandsementdən və irilik modulu Mi = 2,0 olan qumdan hazırlanan beton qarışığı üçün tərtib edilmişdir
2. Sement xəmirinin normal qatılığının hər azalan faizi üçün suyun miqdarı 3-5 l azaldılır, hər artan faizi üçün isə 3-5 l artırılır.
3.Qumun irilik modulunun hər azalan 0,5 qiyməti üçün suyun miqdarı 3-5 artırılır, hər artan 0,5 qiyməti üçün isə 3-5 l azaldılır.
Sementin miqdarının təyini. Sement-su nisbətinə və suyun miqdarına əsasən 1 m3 betona sərf olunan sementin miqdarı aşağıdakı düsturla hesablanır:
1 m3 beton üçün hesablanmış sementin miqdarı konstruksiyanın növünə görə müəyyən edilmiş sementin miqdarından az olmamalıdır. Əgər sementin hesablanmış qiyməti yol verilən qiymətdən az olarsa, onda sementin miqdarı normaya çatdırılır, ya da narın üyüdülmüş əlavələr qatılır.
Doldurucuların miqdarının təyini. Qumun və çınqılın (qırmadaşın) miqdarını təyin etmək üçün iki şərtdən istifadə edilir:
1) betona sərf olunan materialların mütləq həcmləri cəminin 1 m3 (1000 l) sıxlaşdırılmış beton qarışığına bərabərdir:
burada Sem, Su, Q, İ.D 1 m3 beton qarışığında sementin, suyun, qumun və iri doldurucunun (çınqılın yaxud qırmadaşın) miqdarı, kq; sem, su, q, i.d sementin, suyun, qumun, iri doldurucunun həqiqi sıxlıqlarıdır, kq/m3.
2) sement-qum məhlulu iri doldurucu dənələrini bir qədər ayırmaqla onların boşluqlarını doldurur:
burada vb iri doldurucunun boşluğu (düstura nisbi qiyməti qoyulur); iri doldurucu dənələrinin ayrılma əmsalıdır. Bərk beton qarışığı üçün = 1,05 1,20, axarlı beton qarışığı üçün isə = 1,2 1,4; tİ.D iri doldurucunun tökmə sıxlı- ğıdır, kq/m3.
Yuxarıda qeyd edilən iki bərabərliyi birlikdə həll edərək, iri doldurucunun miqdarını tapırıq:
.
İri doldurucunun miqdarını təyin etdikdən sonra 1 m3 betona sərf olunan qumun kq-la miqdarı, betonun mütləq həcmi ilə sement, su və iri doldurucu həcmləri cəminin fərqi kimi müəyyən edilir:
Beton qarışığının axarlığının yoxlanması. Beton tərkibini hesabladıqdan sonra sınaq yoğuruşu hazırlanır və beton qarışığının axarlığı (konusun çökməsi) yaxud bərkliyi təyin edilir. Beton qarışığının axarlığı az alınarsa sement-su nisbətini dəyişmədən sement və suyun miqdarını müəyyən qədər artırırlar. Axarlıq tələb olunandan çox olarsa, kiçik hissələrlə qum və iri doldurucu əlavə edilir (qum-iri doldurucu nisbətini sabit saxlamaq şərti ilə).
Betonun hesablanmış tərkibinin dəqiqləşdirilməsi. Sınaq yoğuruşu hazırlamaqla betonun hesablanmış tərkibi dəqiqləşdirilir. Bunun üçün sement-su nisbətinin üç müxtəlif qiymətinə uyğun beton qarışığı hazırlanır. Qarışıqların birində sement-su nisbətinin qiyməti hesablanmış qiymətə bərabər, digər iki qarışıqda isə hesablanmış qiymətdən 1020% çox və az olmaqla götürülür. Sement-su nisbəti hesablanmış qiymətə bərabər olmayan betonlar üçün sementin, suyun, qumun və iri doldurucunun miqdarları yuxarıda göstərilən hesablama yolu ilə müəyyən edilir. Alınmış qarışıqların hər birindən 150150150 mm ölçülü kub nümunələr hazırlanır və normal şəraitdə 28 gün saxlanıldıqdan sonra sınanılır.
Sınaq nəticələrinə əsasən betonun möhkəmliyinin sement-su nisbətindən olan asılılıq qrafiki qurulur və bu qrafik vasitəsilə tələb olunan markalı (sinifli) beton alınmasını təmin edən sement-su nisbətinin qiyməti seçilir.
Beton qarışığının nominal tərkibinin istehsalat tərkibinə çevrilməsi. Beton tərkibini hesabladıqda materiallar quru halda nəzərdə tutulur. Lakin istehsalatda materiallar (sementdən başqa) müəyyən nəmliyə malik olur. Odur ki, nominal tərkibdən istehsalat tərkibinə keçmək üçün doldurucuların nəmliyinə müvafiq onlardakı suyun miqdarı tapılır, tapılmış suyun miqdarını betonun nominal tərkibi üçün müəyyən edilmiş suyun miqdarından çıxırlar. Doldurucuların miqdarını isə onların nəmliklərinə uyğun artırırlar. Son nəticədə betonun nominal və istehsalat tərkiblərinin kütlələrinin cəmi bərabər olmalıdır.
Betonun çıxımı. Beton qarışığını qarışdıran zaman qum iri dənələr arasındakı boşluqları, sement hissəcikləri isə qumun dənələri arasındakı boşluqları doldurur. Buna görə beton qarışığının həcmi (Vb.q) istifadə olunan materialların həcmləri cəmindən az olacaqdır.
Beton qarışığı həcminin onu təşkil edən materialların (sudan başqa) həcmləri cəminə olan nisbətinə betonun çıxım əmsalı deyilir:
Burada Vsem, Vq və Vİ.D sementin, qumun və iri doldurucunun tökmə həcmləridir. Vsem = Sem/tsem, Vq = Q/tq və Vİ.D = İ.D/ti.D.
Çıxım əmsalının qiyməti betonun tərkibindən və onda istifadə olunan materialların xassələrindən asılı olaraq 0,55-dən 0,75-ə qədər dəyişir.
Çıxım əmsalının () qiymətindən istifadə edərək tutumu V olan betonqarışdırıcının bir yoğuruşuna işlənən materialların sərfi hesablanır:
burada SemV, SuV, QV və İ.DV tutumu V olan betonqarışdırıcının bir yoğuruşuna sərf olunan sement, su, qum və iri doldurucunun miqdarı, kq; Sem, Su, Q və İ.D 1 m3 beton qarışığına sərf olunan sement, su, qum və iri doldurucunun miqdarı, kq; çıxım əmsalıdır.
Dostları ilə paylaş: |