Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri



Yüklə 0,68 Mb.
səhifə1/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   25
Betonlar


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Mühəndislik Universiteti

“Memarlıq və İnşaat” fakültəsi


“İnşaat mühəndisliyi” kafedrası
Fənnin adı: İnşaat materialları
Mövzu: Betonlar
Mühazirəçi: Magistr M.A. Babayeva
MÜHAZİRƏNİN PLANI
1. Adi beton və onun xassələri
2. Beton tərkibinin layihələndirilməsi
3. Yüngül betonlar
Ə D Ə B İ Y Y A T:
1. Ağabəyli N.M. İnşaat materialları və məmulatları, B. 2011
2. Комар А.Г., Баженов Ю.М.. Сулименко Л.М. Тех­но­ло­гия производства строительных материалов. М., 1990.
Fakültənin elmi-metodiki
şurasında təsdiq olunmuşdur.
Protokol № , __ yanvar 2012-ci il.
BAKI - 2019
§ 1. Ümumi məlumat

Müəyyən nisbətdə seçilib-götürülmüş yapışdırıcı maddə, su, xırda və iri doldurucuların mükəmməl surətdə qarı­ş­dı­rıl­ma­sın­dan alı­nan qarışığa be­ton qarışığı, həmin qarışığın bərkiməsindən alı­­nan süni daş materialına isə be­­ton deyi­lir. İçərisində polad ar­ma­tur olan betona dəmir-beton deyilir.


Betonda yapışdırıcı maddə ilə su arasında reaksiyalar get­di­yin­dən se­ment daşı əmələ gəlir və doldurucuları bir-biri ilə bir­lə­ş­di­rir. Buna görə ya­pış­dırıcı maddə ilə suya aktiv ma­teriallar deyi­lir.
Doldurucuların hazırlanmasında yerli dağ süxurlarından və sə­naye tul­lantılarından istifadə olunur və buna görə beton ucuz ba­şa gəlir. Belə ki, be­tonda kütləyə görə yalnız 10-15 % ya­pış­dırıcı mad­də, yəni sement, 85-90 % ­isə su və doldurucu olur.


§ 2. Betonların təsnifatı və onlara dair tələblər


Betonların təsnifatı. Betonları müxtəlif əlamətlərinə gö­rə si­nif­lərə bö­­lürlər: sıxlığına, doldurucuların iriliyinə, ya­pış­dırıcı mad­də­nin növünə, tə­­yi­natına və s. Bunların ən mü­hü­mü betonun sıx­lı­ğı­dır. Betonun möh­kəm­li­­yi, şax­ta­ya­davam­lı­lı­ğı, istilikkeçirməsi və di­gər xassələri onun sıxlığı ilə sıx əla­­qədardır.
Sıxlığına görə betonların aşağıdakı növləri vardır:
1. Çox ağır beton. Belə betonun sıxlığı 2500 kq/m3-dan çox olur və on­­da doldurucu kimi polad yonqarı, dəmir filizi yaxud ba­­­rit işlədilir. Bu cür be­­tondan xüsusi konstruksiyalarda isti­fa­də edi­lir.

  1. Ağır (adi) beton. Bu betonun sıxlığı 21002500 kq/m3 olur. Be­ton­­da doldurucu kimi sıx dağ süxurlarından olan qum, çın­­­qıl və qırmadaş iş­lə­­dilir. Adi beton inşaat işlərində ən çox isti­fa­də edilən betondur.

3. Yüngülləşdirilmiş beton. Onun sıxlığı 18002100 kq/m3 olur. Be­­lə betonda doldurucu olaraq, sıxlığı 16001900 kq/m3 olan dağ sü­xur­la­rı­­nın xırdalanmasından alınan qırma­daş­dan istifadə edi­­lir. Qumsuz beton, yə­­ni tərkibi yapışdırıcı mad­də, su və iri dol­du­­rucudan ibarət olan iriboşluqlu be­­ton da yün­gülləşdirilmiş be­to­na aid edilir.
4. Yüngül beton. Bunun sıxlığı 12001800 kq/m3 olur. Bu cür be­ton məsaməli dolduruculardan (süngər, vulkan tufları, po­sa və s.) hazırlanır.
5.Çox yüngül beton. Bu betonun sıxlığı 1200 kq/m3-dan az, ək­sər hal­­larda, 500800 kq/m3 olur. Belə betonda doldurucu (qum) ya olmur, ya da çox az olur. Betonun yüngül olması üçün onda xüsusi üsul­larla məsa­mə­­lər yaradılır, məs., qazlı beton və s.
Doldurucunun iriliyinə görə betonlar xırdadənəli və iri­də­nə­li olur. Xırdadənəli betonlarda doldurucunun ən böyük iri­liyi 10 mm-dən az, iri­dənəli betonda isə 10 mm-dən çox olur.
Yapışdırıcı maddənin növündən asılı olaraq sement-be­ton, silikat-be­ton, gips-beton, polimer-beton, poli­mer-­­se­ment­-be­ton və s. vardır.
Sement-beton müxtəlif növ sementlərdən hazırlanır. Port­­landsement və onun müxtəlif növlərindən, eləcə də posalı port­landsement və putsolanlı se­mentdən hazırlanan betonlar ge­niş tət­biq edilməkdədir.
Silikat-beton əhəng əsasında hazırlanır və hazırlanmış ma­te­rial və mə­mulatlar avtoklav üsulu ilə bərkiyir.
Gips-beton gips yapışdırıcı maddələr əsasında hazır­la­nır. Bu beton da­xili arakəsmələrdə, asma tavanlarda və bina­la­rın digər bəzək ele­ment­lə­ri­nin hazırlanmasında tətbiq edilir.
Polimer-betonda yapışdırıcı maddə olaraq po­li­mer­lər­­dən istifadə edi­lir. Polimerlərin əsasını qatranlar (poliefir, epok­sid, karbamid və s.) və mo­no­merlər (furfurolaseton və s.) təş­kil edir və onlar betonda xüsusi əlavələrin kö­məyi ilə bər­ki­­yir. Bu cür beton­lar aqressiv mühit olan yerlərdə tətbiq edi­lir.
Polimer-sement-beton qarışıq yapışdırıcı maddə — se­ment və polimer əsa­sında hazırlanır. Polimer kimi suda həll­olan qatran­dan və lateksdən isti­fa­də edilir.
Tətbiq sahəsinə görə aşağıdakı betonlar vardır.
Adi beton  sənaye, ictimai və yaşayış binalarının də­mir-beton kon­struk­siyalarında işlədilir, məsələn, bü­növ­rə­lə­rin, sütun­la­rın, tirlərin, fer­ma­la­rın, tağtavanların və s. bina his­­sələrinin ha­zır­lanmasında.
Hidrotexniki beton  hidrotexniki tikililərin bənd­lə­rin­də, şlüz­lərdə, ka­nalların üzlənməsində və bu kimi kon­struk­si­yaların ha­zırlanmasında tət­biq edilir.
Döşəmə, yol və təyyarə meydançası örtükləri üçün beton.
Odadavavmlı beton  bəzi sobaların füterlənməsində (da­xi­l­dən üz­lən­məsində) istifadə olunur.
Turşuyadavamlı beton  kimya müəssisələri sexlərində dö­şə­mə dü­zəlt­mək, divarları və tavanları üzləmək üçün işlədilir.
Hidratbeton  nüvə reaktorlarında şüalanmadan mühafizə üçün tət­biq edilir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin