Şəkil 6.1. Qumun ələmə əyrisi qrafiki
Ələmə əyrisi qrafikin ştrixlənmiş sahəsinə düşərsə, sınanılan qum dənəli tərkibinə görə beton üçün yararlı hesab edilir. Əgər ələmə əyrisi ştrixlənmiş sahənin yuxarı hissəsinə düşərsə belə qum xırda dənəli, aşağı hissəyə düşdükdə isə iri dənəli hesab edilir.
Qumun iriliyini şərti olaraq ifadə etmək üçün irilik modulu adlanan kəmiyyətdən istifadə edilir.
0,16 mm deşikli ələkdən başlayaraq (5 mm deşikli ələkdən başqa) bütün ələklərdəki tam qalıqların cəminin 100-ə bölünməsindən alınan kəmiyyətə irilik modulu deyilir. İrilik modulu 0,1 dəqiqliklə aşağıdakı düsturla hesablanır:
Mi = (A2,5 + A1,25 + A0,63 + A0,315 + A0,16)100,
burada A2,5; A1,25; A0,63; A0,315; və A0,16 deşiklərinin ölçüsü 2,5; 1,25; 0,63; 0,315 və 0,16 mm olan ələklərdəki tam qalıqlardır, %.
Qumlar dənəli tərkibindən asılı olaraq iriliyinə görə siniflərə bölünür:
I sinif ən iri, yüksək irilikli, iri, orta və xırda;
II sinif ən iri, yüksək irilikli, iri, orta, xırda, çox xırda, narın və ən narın.
Qumların iriliyinə görə dənəli xarakteristikası cədvəl 6.1-də verilmişdir.
Cədvəl 6.1 Qumların iriliyinə görə xarakteristikası
Qumun qrupu
|
İrilik modulu, Mi
|
063 №-li ələkdə tam qalıq, kütləyə görə,%
|
Ən iri
|
3,5-dən çox
|
75-dən çox
|
Yüksək irilikli
|
3,0-3,5
|
65-75
|
İri
|
2,5-3,0
|
45-65
|
Orta
|
2,02,5
|
3045
|
Xırda
|
1,52,0
|
1030
|
Çox xırda
|
1,01,5
|
10-a qədər
|
Narın
|
0,7-1,0
|
Normalaşdırılmır
|
Ən narın
|
0,7-ə qədər
|
Normalaşdırılmır
|
Qumun iriliyi ilə yanaşı onun boşluğu, yəni dənələri arasındakı boşluğun həcmi də mühüm əhəmiyyətə malikdir. Yaxşı qumlarda boşluğun qiyməti 3038 % olur. İri, orta və xırda dənələrin qarışığından ibarət olan qumun boşluğu 30 %-ə qədər azala bilər. Eyni ölçülü dənələrdən ibarət olan qumun boşluğunun qiyməti 4042%-ə qədər arta bilər.
Qumda 10 mm-dən iri çınqıl və ya qırmadaş dənələrinin miqdarı 0,5%-dən, 510 mm ölçülü dənələrin miqdarı 5%-dən, 016 № -li ələkdən keçən dənələrin miqdarı isə 10%-dən çox olmamalıdır.
Qumun nəmliyi 57% olduqda, o ən böyük həcmə malik olur; nəmliyin azalması yaxud artması ilə onun həcmi kiçilir.
Çınqıl. Dağ süxurlarının təbii dağılmasından (aşınmasından) əmələ gələn dənəvər süxura çınqıl deyilir. Çınqıl 570 mm ölçülü hamar səthli və yuvarlaq formalı dənələrdən ibarət materialdır. Adətən, çınqılda gil, lil və toz hissəcikləri, qum və üzvi qatışıqlar olur. Çınqılın tərkibində qumun miqdarı 2540 % olduqda belə çınqıl qum-çınqıl qarışığı adlanır.
Çınqılın dənəli tərkibi quru çınqıl nümunəsini deşiklərinin ölçüləri 70, 40, 20, 10, 5 və 3 mm olan standart ələklərdən keçirməklə müəyyən edilir. Çınqıl nümunəsini (adətən, 10 kq) ələdikdən sonra ayrı və tam qalıqların %-lə qiymətləri hesablanır. Tam qalıqların qiymətlərinə əsasən çınqıl dənələrinin ən böyük və ən kiçik irilikləri təyin edilir.
Tam qalığının qiyməti 10 %-dən çox olmayan ilk ələyin deşiyinin ölçüsü dənələrin ən böyük iriliyi (D), tam qalığının qiyməti 90100 %-dən çox olan ilk ələyin deşiyinin ölçüsü isə dənələrin ən kiçik iriliyi (d) hesab edilir. Hər bir fraksiyanın və ya bir neçə fraksiyanın dənəli tərkibi cədvəl 6. 2-də verilən hədlərdə olmalıdır.
Dostları ilə paylaş: |