Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri



Yüklə 0,68 Mb.
səhifə21/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   25
Betonlar

Termozit (posa süngəri). Metallurgiya (adətən, domna) po­sa­ları ərintisinin tez soyudulmasından alınan köpmüş yüngül mə­sa­məli materialdır. Posa süngəri parçalarını xırdalayıb ələyərək mə­­saməli qırmadaş alırlar. Onun tökmə sıxlığı 400800 kq/m3, möh­­­kəmliyi isə 0,42 MPa-dır. Termozit, maye posanı nəm qum üs­tünə tökmək yolu ilə və mexaniki üsulla xüsusi maşınlarda ha­zır­lanır.
Köpdürülmüş perlit obsidian. Perlit və obsidian qara rəng­li təbii daş olaraq, çox böyük köpmə qabiliyyətinə malik olan sü­xurdur. Bu daşları 100012000C temperaturda yandırdıqda tər­ki­bindən asılı olaraq, həcmini 515 dəfə artırır və tökmə sıxlığı 100150 kq/m3 və möhkəmliyi 0,51,3 MPa olan material alınır.
Köpdürülmüş perlit və obsidian istilik-izolyasiya materialı kimi və yüngül betonlar üçün çox yaxşı keyfiyyətli doldurucu kimi istifadə edilir.
Köpdürülmüş vermikulit. Slüdanın bir növü olan vermi­ku­li­tin termiki emal yolu ilə köpdürülməsindən alınan dənəli ma­te­rial­dır. Bu doldurucudan istilik-izolyasiya yüngül betonunun hazır­lan­masında istifadə edilir.
Yanacaq posaları. Antrasit, daş kömür, qonur kömür və baş­qa növlü bərk yanacaqların yandırılmasından alınan qalıqlara yanacaq posaları deyilir. Parça halında olan kömürdən yanacaq po­sası, xəkə kömürdən isə yanacaq külü alınır.
Aqloporit. Gilli süxurların 810% bərk yanacaq ilə aqlo­me­ra­siya maşınlarında yandırılmasından alınan və dənələrinin öl­çü­lə­ri 520 mm olan məsaməli doldurucudur. Onun tökmə sıxlığı 400700 kq/m3 və sıxılmada möhkəmlik həddi 0,41,5 MPa-dır. Aq­loporit yüngül beton və dəmir-beton üçün ən yararlı dol­du­ru­cu­dur.
Əlavələr. Yüngül betonlarda əlavə kimi narın üyüdülmüş dom­­na posaları, dolomit, trepel, opoka, tuf, trass və süngər isti­fa­də olunur. Bundan başqa beton qarışığının bərkiməsini tez­ləş­dir­mək üçün ona, sementin kütləsinin 12%-ə qədər kalsium-xlorid qa­­tılır. Yüngül betonun sıxlığını artırmaq məqsədilə məsamə əmə­lə­­gətirici kimi alüminium tozu, perhidrol və digər əlavələrdən isti­fa­də edilir.
Su. Yüngül betonu hazırlamaq və nəmləndirmək üçün iç­mə­li sudan istifadə edilir. Suya olan tələblər adi betonda işlədilən su­ya olan tələblərnən eynidir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin