2. İriboşluqlu beton.
İriboşluqlu beton yapışdırıcı maddə, su və iri doldurucunun qarışığından ibarətdir, yəni onda qum yoxdur. Odur ki, bu betonu bəzən qumsuz beton da adlandırırlar.
Məlumdur ki, 1 m3 adi betondakı qum dənələrinin səthləri cəmi 500010000 m2 olduğu halda, çınqıl və ya qırmadaş dənələrinin səthləri cəmi 200 m2-dır. Qum dənələrinin göstərilən səthini örtmək üçün çoxlu sement tələb olunur. Bundan əlavə qum çınqıl və ya qırmadaş dənələri arasındakı boşluqları doldurur ki, bununla betonun sıxlığı və istilikkeçirməsi artır. Betonda qum olmadıqda sərf edilən sementin miqdarı azaldılır.
İriboşluqlu betonun tərkibinə 520 mm irilikli çınqıl yaxud qırmadaş, 300 və 400 markalı portlandsement yaxud posalı portlandsement və su daxildir.
İriboşluqlu betonları yaşayış və digər binaların divarlarında, hündür binaların üst mərtəbələrində və iri bloklar hazırlanmasında işlədirlər.
3. Çoxməsaməli betonlar
Məsamə əmələgətiricinin köməyi ilə köpdürülmüş yapışdırıcı maddə, silisiumlu komponent və su qarışığının bərkiməsindən alınan betona çoxməsaməli beton deyilir. Bu betonun həcminin 90%-i ölçüləri 0,53 mm olan məsamələrdən ibarətdir.
Möhkəmliyinə və sıxlığına görə çoxməsaməli betonlar üç qrupa bölünür:
1) istilik-izolyasiya betonlarının sıxlığı 500 kq/m3-dan az, markaları: M 5; M 10; M 15 və M 25;
2) konstruktiv istilik-izolyasiya betonlarının (hasarlayıcı konstruksiyalar üçün) sıxlığı 500900 kq/m3, markaları: M 25; M 35; M 50 və M 75;
3) konstruktiv betonların (dəmir-beton üçün) sıxlığı 900 1200 kq/m3, markaları: M 75; M 100; və M 150.
3.1. Çoxməsaməli betonlarda işlədilən materiallar
Yapışdırıcı maddə. Avtoklavda bərkiyən çoxməsaməli betonların hazırlanmasında narın üyüdülmüş sönməmiş əhəngdən istifadə edilir. Əhəngin tərkibində aktiv CaO-in miqdarı 70%-dən az, MgO-in miqdarı isə 5%-dən çox olmamalıdır. Əhəngin sönmə sürəti 1030 dəqiqə olmalıdır. Qazlıbeton hazırladıqda (avtoklavda bərkiyən) yapışdırıcı maddə olaraq 400 və 500 markalı portlandsementdən istifadə edilir. Yapışdırıcı maddə silisiumlu komponentlə birlikdə işlədilir.
Silisiumlu komponent. Ən geniş yayılmış silisiumlu komponent üyüdülmüş kvars qumudur. Qumun tərkibində silisium 4-oksidinin miqdarı 80%-dən az, gil və lil qarışıqlarının miqdarı isə 3%-dən çox olmamalıdır. Qumu beton qarışığına qatmazdan qabaq, onu xüsusi səthi 20003000 sm2/q olana qədər üyüdürlər. Adətən, qumun üyüdülməsi yaş üsulla aparılır. Silisiumlu komponent kimi istilik-elektrik stansiyalarının əlavə məhsulları küllər və üyüdülmüş posalar da geniş tətbiq edilməkdədir.
Məsamə əmələgətirici maddələr. Çoxməsaməli betonlarda işlədilən məsamə əmələgətirici maddələr iki qrupa bölünür: köpük əmələgətiricilər və qaz əmələgətiricilər.
Köpük əmələgətirici maddələr kimi yapışqan-kanifol emulsiyası, köpük verən bitki köklərinin cövhəri (saponin), alümosulfonaftenlər və hidrolizlənmiş qan istifadə edilir.
Yapışqan-kanifol emulsiyası lət yapışqanından, kanifoldan və natrium qələvisinin sulu məhlulundan, qatran-saponin köpük əmələ gətiricisi sabun kökü və sudan (bəzi hallarda maye şüşə qatılır), alümosulfonaftenlər ağ neft kontaktı, alüminium-sulfat və natrium qələvisi qarışığından hazırlanır. Hidrolizlənmiş qan köpükəmələgətiricisi sallaqxana qanı ilə dəmir-sulfatın qarışığından alınır.
Qaz əmələgətirici maddələr kimi alüminium tozundan və perhidroldan istifadə edilir.
Alüminium tozunun tərkibində 82% aktiv alüminium, tozun xüsusi səthi isə 50006000 sm2/q olmalıdır. Alüminium tozu yanandır, Buna görə o, kip metal qabda saxlanmalıdır.
Perhidrol hidrogen-peroksidinin 80%-li məhluludur.
Su. Çoxməsaməli betonların hazırlanmasında işlədilən suya olan tələblər adi betonda işlədilən suya olan tələbələrlə eynidir.
Dostları ilə paylaş: |