1.1. Yüngül betonda işlədilən materiallar
Yapışdırıcı maddə. Yüngül betonun hazırlanmasında portlandsement, tezbərkiyən portlandsement və posalı portlandsement işlədilir. Tezbərkiyən portlandsementin tətbiqi yapışdırıcının sərfini azaltmağa və betonun saxlanma müddətini (qəlibdə) qısaltmağa imkan verir. Posalı portlandsement adi portlandsementə nisbətən tədricən bərkiyir, istilik ayırması azdır, aqressiv mühitin təsirinə qarşı daha dayanıqlıdır.
Doldurucular. Yüngül betonların hazırlanmasında, əsasən, qeyri-üzvi məsaməli dolduruculardan istifadə edilir. Lakin bəzi istilik- izolyasiya və konstruktiv istilik-izolyasiya yüngül betonlarının hazırlanmasında üzvi məsaməli doldurucular: ağac yonqarları, pambıq çöpləri və s. materiallar işlədilir.
Qeyri-üzvi məsaməli doldurucular təbii və süni dolduruculara bölünür. Təbii məsaməli dolduruculara dağ süxurlarının (süngər, vulkan tufu, balıqqulağılı əhəng daşı və s.) xırdalanması və ələnməsindən alınır. Süni məsaməli dolduruculara mineral xammalın termiki emal məhsulları və sənaye tullantıları (yanacaq posaları və külləri) daxildir.
Məsaməli doldurucuların tökmə sıxlığına görə aşağıdakı markaları vardır (kq/m3 ilə): 100; 150; 200; 250; 300; 350; 400; 500; 600; 700; 800; 900; 1000; 1100 və 1200.
Keramzit çınqılı. Məsaməli doldurucu olub, gilin 1100 12000C temperaturda bişirilib köpdürülməsindən alınır. Köpmə qabiliyyyəti olan bütün gillərdən keramzit hazırlamaq mümkündür. Keramzit çox yüngül və möhkəm doldurucu olub, tökmə sıxlığı 250800 kq/m3, möhkəmliyi isə 0,66 MPa-dır. Keramzitin səthində laxtalaşmış qabıq vardır ki, bu da onun şaxtayadavamlılığını və möhkəmliyini artırır.
Keramzit qumu. Keramzit çınqılının istehsalı zamanı az miqdarda keramzit qumu (5mm-ə qədər ölçülü) alınır. Bundan başqa onu, 50 mm-dən iri keramzit çınqılını xırdalamaq yolu ilə də almaq olar.
Dostları ilə paylaş: |