Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri


§ 9. Qış zamanı betonun işlədilməsi



Yüklə 0,68 Mb.
səhifə17/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
Betonlar

§ 9. Qış zamanı betonun işlədilməsi
Betonun bərkiməsi üçün normal temperatur 1520 0C-dir. Tem­­peratur 15 0C-dən aşağı olduqda betonun bərkiməsi yavaşıyır, 0 0C-dən aşağı olduqda isə bərkimə tamamilə dayanır. Bərkiməyə baş­lamış beton donarsa o, donu açıldıqdan sonra yenidən bər­ki­mə­yə başlayır. Beton daha tez donmaya məruz qalarsa, onun son möh­kəmliyi normal şəraitdə bərkiyən betonun möhkəmliyindən az ola­caqdır. Bu onunla izah edilir ki, donma nəticəsində su ge­niş­lə­nir və doldurucu də­nə­lə­ri ilə sement daşı arasındakı əlaqə pozulur.
Qışda betonlama aparılan zamanı betonun bərkiməsi üçün müəy­yən müddət ərzində isti və nəm mühit yaradılmalıdır. Bunun üçün iki üsuldan istifadə edilir: 1) betonun daxili istiliyindən isti­fa­də edilməsi; 2) daxili istilik kifayət etmədikdə xaricdən əlavə istilik ve­rilməsi .
Birinci üsul. Bu üsuldan istifadə edərək beton hazır­la­dıq­da yük­sək möhkəmlikli və tezbərkiyən portlandsement işlədil­mə­li­dir. Bun­dan başqa sementin bərkiməsini tezləşdirən əlavələr (kalsium-xlo­rid) və eləcə də havacəlbedici əlavələr qatmaqla suyun miq­da­rı­nı azaltmaq lazımdır. Bütün bu tədbirlər nəticəsində betonun bər­ki­məsi tezləşir və beton 35 gün ərzində kifayət qədər möhkəmlik əl­də edir.
Beton qarışığını təşkil edən materialları qızdırmaqla be­ton­da daxili istilik ehtiyatı yaradılır. Bundan başqa bərkiyən betonda kim­yəvi reaksiyaların gedişi zamanı istilik də ayrılır (sementin ek­zo­termiyası). Konstruksiyanın ölçülərindən və xarici havanın tem­pe­raturundan asılı olaraq, su 90 0C-yə qədər, doldurucular isə 40 0C-yə qədər qızdırılır. Sement qızdırılmır. Materialları elə qız­dır­maq la­zım­dır ki, betonqarışdırıcıdan çıxan beton qarışığının tem­pe­ra­turu 30 0C-dən çox olmasın. Qarışığın temperaturu yüksək ol­duqca o, çox tez qatılaşır, bu isə onun axarlığını azaldır və iş­lə­dilməsini çətinləşdirir. Massiv konstruksiyanı qəliblədikdə beton qarışığının temperaturu 5 0C-dən, nazik konstruksiyanı qə­lib­lə­dik­də isə 20 0C-dən az olmamalıdır.
İkinci üsul. Şiddətli şaxtalarda beton işləri apardıqda və na­zik konstruksiyaları betonladıqda betona xaricdən istilik ver­mək lazım gəlir. Betona xaricdən istilik üç yolla verilə bilər: bu­xar­la, elektriklə və havanı qızdırmaqla.
Buxarla qızdırma. Qəlibə qoyulmuş betonu qızdırmaq üçün buxarı ya ikiqat qəlibin arasına, ya betonun içərisinə qo­yul­muş borulara, ya da qəlibin daxili tərəfində qoyulmuş kanallara bu­raxırlar. Buxarın temperaturu 5080 0C olur. Buxarın təsiri nə­ti­cəsində beton tez bərkiyir və 2 gündən sonra, normal şəraitdə bər­kiyən betonun 7 günlük möhkəmliyini əldə edir.
Elektriklə qızdırma. Betonun elektriklə qızdırılması dəyişən cə­rəyanla aparılır. Elektrik cərəyanı betona səthi və daxili naqillər va­sitəsilə verilir. Səthi naqillər polad lövhəciklərdən ibarət olub, kon­struksiyanın yan divarlarına və ya betonun açıq səthinə qo­yu­lur. Daxili naqillər polad çubuqlardan ibarət olub, üfqi və şaquli is­tiqamətdə konstruksiyanın boyuna oxuna perpendikulyar yaxud pa­ralel qoyulur. Dəmir-beton konstruksiyalarda armaturdan na­qi­lin biri kimi istifadə edilir.
Havanın qızdırılması. Bu yolla qızdırmada betonu əhatə edən hava qızdırılır. Bunun üçün fanerdən, brezentdən və digər ma­­teriallardan yüngül, teplyak adlanan qurğu düzəldilir. Tep­lya­kın içərisində müvəqqəti sobalar, kaloriferlər və elektrik sobaları qo­yulur. Nəm şərait yaratmaq üçün teplyaka su ilə dolu qablar qo­­yulmalıdır. Bu üsul baha olduğu üçün çox alçaq tempe­ra­tur­lar­da, ancaq kiçik həcmli beton işlərində tətbiq edilir.
Yuxarıda qeyd edilən üsullarla qışda beton işlərinin apa­rıl­ma­sı çox baha başa gəlir. Bu nöqsanı aradan qaldırmaq üçün di­gər bir üsuldan  soyuq üsul adlanan üsuldan istifadə edilir. Bu üsul­da betonda işlədilən materiallar qızdırılmır, suya isə kalsium-xlo­rid, natrium-xlorid, natrium-nitrat, potaş qatıb həll edirlər. Bu duz­lar suyun donma temperaturunu aşağı salır, betonun şaxtalı ha­­vada bərkiməsini təmin edir. Belə betona donmayan (soyuq) be­ton deyilir.
Potaş əlavə edilmiş beton qarışığı tez qatılaşır və tez də tu­tur. Buna görə belə beton qarışığını qəlibə rahat qoymaq çətin olur. Bu cür beton qarışığını qəlibə rahat qoymaq üçün ona səthi-ak­tiv əlavə — mılonaft qatılır.
Kalsium-xlorid və natrium-xlorid duzları qatılmış beton mən­fi temperaturlarda belə qəlibə rahat qoyulur. Bu cür beton su­ke­çirməyən və şaxtayadavamlı olur. Onun armaturla yapışması adi betonda olduğundan daha yaxşıdır. Sulfatlı və yumşaq suların tə­sirinə daha davamlıdır. Beləliklə, donmayan betonun işlədilməsi be­ton işlərinin aparılmasını sadələşdirmək və ucuzlaşdırmaqla bə­ra­bər, betonun keyfiyyətini də yüksəldir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin